Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:47 - 21.08.2018  
Sabir Rüstəmxanlı icra başçısı ilə qalmaqaldan danışdı
Tarix: 1-06-2018, 10:12 | Bölmə: Xəbərlər » Müsahibə

"Şeirləri dərsliklərdə olan xalq şairinin şagirdlərlə görüşü necə yasaqlana bilər?!”

Sabir Rüstəmxanlı icra başçısı ilə qalmaqaldan danışdıXalq şairi, VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunda təhsil aldığı orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən rayonun icra başçısı Ayaz Əsgərovun qadağası ilə üzləşib. Öncədən görüş müvafiq qurumlarla, eləcə də icra başçısı ilə razılaşdırılsa da, son anda başçının əmri ilə ona məktəbə  daxil olmasına icazə verilməyib. Yalnız Prezident Aparatının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutub.

Xalq şairi özünə qarşı edilən bu hərəkəti  hörmətsizlik kimi qiymətləndirərək, sosial şəbəkədə bu haqda etirazını bildirib.

Xalq şairi qəzetimizə açıqlamasında ona qarşı edilən haqsızlığa bir daha etirazını bildirdi: "Mən öz oxuduğum məktəbə şagirdlərlə görüşə getmişdim, öncədən icra başçısına zəng edib məlumat da vermişdim. Ayaz Əsgərov mənə telefonda dedi ki, gəlin, burada danışarıq, heç bir problem yoxdur. Daha sonra bildirdi ki, gərək Təhsil Şöbəsinin müdiri bununla bağlı Təhsil Nazirliyindən icazə alsın. Təbii, Təhsil Nazirliyinin yerli şöbələrdən belə bir tələbi ola bilər ki, məktəbə kimlərsə gələndə onlarla razılaşdırılsın. Bunu ona görə edirlər ki, müəyyən jurnalistlər, tanınmamış şairlər, yazıçılar, dini qurumların nümayəndələri gedir və aydın məsələdir ki, hər kəsi şagirdlərlə görüşə buraxmaq olmaz. Ancaq mən bu məktəbi bitirmişəm, 25 illik deputat fəaliyyəti dövrümün 15 ilini Yardımlının millət vəkili olmuşam. Mənim adım o şagirdlərin dərsliklərində var. İcra başçısı bütün bunlara rəğmən, mənə Bakıda ikən etirazını bildirmir, ”gəl" deyir. Daha sonra Yardımlıya gedib öncədən onunla görüşmüşəm... Bəhanə gətirdi ki, gərək Təhsil Şöbəsi Təhsil Nazirliyi ilə bu görüşü razılaşdırsın. Sonra bəlli oldu ki, Təhsil Şöbəsinin müdiri Lənkərana müşavirəyə gedib, məktəbin direktoru da yerində yoxdur, başçı da mənimlə danışdıqdan sonra telefonu söndürüb. Bütün bunlar mənim görüşümə mane olmaq üçün idi".

S.Rüstəmxanlının sözlərinə görə, ötən illər ərzində təkcə məktəbin deyil, ümumilikdə rayonun təhsil uğurlarında geriləmə baş verib: "Məktəbdə gördüklərim ürəyimi ağrıtdı. Artıq nə məktəb, nə də müəllimlər əvvəlki kimi deyil. Müəllimlərə tapşırıq vermişdilər ki, görüş keçirmək olmaz, onlar da nə edəcəklərini bilmədən mənim üzümə baxırdılar. Müəllimlər görüşü təşkil etməyə cəhd etsələr də, ardıcıl zənglər gəlirdi ki, olmaz... Sanki təxribatçı bir insan məktəbə gəlib. Halbuki bu görüşün uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Nəhayət, icra başçısı ilə əlaqə yaratmağa nail oldum və ona sözümü dedim, bildirdim ki, sənin bunu etməyə haqqın yoxdur. Bundan sonra Prezident Aparatına zəng edib məlumat verdim, onlar bir neçə dəqiqə ərzində Təhsil Nazirliyinin də iştirakı ilə bu məsələni həll etdilər. Yalnız bundan sonra icra başçısının müavini gəldi ki, görüş yüksək səviyyədə keçməlidir və s. Bu nə demək idi? Necə oldu ki, 5 dəqiqəyə hər şey dəyişdi? Əgər Prezident Aparatı mənim xahişimi bir neçə dəqiqəyə həll etdisə, o zaman bu qadağanı qoyan kimdir? Ölkənin müstəqillik aktında imzası olan, xalq şairi adını daşıyan bir insan nə üçün məktəblərə gedə bilməz?”

Sabiq millət vəkili bu cür münasibəti özünə qarşı təhqir kimi qiymətləndirdi: "İcra başçısının nə haqqı var ki, məni təhqir etsin?! Bu insanın rayondan xəbəri yoxdur, heç bir  ciddi iş görmür, oturduğu kabinetdən çıxmır... Rayonda təhsilin səviyyəsi də aşağı düşüb. Çox güman ki, icra başçısı mənim məktəblərdəki vəziyyətdən xəbər tutacağımı nəzərə alaraq belə bir görüşə mane olmaq istəyirmiş. Mən ona da təklif etdim ki, özü, ya müavini, ya da təhlüləsizlik orqanlarından hansısa nümayəndə gəlsin görüşdə otursun və görsün ki, biz şagirdlərlə nədən danışırıq. Görüşümüz müstəqilliyə həsr olunmuşdu, Azərbaycanın müstəqillik tarixindən, təhsildən danışırdıq”.

Xalq şairi hesab edir ki, icra başçısının görüşə mane  olmaq istəməsinin əsas səbəbi baş verən neqativ halları gizlətmək olub: "Biz bilirik ki, müəlliflərin, şair və yazıçıların orta məktəblərə gedib görüş keçirməsi o şagirdlərin zehnində silinməz izlər buraxır, onların kitaba, ədəbiyyata marağını artırır. Əksinə, məktəb özü xahiş etməlidir ki, biz şagirdlərin görüşünə gedək. Mən 300 kilometr yol getmişəm, bunu dəyərləndirmək əvəzinə, tərbiyəsiz şəkildə mənim önümü kəsirlər. Bu, şagirdlərə də, müəllimlərə də çox  pis təsir etdi. İcra başçısı kimi kimdən qoruyur, mənim məktəbimi, mənim rayonumu məndən qoruyur? Bu dövləti quranlardan biri də mənəm, sən bu dövləti məndənmi qoruyursan?”

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”

Xəbər 2886 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17574] initstartout [0.00017] initstartin [0.00091] calstart [0.01027] calend [0.00060] topnewsend [0.00419] rsssend [0.00000] ehgend [0.00763] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15126]