Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:33 - 25.05.2018  
Azərbaycanlı ufoloq: “Prezidentin 3 mühafizəçisi yadplanetlidir”
Tarix: 8-05-2018, 08:37 | Bölmə: Xəbərlər » Müsahibə

Uçan naməlum obyektlər haqqında yayılan xəbərlər, eləcə də paranormal hadisələr insanların diqqət və marağına səbəb olur.

 

Azərbaycanlı ufoloq: “Prezidentin 3 mühafizəçisi yadplanetlidir”

 

Dövlət səviyyəsində bir çox ölkədə araşdırmalar aparılsa da, təəssüf ki, Azərbaycan bu prosesdən kənarda qalır. Lakin məşhur ufoloq Elçin Ələkbərzadə dünya miqyasında Azərbaycanı təkbaşına, layiqli təmsil etməyə davam edir.

 

Müsahibəni təqdim edirik:

–       İlk dəfə paranormal hadisələrə, yadplanetlilərə marağınız necə yarandı?

Dörd yaşımdan şahmat oynayıram, altı yaşımda isə artıq 32 hərfdən ibarət kiril əlifbasında yazıb-oxuya bilirdim. Atam savadlı insan olub. Bizim evdə cavabsız sual yox idi, çətinə düşən kimi qaçırdım üstünə. Öyrənmək, öyrətmək bacarığı mənə ondan keçib. Sonralar dünyanın 100-dən çox şəhərinə səyahət etdim. Türkiyə və İranın yarısını, Rusiyanın əksər şəhərlərini gəzmişəm. Hara gedirdimsə, qayıdanda özümlə ona yaxın kitab gətirirdim. Şəxsi kitabxanamda mindən artıq kitab var, oxuduğum kitabların sayını unutmuşam. Səhhətimlə bağlı 2011-ci ildə təqaüdə çıxdım. Yazı-pozu ilə məşğul olmağa, araşdırmağa aldığım kitablardan başladım. Nostradamusdan Vanqaya qədər fenomenal insanlar haqqında beş-altı kitab yazdım. İnsanları 20-ci əsrin ən böyük görücülərindən Edqar Keys ilə tanış etdim. Ona "Yatmış peyğəmbər” deyirdilər. Gipnoz edib transa salır, gələcək haqqında proqnozlarını öyrənirdilər.

–       İnsanların yadplanetlilərlə ilk təması necə olub?

–        Şəxsən olmayıb, amma bu yaxınlarda Abbasqulu Ağa Bakıxanovun bacısı nəvəsinin yadplanetlilərlə təması haqqında məqalə yazmışdım. Ondan başqa 1947-ci ildə ABŞ-ın Yeni Meksika ştatında uçan naməlum obyekt qəzaya uğrayıb və içindən 3 humanoid cəsədi tapılıb. Əməliyyat edib daxili orqanlarını tədqiq ediblər.

1954-cü ilə ABŞ prezidenti Eyzenhauer yadplanetlilərlə əməkdaşlıq haqqında müqavilə bağlayıb. ABŞ-da məlum olan 20-yə qədər baza var ki, orada alimlər yadplanetlilərlə bərabər işləyirlər. İddiaya görə 51 nömrəli bazada on səkkiz yadplanetli var. Burada insanlarla yadplanetlilər birlikdə hibridlər (insanla yadplanetlinin izdivacından dünyaya gələn uşaq) yaradırlar. Dünyada 4 milyona yaxın hibrid var ki, təkcə iki milyonu Amerikada yaşayır. Hər il yüz minə yaxın insan itkin düşür. Onları öyrənmək və tədqiqat aparmaq məqsədilə yadplanetlilər aparırlar.

Kepler teleskopu vasitəsilə əldə edilən məlumata görə təxmin edilir ki, kainatda yüzə qədər sivilizasiya var. Onu da qeyd edim ki, "Ulduz müharibələri” filmində olduğu kimi onlar da müharibə aparırlar.

–       Bəs Yer kürəsini araşdırmaqda əsas məqsədləri nədir?

–        Müharibədən dolayı yox olmaq təhlükəsinə qarşı Dünyaya köçüb burada yaşamaq haqqında düşünürlər.

–       Yadplanetlilərin köçü insan həyatına necə təsir edəcək ?

–        Onlar üç qrupa bölünürlər. Aqressiv, neytral, xeyirxah. Məsələn, aqressivlər insanları aparır, xeyirxahlar bircə toxunuşla xərçəng xəstəliyini müalicə edir, neytrallar isə bizi sadəcə tədqiq edirlər.

–       Uçan boşqablar haqqında müxtəlif fərziyyələr var. Bir fərziyyəyə görə də onlar yadplanetli yox, gələcəkdən gəlmiş insanlardır…

–        "Min bir gecə” nağılları var, orada 202-ci gecənin nağılı yoxdur. 201-ci gecə bitir, səhifənin aşağısında yazılır ki, "növbəti nağıl 203-cü nağıldır, bu, Mirzənin, yəni yazan şəxsin xarakterik səhvidir”. Amma elə deyil, 202-ci nağıl var, 60-cı illərdə bir nüsxəsini əldə etmişəm. Orada üç yadplanetlidən danışılır, biri qadın, ikisi kişi. Onlar gələcəkdən gəlmişdilər…

–       Kitablarınız necə, xaricdə çap olunur?

–        Hazırda kitablarımdan birini çap etmək istəyirlər. Bu zamana kimi heç kimə ağız açmamışam, mənə çətindir, amma insanların oxumasını, maariflənməsini çox istəyirəm. Satışda olan kitablarımın əksəriyyəti isə iki manatdan baha deyil. Məqsədim pul qazanmaq yox, insanların, xüsusilə tələbələrin oxumasıdır. Kitabların satışından sadəcə on faizin müəllifə çatdığını nəzərə alsaq, məncə əlavə sözə ehtiyac qalmır.

Yeri gəlmişkən, prezidentin şəxsi kitabxanasında mənim altı kitabım var. Belə götürəndə prezident özü mənim oxucumdur (red – gülür).

–       Uçan naməlum obyektlər Xəzər dənizinin üzərində tez-tez müşahidə olunur.  Bunun səbəbi nədir?

–        Onların Xəzər dənizində sualtı bazaları var. 2014-cü il 12 iyun tarixində Bayraq meydanında uçan naməlum obyekt görülmüşdü. Bir müddət havada qalıb yüksək sürətlə Xəzər dənizi istiqamətində hadisə yerindən uzaqlaşdı. Mərdəkan səmalarında da tez-tez uçan boşqablar müşahidə olunur. Havadan asılı qalan belə obyektlər dənizə tərəf gedirlər. Ümumiyyətlə yadplanetlilər öz bazalarını gözlərdən uzaq, əlçatmaz yerlərdə qururlar. Nümunə üçün Baykal gölünün dibini, Himalay və Alp dağlarını misal göstərmək olar. Bermud üçbucağı isə Yer kürəsində olan məşhur belə altı nöqtədən biridir.

 

Azərbaycanlı ufoloq: “Prezidentin 3 mühafizəçisi yadplanetlidir”

 

 

–       Hibridlərə qayıdaq, hansı xüsusiyyətlərinə görə adi insanlardan fərqlənirlər?

–        Normal insanlarla müqayisədə onların imkanları ağıla gəlməyəcək qədər çox olur. Leonardo Davinçini, Adolf Hitleri onlara misal göstərmək olar. Hibridlər istənilən insanın simasına bürünə bilərlər. Barak Obamanın mühafizəçiləri arasında üç nəfər yadplanetli var idi, onların görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.

–       Haqqımda hibrid olduğumu bilsəydiniz, mənim timsalımda hibridlərə hansı mesajı ötürmək istəyərdiniz? 

–        Bu gün bəşəriyyətdə deqradasiya prosesi gedir. İnsanlar çoxdur, amma insanlıq azalıb. İnsanlara insanlıq öyrədin…

–       Sizcə insanlığı yadplanetlilər xilas edəcək?

–        Onu ancaq Allah edə bilər. Yadplanetlilər isə yalnız Allahın izni ilə bunu etməyə qadirdirlər. Mən kitablarımda tez-tez Ayətül-Kürsüdən sitat gətirirəm. "Allahın izni olmadan biz onun səltənətindən, elmindən heç nə öyrənə bilmərik”.

Fərid Özay / Minval.info

Xəbər 3886 dəfə oxunub






Oxşar xəbərlər

“AST Telman”ın obyektləri hərraca çıxarıldı
Hadi Rəcəbli sayıqladı: “Mənim toxunulmazlıq hüququm var”
Azərbaycanda yeni xidmət yaradıldı - Sərəncam
Neftçalanın polis rəisi özünə yeni balıq vətəgəsi alıb
Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi
Ermənilər 3 min yəhudini qətlə yetirib - İsrailli ekspert
Braziliya millisinin düşərgəsinə dron buraxılıb
Azərbaycanda investisiya fondu yaradıla bilər
Fransanın XİN naziri Azərbaycana gələcək
"Bakı gözəli 2018"də dava: Saçyoldu (VİDEO)
Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək
Əfv sərəncamı ilə 8 qadın azadlığa buraxılıb
Atatürk hava limanı park olacaq
Qızını fahişə roluna çəkən ustad: Türkan Şoray
Həbs edilmiş icra başçısı təcridxanada ölüb? - AÇIQLAMA
MİLYONLARINI KAZİNOLARDA “YUYAN” AZƏRBAYCAN MƏMURLARI - Şok faktlar
Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcək
“Rusiyanın ən varlı varisi” Vahid Ələkbərovun oğludur
Gənc sahibkarlara pul veriləcək
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Əfv sərəncamının icrasına başlanılıb
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə
Gəncədə avtomobil piyadanı vurub
3500 illik tarixi olan məzarı açdılar və… – FOTOLAR
Ronaldinyo eyni vaxtda iki qadınla evlənir – FOTO
ULDUZ FALI – 25 may
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
Sabirabadda “Belarus“ markalı traktor yanıb
Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11262] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00752] calend [0.00047] topnewsend [0.00343] rsssend [0.00000] ehgend [0.00571] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09426]