Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:28 - 17.01.2019  
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
Tarix: 23-05-2018, 08:27 | Bölmə: Xəbərlər » Müsahibə

Ermənistanın Naxçıvan təxribatının və digər bir neçə faktorun tətiklədiyi müharibə hər an başlaya bilər

MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDIMayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu. Bir sıra ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağla bağlı ciddi bir strategiyasının olduğundan ümumən danışmaq yanlış olar. Çünki "hakimiyyət quşu” onun başına qonandan indiyə qədər özü də fərqindədir ki, miqyasagəlməz ölçüdə ağırlığın altındadır və ağlına gətirmədiyi situasiya ilə üz-üzə qalıb.

Sərkisyan rejimini devirmək nə qədər asan idisə, bütün hakimiyyət rıçaqlarını ələ götürmək, ölkədəki prosesləri nəzarətə almaq və bölgədə uzun illər ərzində formalaşmış düzəni dəyişdirmək Paşinyanın gücü daxilində deyil. Çox yaxın zamanlarda buna hər kəs şahidlik edəcək: "Ermənistandakı yeni hökumətin xüsusi əlahiddə Qarabağ planından danışmaq da artıq olar. İlk dövr müəyyən vətənpərvərlik notları ilə, küçədə yürüməklə cəmiyyətin ovqatını harasa kökləmək ola bilər. Amma sən onu səngərdə təkrarlaya bilməzsən. Paşinyanın davranışı çərçivəli qəhrəmanlıqdır.

Naxçıvana açılan atəş şübhəsiz ki, konkret bir qərara bağlı idi. Onu təsadüfi hadisə saymaq olmaz. Burada bir neçə niyyətlər gizlənə bilərdi. Ola bilsin ki, Vigen Sərkisyanın müdafiə naziri kimi vəzifəsini tərk etməsi fonunda köhnə hakimiyyətin təmsilçiləri Paşinyan iqtidarını boğmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada təxribatlar elə bir səviyyədə ola bilər ki, günün birində Sərkisyanın keçmiş generalları istər Qarabağ cəbhəsi xəttində, istərsə də Ermənistanla bütün sərhəd zolağı boyunca ən müxtəlif avantüralara əl ata bilərlər. Niyyət etibarilə burada hədəf biz olmayacağıq. Əsas məqsəd ölkə içərisində gedən siyasi savaşın, hökumət böhranının və parlamentlə yeni hakimiyyətin arasında gedən davanın gəlib hərbi müstəvidə təxribatlarla müşayiət olunmasıdır. Çox böyük ehtimalla burada elə bir ssenari işlənib ki, həmin məsuliyyət yeni iqtidarın üzərində qalsın".

Deputat hesab edir ki, Azərbaycanı Qarabağ cəbhəsindən qüvvəsini bölərək Naxçıvana daşımaq, orada imkanlarını sınağa çəkmək, yaxud Türkiyə ilə Rusiya arasında ixtilaf doğurmaq kimi erməni planının olması da təhlil oluna bilər. Ancaq hər bir halda məsələnin mahiyyəti budur ki, Azərbaycanın mövqelərinin yetərincə gücləndiyini İrəvanın baş binalarında bilməmiş deyillər. Azərbaycanın bütün iqtisadi, siyasi, hərbi imkanları kifayət edir ki, Ermənistana Qarabağ cəbhəsi ilə yanaşı, Naxçıvanla sərhəddə də lazımi cavabı verə bilsin: "Odur ki, ötən həftə Ermənistandan Naxçıvana atılan güllə Naxçıvanı deyil, İrəvanın özünü sınağa çəkəcək. Yəqin ki, yaxın vaxtlarda biz bunu görəcəyik.

Qarşıdakı dönəmdə, ümumiyyətlə, cəbhə xəttində bir qədər narahatlıqlar müşahidə oluna bilər. Bilirsiniz ki, yetərincə böyük TANAP kimi əhəmiyyətli layihə işə düşməkdədir. Erməni mediası "Rusiyanın kürəyinə vurulan zərbə”, "Azərbaycanın xəyanəti”, "Qərblə birləşərək Rusiya əleyhinə oynanılan oyun” və sair kimi başlılarla yazılar yazır. Bu cür təbliğat açıq şəkildə bu məkanı zəhərləməyə xidmət edir ki, bəlkə Putinin diqqətini çəksin.

Bir sözlə, iqtisadi müstəvidə dəyişikliklər hərbi məkanda da müxtəlif narahatçılıqlar doğura bilər.   

Seçkilərin ertələnməsi və artıq seçkilərin arxada qalması da öz-özlüyündə müharibə perspektivini gücləndirir. Azərbaycanın bütün hərbi, siyasi, kəşfiyyat elitası qarşısında duran vəzifə ondan ibarətdir ki, biz durğun bir şəkildə, sadəcə, passiv seyrçi kimi gözləməməliyik ki, Ermənistanda klanlar bir-birini məhv edəcəklər, qardaş qırğını meydana çıxacaq və bu, asanlıqla bizim Xankəndinə getməyimiz demək olacaq. Ermənilər ən ağır şəraitdə  belə hələ ki özlərinin qanını tökməyiblər. Biz gözləməməli və digər müstəvidə hərəkət etməyi bacarmalıyıq. Ermənistanlı əsgərlərin silahı qoyub Qarabağdan Ermənistana qaçması vəziyyətini Azərbaycan yetişdirməlidir. Son bir ayda, açığı, biz seyrçi mövqe tutduq. Halbuki müəyyən fürsətlər, imkanlar var idi".  

MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI

Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə teleqraf.com-a müsahibəsində bildirib ki, mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir.

Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular. Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənistan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Onların düşüncəsinə görə Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək. Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər".

Polkovnik qeyd edib ki, Ermənistan təxribatçı addımlarından əl çəkməsə, Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür.

"Yeni Müsavat”

Xəbər 4173 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12511] initstartout [0.00014] initstartin [0.00070] calstart [0.00941] calend [0.00056] topnewsend [0.00447] rsssend [0.00000] ehgend [0.00765] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10154]