Demokratik TV
Xəbər lenti
Rəşid Mahmudov: "Maaşı nəqliyyata verib oruc tutarıq"
- 01 avq 2018, 13:29
" Bunlar Prezidentə qarşı çıxanlardır! Tarif şurasındakılar utanmırlar, neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar"
Tarif Şurasının metro və marşrut avtobuslarında qiymətləri qaldırması artıq iki gündür ki, cəmiyyətdə şıdırğı müzakirələrə səbəb olub. Millət vəkilləri, ölkə ziyalıları və sadə vətəndaşlar qiymət artımını qınayıblar.
Məsələylə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov da qiymət artımını sərt qınayıb:
"İlin-günün bu vaxtında qiymət qaldırarlar?! Özlərinin "CİP”ləri var, biz isə avtobusdan, metrodan istifadə edən adamlarıq. Mənim heç velosipedim yoxdur. Bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq. Ayıbdır vallah. Özü də bu vəziyyətdə qiymət qaldırırlar? Tarif Şurasındakılar utanmırlar, neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar. Mənə elə gəlir ki, bunlar öz kəsirlərini bizim pulla doldurmaq istəyirlər. Ciblərindən versinlər də kəsirlərini doldurmaq üçün, milyonları var. Onlara demək lazımdır ki, o dünyaya heç nə aparmayacaqsınız, bu millət, dövlət yazıqdı. Dövlətçiliyimizi qoruyun, bu ölkəni dağıtmayın. Biabırçılıqdı. Belə həssas bir məqamda qiymətlərin qaldırılması yolverilməzdir. Tarif Şurasına kimi qoyublarsa, onlar bu millətin düşmənidir. Ölkə başçısı bunun qarşısını almalıdır. Bunlar, deməli, birbaşa prezidentə qarşı çıxanlardır ”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Sürücülərin diqqətinə: Tarif Şurası yeni qiymətləri təsdiqlədi
Tarif Şurasından növbəti qiymət artımı
Ekspert: "Qiymətlərin bahalaşması üçün əsas yoxdur"
Dərmanların bahalaşacağı gözlənilir
Tarif Şurasının "xalqsevər" üzvlərini TANIYIN...
Şahin Mustafayevin açıqlamasında ziddiyyətlər var
İşıq pulu necə hesablanacaq?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti