Nazir təhsillə bağlı gözlənilən yenilikləri açıqladı - VİDEO

  • 31 may 2018, 21:35
Qabaqcıl ölkələrin çoxunda beynəlxalq olimpiadalarda yer tutan şagirdləri özlərinə cəlb etmək üçün ali təhsil müəssisələri arasında güclü rəqabət var.

Bu fikri Milli Məclisin elm və təhsil komitəsinin iclasında təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir, respublika fənn olimpiadalarına marağı artırmaq üçün bu müsabiqələrdə yer tutan şagirdlərin imtahansız ali məktəblərə qəbul olunmasının vacibliyinə diqqət çəkib. Bu, "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklikdə də öz əksini tapıb.

Müzakirələrdə çıxış edən millət vəkili Kamilə Əliyeva birinci sinfə şagird qəbulu aparılarkən çıxarışı olmayan binalarda yaşayanların problemlərlə üzləşdiyinə diqqət çəkib.

Bu məsələ ilə bağlı danışan təhsil naziri Ceyhun Bayramovun artıq məsələnin həlli üçün addımlar atıldığını və qeydiyyat məsələsinin problem yaratmayacağını vurğulayıb.

Nazir şagirdlərin dərs yükündən də danışaraq, onun sadələşdirilməsi, eləcə də dərsliklərin daha da təkmilləşdirilməsi üçün hazırda işlər aparıldığını bildirib.

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onlara şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Söhbət məktəblərdə bir sıra dərnəklərin, fərdi inkişaf proqramlarının ödənişli əsaslarla göstərilməsindən gedir. Müzakirələrdən sonra təkliflər səsə qoyularaq qəbul edilib və layihə plenar iclasa tövsiyə olunub. \\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər