Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:42 - 17.01.2019  
Xanım deputatdan ailəsinin ittihamlarına - CAVAB
Tarix: 16-04-2018, 11:45 | Bölmə: Xəbərlər » Müsahibə

"Qardaşlarım tərəfindən hədə və təhdid altındayam"

Xanım deputatdan ailəsinin ittihamlarına - CAVAB"Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım".

Bu Milli Məclisin üzvü Sona Əliyevanın mediaya, o cümlədən "Yeni Müsavat" qəzetinə göndərdiyi məktubun giriş hissədir. 

Xanım deputat "sükutunu pozaraq" yazır: 

"Bu gün mən sadəcə son günlərinə qədər atamın qulluğunda durmağımın, böyük qardaşımın da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüququi məsələlərini həll etməyimin "günahını” yaşayıram. Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim….

Bildirmək istəryirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanmış, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılmışdır. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə təhdid etmiş, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirmişdir. Son olaraq fevral ayının yeddisində qardaşlarımın iş birliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc etdirərək, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur etmişlər. Məsələnin böyüməsinin və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etmiş, atam tərəfindən mənə bağışlanan "Mercedes" markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirmişəm. Buna baxmayaraq qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbərin media orqanlarından götürməyəcəklərini bildirmiş və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilmişdir.

"Ailə üzvlərim həyat yoldaşımı və övladlarımı ölümlə hədələdilər" 

Bu gün də eyni qaydada iqtidar partiyanın və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və mənim şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da həqiqətləri söyləmək məcburiyyətində qaldım. Burdan bəzi media orqanlarına isə xaiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın. Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün bu olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilmıyindənsə, hüquq mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imiicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm. 

Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təyziq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınıarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm". /musavat.com/

Xatırladaq ki, xanım deputatın ailə üzvləri ona qarşı müəyyən ittihamlar irəli sürüblər. İddialara görə, ailədaxili mülk qalmaqalı baş qaldırıb. Tərəflər doğma olsalar da, bir-birinə qarşı aqressivlik nümayiş etdirirlər...

Demokratik.Az

Xəbər 2163 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11658] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00829] calend [0.00056] topnewsend [0.00390] rsssend [0.00000] ehgend [0.00748] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09496]