Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:33 - 22.04.2019  
Fəzail Ağamalı Gəncənin "uşaq deputatı"na YER GÖSTƏRDİ
Tarix: 9-07-2018, 18:34 | Bölmə: Xəbərlər » Müsahibə

Fəzail Ağamalı Gəncənin "uşaq deputatı"na YER GÖSTƏRDİMilli Məclisin deputatı Fəzail Ağamalı Gəncədən olan həmkarı Naqif Həmzəyevin ona ünvanlanmış müraciətinə sərt reaskiya verib.

O, deputat Həmzəyevi "komanda maraqların uyğun addım atmaqda” ittiham edib: "Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram”.

Deputat deyib ki, ölkənin başqa şəhərlərində də quruculuq işləri aparılıb: "Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin. Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi”.

F.Ağamalının sözlərinə görə, Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb: "Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən”.

Deputat vurğulayıb ki, artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir.



F.Ağamalı daha sonar həmkarlarına sərt mesaj verib: "Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir”.  (musavat.com)
Xəbər 3672 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır
Analitik material: Ukraynanın şoumen prezidenti
Araz Əlizadə: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Prezident Şri-Lankalı həmkarına başsağlığı verib
İmişli Rayon İHB-yə yeni müavin təyin olunub
Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO
AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...
Cəbhədə erməni təxribatları davam edir
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ
“Bolton planı” “Lavrov planı”na qarşı - Gərginlik
ABŞ-dan bəzi ölkələrə NOTA: "İran neftini almayın!"
Dünyada 263 milyon marixuana istifadəçisi var
Elinanın çantasına psixotrop tabletkanı KİM və niyə qoyub? – Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO
Vladimir Zelenski “exit poll”un nəticələrini şərh edib
Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı
Zelenski baş prokuroru vəzifəsindən uzaqlaşdıracaq
Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”
Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir
“Azərbaycanı boğa bilməyənlər...” – Deputatdan açıqlama
Cavid Qurbanova yeni səlahiyyət verildi
Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb
Zelenski Poroşenkonu yenəcəksə - cinayət işləri açılacaq
Kamal Kılıçdaroğluna Ankarada belə hücum etdilər - VİDEO
10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək
Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Generaldan proqnoz: "Rusiya parçalanacaq"
"Yasin Quliyevin ABŞ-da oxumasına dəstək olaq" – Qubad İbadoğlu
Baş nazir elektrik enerjisi ilə bağlı qərara dəyişiklik etdi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
Meksikada zavodda yanğın baş verib
"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16378] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00817] calend [0.00046] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.00594] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14389]