İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO

  • 24 iyun 2018, 13:35

Tərtərin sabiq icra başçısı, 90-cı illərdə batalyon komandiri kimi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş mərhum Sərdar Həmidovun 2013-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi videomüsahibəsi youtube-da maraqla izlənməkdədir.

Mərhum icra başçısı aparıcının suallarını cavablandırarkən maraqlı məqamlara toxunulur, mərhum Həmidov onu dəli adlandıran bəzi müxalifət liderlərini isə səy adlandırır.

Cəsarətli çıxışları ilə həmişə diqqət çəkmiş mərhum döyüşçü İsa Qəmbərin, Pənah Hüseynin, Əli Kərimlinin də adını çəkib, onları tənqid edir.

Xatırladaq ki, mərhum Sərdar Həmidov Azərbaycanın sabiq Daxili İşlər Naziri (Bozqurd təşkilatının lideri - red) İsgəndər Həmidovun böyük qardaşıdır.

Demokratik.Az maraqlı videonu təqdim edir:



Oxşar xəbərlər