Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:48 - 14.08.2018  
Artur Rasi-zadə: "YAŞ ÖZ İŞİNİ GÖRÜR” - MÜSAHİBƏ
Tarix: 31-05-2018, 13:56 | Bölmə: Xəbərlər » Müsahibə

Artur Rasi-zadə: "YAŞ ÖZ İŞİNİ GÖRÜR” - MÜSAHİBƏAzərbaycan Respublikasının 6-cı baş naziri… Azərbaycan tarixində ən uzunömürlü məmur… Azərbaycanın dahi yazıçısı Hüseyn Cavidin qardaşı nəvəsi… Belə bir şəxslə hansı jurnalist həmsöhbət olmaq istəməz ki? Mən də uzun illər idi ki, hörmətli Artur Rasi-zadə ilə həmsöhbət olub, ondan qəzetimiz üçün müsahibə almaq istəyirdim. 22 il hökumətə rəhbərlik etsə də, üstəlik, daha əvvəllər mühüm vəzifələrdə çalışsa da, adı heç zaman korrupsiya məsələlərində, qruplaşmalarda, digər neqativ məsələlərdə hallanmayan Artur Rasi-zadə fenomen şəxsiyyət olaraq hər zaman maraqlı persona kimi diqqət mərkəzində olub.

Bu mənada ondan müsahibə almaq əminəm ki, çox həmkarlarımın ürəyindən keçib. "Yeni Müsavat” olaraq hətta müsahibə üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə ünvanladığımız xahişimiz ünvanına çatdırılsa da, nəticə olmamışdı. Ancaq görünür, Artur müəllimlə baş nazir olduğu dönəmdə həmsöhbət olmaq qismətimizdə yox imiş. Mətbuatla ünsiyyətdən demək olar ki, kənarda dayanan cənab Rasi-zadə ilə bağlı bir ilkə imza atmaq üçünsə onun istirahətə getməsini gözləmək lazım imiş. Telefon zəngimizə cavab verəndə, düzü, əvvəlcə inanmadım. Salamlaşıb, əmin olduqdan sonra isə Cümhuriyyətimizin 100 illiyi münasibətilə sabiq baş naziri təbrik etdik və fürsət düşmüşkən bəzi suallara cavab aldıq. Yeri gəlmişkən, Artur müəllimin Azərbaycan dilində kifayət qədər səlis danışması və səmimiyyətindən məmnun qaldım.

- Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

– (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, "Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!” (ürəkdən gülür).

- 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmışınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

– Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

- Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

– Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

- Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

– Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

- Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

– Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa… Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. "Xalq düşməni” damğası və sair.

- Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

– Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

- Artur müəllim, sizi ən çox narahat edən nədir?

– Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

- Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

– Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

- Artur müəllim, həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

– Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. Sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun.

- Biz də sizə təşəkkür edirik.

Xəbər 2962 dəfə oxunub






Oxşar xəbərlər

Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Göyçə gölü fəlakət zonasına çevrilir - erməni hikkəsi
Əhmədzadənin ƏRKÖYÜNÜ prokurora küfr edir - "başçının başına kül" deyir - Göygöldə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14787] initstartout [0.00019] initstartin [0.00093] calstart [0.01125] calend [0.00067] topnewsend [0.00470] rsssend [0.00000] ehgend [0.00854] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12081]