Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:04 - 21.06.2018  
“Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də” - Qalmaqallı deputat danışdı
Tarix: 8-06-2018, 08:36 | Bölmə: Xəbərlər » Müsahibə

"Mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizi sıxıntıda saxlasa da, bizə pislik etsə də, onun müsbət cəhətləri olub”

“Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də” - Qalmaqallı deputat danışdıDeputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin fikirləri növbəti dəfə geniş müzakirələrə səbəb olub. Onun sovet hökuməti ilə bağlı səsləndirdiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə sərt təpkilərlə qarşılanıb. Qeyd edək ki, bir neçə ay əvvəl də A.Rəhimzadə səsləndirdiyi fikirlərə görə tənqidlərə məruz qalmışdı. "Yeni Müsavat”a müsahibəsində komitə sədri fikirlərinin kontekstdən çıxarıldığını bildirdi.

- Arif bəy, Milli Məclisin komitə iclasında dedikləriniz birmənalı qarşılanmadı, yəqin bunun fərqindəsiniz... Doğrudanmı siz hesab edirsiniz Azərbaycan dövlətini sovet hökuməti qurub?

- Mən çox yaxşı bilirəm ki, Azərbaycan Demokratik Respublikası  təkcə müsəlman aləmində yox, bütün Şərq aləmində ilk dəfə ölkəmizdə yaranıb. Ancaq sonra bu respublika sovet hakimiyyətinin qəddar münasibətinin qurbanı olub. Eyni zamanda sovet hökuməti bizim respublikanı formalaşdırıb. Bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Ən əsası, biz özümüz-özümüzü azərbaycanlı kimi tanımırdıq, bizə onu tanıtdı. Bir vaxtlar deyirdik müsəlmanıq, sonra dedik türkük. Ancaq bütün dünyada yerin adına görə də xalqın adı formalaşır. Azərbaycanda yaşayan insanların hamısı azərbaycanlıdır, etnik mənsubiyyətindən asılı olmayaraq. Bax, bu, bizim dövlət siyasətimizdir.

- Yeri gəlmişkən, keçən dəfə bizim türk olmamağımızla bağlı fikirləriniz də mübahisə yaratmışdı...

- Mən deməmişdim ki, biz türk deyilik. Mən demişdim kökümüz türkdür, amma biz azərbaycanlıyıq.

- Amma bu da var ki, sovet hökuməti heç də bizi çox istədiyindən türklüyümüzü unutdurub, azərbaycanlı olmağımızı önə çəkmədi. Sovetlərin verdiklərinə gəldikdə, Cümhuriyyətimiz qurulanda hətta xarici ölkələrə tələbələr göndərilmişdi. Ancaq o gəncləri məhv edən də sovetlər oldu...

- Aydındır. Mən də o fikirdəyəm ki, sovetlər bizimlə qəddarcasına rəftar etdilər. Mən soveti ideallaşdırmıram. Həqiqətən də Azərbaycan xalqına çox böyük mənfi təsiri olub, qəddarlıq ediblər.

- Repressiyalar olub, bunlar unudula bilməz...

- Bəli, repressiyalar olub, nə qədər azərbaycanlı həlak olub, sürgün olunub, ən savadlı adamlar məhv edilib.  

- Cümhuriyyət qurucularının birinin belə məzarının Azərbaycanda olmaması hər şeyi deyir.

- O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub... Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı... Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək? İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara "malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil. Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək? Dedim, əlbəttə, daha iş-işdən keçib, bunlar qərar qəbul ediblər, özü də təkid edirlər. Amma biz gərək onlara izah edək, camaata başa salaq ki, bu tarixi bir addır, bunu dəyişdirmək düzgün deyil, çünki bizim xeyrimizə deyil, ziyanımızadır. Bu, istər-istəməz bizim camaatı tarixə qaytarır. Məsələn, bilirsiniz Qusar necə yaranıb? Orada Qusar alayı olub, Lermantov da o alayda xidmət edib. O ev də bu saat durur. Həmin evdə bizim bir nazir yaşayırdı, Şair Nəcməddin oğlu Həsənov. Həmin şəxsin şərəfinə rayonun adını Şair qoyublar. Onda gəlin Qusarın da adını dəyişək də. Yaxud Novxanı, Zağulba adlarını da dəyişək də. Zağulba nədir? Ərəb sözüdür. Demək, hansısa əsrdə bura ərəblər gəlib, yaxud iranlılar burada olub. Bunun özü tarixdir, bunu dəyişmək olmaz. Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

- Deputat həmkarlarınız Fazil Mustafa ilə Tahir Kərimli də sizin fikirlərinizə etiraz edib. Onlar da bu fikirdədirlər ki, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin memarlarının adları əbədiləşdirilməli, Rəsulzadəyə, Nuru Paşaya abidə qoyulmalıdır. Siz bu haqda nə deyə bilərsiniz?

- Mən bu fikirlərlə tamamilə razıyam. Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

- Amma bu da var ki, hətta müstəqilliyimizin 27-ci ilində belə, xalqımıza qarşı düşmənçilik edənlərin də adlarını daşıyan küçələrə rast gəlirik. Bunlar da tarix üçün saxlanılmalıdır?

- Misal üçün, bizim abidələr var idi. Sənət əsəri idi də. Bunların hamısını söküb apardılar, "metallom”a verdilər, məhv etdilər. Məndən olsaydı, bir yer ayırardım, həmin abidələrin hamısını ora düzərdim. Qabağına da yazardım ki, bax, Şaumyan xalqımıza qarşı belə qəddarlıq edib, terrorçu təşkilatların başında dayanıb, Azərbaycana qarşı zülmlər edib, bizə qarşı soyqırımlar törədib və s.

- Amma illərdir təklif səslənsə də, nə soyqırım muzey-kompleksi, nə Cümhuriyyət qurucuları ilə bağlı eyni mərkəzin yaradılması reallaşmayıb. Bəlkə əvvəlcə bundan başlanılsın.

- Lazımdır. Mütləq lazımdır. Bütün bunları etmək lazımdır.

- Bəs niyə bunu işləmirik. Hətta "sovet adamı” kateqoriyasına daxil olan Arif Rəhimzadə də bu təkliflərlə razıdırsa, niyə bu vacib addımlar atılmır?

- Addımlar atılmır, yəqin hələ imkan yoxdur. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılacaq. Biz gərək olanlarımızı məhv etməyək, heç olmasa olanları qoruyub saxlayaq.

- Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması barədə təklifləri də müdafiə edirsiniz?

- Mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir.

- Elə söhbətimiz Elçibəyin prezident seçilməsinin növbəti ildönümünə təsadüf edir...

- Bəli. Hesab edirəm ki, gərək ona da abidə qoyulsun. Düzdür, abidələrin hamısını eyni vaxtda qoymaq mümkün deyil. Amma Əlimərdan bəy Topçubaşovn abidəsi Sankt Peterburqda qoyulub, mən abidənin açılış mərasimində iştirak və çıxış etmişəm, onun silinməz ideyalarından danışmışam. Vaxtilə o, Sankt-Peterburqdan qovulmuşdu. Amma zaman gəldi, bu şəhərdə ona abidə qoyuldu. Bu, çox əlamətdar hadisədir.

- Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq görülür. Dəvət alsanız, iştirak edərsinizmi?

- Nə vaxtdır?

- İyunun sonlarında olmalıdır.

- Yox, mən burada olmayacağam. Dəqiq deyə bilmərəm. Ancaq burada olsam, əlbəttə, gələrəm.

- Bakıda Nəriman Nərimanovun nəhəng abidəsi var. Bu barədə nə deyə bilərsiniz?

- Nərimanov sovet dövrünün xadimi olub, Azərbaycan xalqına xidmət edib və müəmmalı şəraitdə dünyasını dəyişib. Elə o xidmətinə, Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə sovetlər dövründə "qara siyahı”ya düşüb.

- Arif bəy, sizin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər barədə fikriniz necədir? Yubiley ilində əlavə təklifləriniz varmı?

- Mən hesab edirəm ki, bu tədbirlər daim keçirilməlidir. Məncə, yubileyi təmtəraqlı keçirməkdən daha çox, insanların biliyini artırmasına çalışmaq və onlara düzgün istiqamət vermək əsasdır. Biz bir dəfə yubiley tədbiri keçirməklə kifayətlənməməliyik. Bu məsələlər gərək dərsliklərdə olsun, müsbət və mənfi cəhətləri deyilsin. Tarixi hadisə baş verən məsələdir. Bunun üzərindən xətt çəkmək, ona göz yummaq düzgün deyil. O cümlədən Elçibəyin də. Müsbət cəhəti varsa, demək lazımdır, mənfi cəhətləri varsa, onlar da deyilməlidir.

- Yəqin Bakı Dövlət Universitetinin qarşısında üzərində Rəsulzadəyə abidə qoyulacağı yazılmış daş lövhəni görmüsünüz...

- Yəqin hələ abidəni qoymağa imkanları yoxdur. Yazıblarsa, qoyacaqlar.

- Yəni abidə qoyulmalıdır?

- Əlbəttə. 

- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsinə necə baxırsınız?

- Vallah mən bilmirəm, onların məzarları orada necədir, hansı şəraitdədir? Yaxşı şəraitdə deyilsə, əlbəttə, gətirilməlidir. Hüseyn Cavidin məzarı gətirildi də. İndi o məzarlar niyə gətirilməsin? Amma digər məsələ də var. O məzarların xaricdə olmasının özü də təbliğatdır, Azərbaycan tarixinə dair əyani faktlardır.

- Söhbətimizdən belə qənaətə gəldim ki, siz də Azərbaycan dövlətinin əsasının sovetlərdən gəldiyini güman etmirsiniz...

- Yox, mən heç vaxt belə hesab etməmişəm. Ancaq mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizə nə qədər mənfi təsir göstərsə də, nə qədər bizi sıxıntıda saxlasa da, bizi xristianlardan seçib, bizə pislik etsə də, onun müsbət cəhətləri də olub. İndi biz deyirik birinci demokratik respublikamız. İranda bu respublika niyə yaranmadı? Demək istəyirəm ki, bunların hamısının müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də olub. Bizim ilk Demokratik Respublikanı yaradanlar təhsillərini harada almışdılar? Əsasən Rusiyada. Mən bunu demək istəyirəm.

- Amma Xalq Cümhuriyyəti yaşasaydı və 1920-ci ildə işğalçı ordu gəlməsəydi, bəlkə biz indi Avropa ölkələrini də geridə qoya bilərdik. Deməli, bizə ən böyük zərbəni sovetlər vurub, deyilmi?

- Ola bilər. Amma deyir tarix belə şeyləri sevmir, olsaydı, gəlsəydi... Fakt budur ki, Cümhuriyyət məhv edildi, 20-ci illərdə əksəriyyəti Azərbaycana qəlbən yaxın olmayan insanlar rəhbərliyə gəldi, Azərbaycanın bütün vacib orqanlarında əcnəbilər, bizə düşmən mövqeyində dayanan insanlar oldu. Ancaq eyni zamanda müsbət cəhətləri də olub. Yəni bir boya ilə çəkmək düzgün deyil. Yəni bu, tarixdir, inkar etmək düzgün deyil. Pisi də demək lazımdır, yaxşını da.

Elşad PAŞASOY,
"Yeni Müsavat”

Xəbər 2012 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16510] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00737] calend [0.00039] topnewsend [0.00314] rsssend [0.00000] ehgend [0.05803] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09490]