Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:15 - 25.05.2018  
“Rusiya Ermənistandan çıxır…” – Sabiq nazir
Tarix: 3-05-2018, 09:54 | Bölmə: Xəbərlər » Müsahibə

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-ın "Çətin sual” proqramına müsahibəsində Ermənistanda siyasi böhran və son durumla bağlı danışıb.

 Ermənistandakı siyasi böhran ölkədəki daxili duruma necə təsir edəcək? Siyasi böhranın səbəbləri nədir?

– Əsas səbəblərdən biri kimi onu qeyd etmək lazımdır ki, artıq uzun müddətdir ki, Ermənistanın özündə "Qarabağ klanı” deyilən bir qruplaşma hakimiyyəti zəbt edib, əlində saxlayır. Özü də bunların həm daxili, həm də xarici siyasəti Ermənistan cəmiyyəti tərəfindən, ziyalılar tərəfindən qəbul olunmur. Çünki onlar bir növ Ermənistanda əyalət adamları kimi qəbul olunur. Onların siyasi davranışı, hətta siyasi davranışdan kənar olan bəzi hadisələr də Ermənistan cəmiyyətinin bu klana qarşı nifrətinin və qarşıdurmanın əsaslarını yaradıb. Hesab edirəm ki, indiki hadisələrin əsas kökü və əsas səbəbi budur. Bəzən deyirlər ki, əsas səbəb odur ki, Qərblə Rusiya arasında hansısa toqquşmalar var və guya Qərb Ermənistanı öz tərəfinə çəkmək istəyir və s. Mən bu fikrin tərəfdarı deyiləm. Ona görə ki, Qərbin orada nə maraqları ola bilər? Tramp administrasiyasının xarici siyasətdə əsas şüarlarından biri ondan ibarətdir ki, ABŞ digər ölkələrə öz maliyyə yardımını, ümumiyyətlə, təsirini azaltmaq niyyətindədir. Artıq bu siyasət həyata keçirilir. Yenidən Amerikanın çox uzaqda olan, heç bir geopolitik maraq kəsb etməyən bir ölkəni öz tərəfinə çəkib və bunun əsasında Rusiya ilə toqquşmaya təzə bir məkan açmasına həvəsi olmasına inanmıram. Qərb ölkələri hansısa ölkəni tam öz himayəsinə götürməyə hazır deyil.

- Rusiya rəsmilərinin Ermənistandakı siyasi böhrana reaksiyalarına münasibətiniz necədir? Ermənistanla Rusiya arasında münasibətlərdə yeni situasiyalar yarana bilərmi?

– Rusiyadan Ermənistanda baş verənlərə Gürcüstana, Ukraynaya nisbətən demək olar ki, çox sakit və çox təmkinli bir reaksiya verilir. Rusiyadan Ermənistana kiçik bir nümayəndə heyəti göndərilib. Müzakirələr onu göstərir ki, Rusiya parlamentinin ermənipərəst üzvləri gəlib müzakirə aparıb. Demək olar ki, Rusiya tərəfindən ciddi hansısa addımlar atılmır. Rusiyadakı yeni meyllər göstərir ki, Rusiya artıq bu ölkəyə (Ermənistan forfost deyilən ölkə kimi) marağını itirir. Artıq açıq şəkildə deyilir ki, Ermənistanın Rusiyanın müdafiəsi üçün heç bir hərbi əhəmiyyəti yoxdur. İqtisadi baxımdan bazar ildən-ilə azalır. Bu ölkənin əhalisinin sayı artıq 1,6 milyonadək azalıb. Bu baxımdan Ermənistan "qulpsuz çemodan” kimi görünür və Rusiya istəyir bu, "qulpsuz çemodan”dan azad olsun. Mənə elə gəlir ki, proseslər məhz bu istiqamətdə gedir. Qəribə bir reaksiyanı da yadınıza salmaq istəyirəm. Jirinovski deyib ki, bu, ciddi hadisələr deyil. Sadəcə olaraq ermənilər təzə kreditlər üçün şou qurublar. Təbii ki, Jirinovskinin hər bir fikrini dırnaq arasına almaq lazımdır. Amma hesab edirəm ki, onun bu şəkildə söyləməsi onu göstərir ki, Rusiya artıq Ermənistana öz marağını itirir.

- Ermənistanda yaranan siyasi böhran Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara necə təsir edəcək?

– Hesab edirəm ki, bu, Qarabağ probleminə ciddi şəkildə təsir edəcək. Çünki mən dediyim kimi, Rusiya əgər Ermənistandan çəkilsə ermənilər gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər. Əgər bu, baş versə, deməli, real sülh mümkündür. Amma mən hesab edirəm ki, real sülh bəlkə də hansısa hərbi əməliyyatlardan sonra daha real görsənəcək. Çünki bu illər ərzində təbliğat nəticəsində ermənilər öz hərbi imkanlarını çox şişirdiblər və ictimaiyyətə göstəriblər ki, guya onlardan güclü bir ordu yoxdur. Doğrudur, aprel hadisələri onları bir az ayıltdı. Amma yetərincə olmadı. Çünki onlar axıracan öz mövqelərində qalırlar. Hesab edirəm ki, indiki böhran nəticəsində onlar daxilən çox zəifləyəcəklər. Bunun nəticəsi həm də Qarabağ probleminə təsirini göstərəcək.

- Azərbaycan mövcud durumdan necə istifadə etməlidir?

– Azərbaycan vəziyyəti diqqətlə nəzərdə saxlamalıdır və hər bir məsələyə hazır olmalıdır. Həm sülh danışıqlarına, həm də hərbi əməliyyatlara hazır olmalıdır. Hesab edirəm ki, bu siyasət artıq gündəmdədir və həyata keçirilir. Bəzən deyirlər, hərbi əməliyyatı tezləşdirmək lazımdır. Hər bir şeyin öz vaxtı var, vaxtında atılan addım daha qiymətli olur. Ələlxüsus da bu addım Qarabağ mövzusu ilə bağlıdırsa. Hərbi əməliyyatlar həmişə çox ağır təsiredici bir siyasətdir və istisna etmirəm ki, bu barədə qərar qəbul etmək çox çətin bir məsələdir. Amma ermənilər bizə ayrı bir yol saxlamasa, deməli, bu addımı da atmalıyıq.

Xəbər 4889 dəfə oxunub






Oxşar xəbərlər

“AST Telman”ın obyektləri hərraca çıxarıldı
Hadi Rəcəbli sayıqladı: “Mənim toxunulmazlıq hüququm var”
Azərbaycanda yeni xidmət yaradıldı - Sərəncam
Neftçalanın polis rəisi özünə yeni balıq vətəgəsi alıb
Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi
Ermənilər 3 min yəhudini qətlə yetirib - İsrailli ekspert
Braziliya millisinin düşərgəsinə dron buraxılıb
Azərbaycanda investisiya fondu yaradıla bilər
Fransanın XİN naziri Azərbaycana gələcək
"Bakı gözəli 2018"də dava: Saçyoldu (VİDEO)
Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək
Əfv sərəncamı ilə 8 qadın azadlığa buraxılıb
Atatürk hava limanı park olacaq
Qızını fahişə roluna çəkən ustad: Türkan Şoray
Həbs edilmiş icra başçısı təcridxanada ölüb? - AÇIQLAMA
MİLYONLARINI KAZİNOLARDA “YUYAN” AZƏRBAYCAN MƏMURLARI - Şok faktlar
Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcək
“Rusiyanın ən varlı varisi” Vahid Ələkbərovun oğludur
Gənc sahibkarlara pul veriləcək
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Əfv sərəncamının icrasına başlanılıb
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə
Gəncədə avtomobil piyadanı vurub
3500 illik tarixi olan məzarı açdılar və… – FOTOLAR
Ronaldinyo eyni vaxtda iki qadınla evlənir – FOTO
ULDUZ FALI – 25 may
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
Sabirabadda “Belarus“ markalı traktor yanıb
Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09380] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00744] calend [0.00039] topnewsend [0.00283] rsssend [0.00000] ehgend [0.00496] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07698]