Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:33 - 17.11.2018  
Mübariz Mənsimov MÜSAHİBƏ verdi və "Buradayam" dedi
Tarix: 11-02-2018, 12:51 | Bölmə: Xəbərlər » Müsahibə

Palmali Şirkətlər Qrupunun təsisçisi Mubariz Mənsimov Qurbanoğlu Türkiyənin "Hürriyet” qəzetinə müsahibə verib.

Demokratik.Az həmin müsahibəni kiçik ixtisarla təqdim edir. 

Mübariz Mənsimov MÜSAHİBƏ verdi və  "Buradayam" dediMübariz Mənsimov söhbətində biznesindən və hazırda Dünya iqtisadiyyatında baş verən proseslərdən danışıb.

Forbes jurnalının versiyasına görə, Mübariz Mənsimov 2015-ci ildə ilk 500 milyonçu şəxslərdən biri olub. O, Şell, Total, Glencore, BP dünya nəhəngləriylə işlədiyini qeyd edib.

-Sizinlə bu günə qədər çox görüşlərimiz oldu. Son dövrdə hər dəfə "Türkiyədən gedirsinizmi?” – deyə soruşuram…
-Məncə, artıq soruşma. Buradayam. Türkiyəni sevirəm. İşə də davam edirik.

-Dənizçilik sektorunda böyük bir fırtına, böhran baş verdi. Siz turizmə də daxil olmuşdunuz. Hazırda işləriniz nə yerdədir ?
-Əsas işimiz dənizçilik, gəmiçilik, tikinti və maddi-texniki təchizatdır. Limanlarda agentliklərimiz də var. Təkcə öz gəmilərimizlə deyil, icarəyə götürdüyümüz gəmilərlə də nəqliyyat işini həyata keçiririk. "Palmali” qrupu ən böyük donanmalardan birinə sahibdir. Gəmi sayımız daim dəyişir. Hətta "270 gəmimiz var” deyə bilərik, çünki müqavilə bağladığımız, icarəyə götürdüyümüz gəmilərimiz var. Amma özümüzə aid ən az 100 gəmimiz mövcuddur.

– Son dövrdə yeni gəmi aldınız mı?
-Köhnə gəmiləri satıb yeni gəmilər alırıq. 2017-ci ildə 5 yeni gəmi aldıq. Tanker və quru yük gəmiləri yenilənir. İş görərkən yenilənmək də lazımdır.

-Neft qiymətlərinin düşməsi bir çox şirkəti batırdı… Sizdə vəziyyət necədir?
-Bazar dəyişib. Dünya ticarəti də dəyişir. Dənizçilik dövlətə, dövlətlərə bağlı bir sektor deyil. Su harada varsa, orada gəmiçilik də var. Çaylarda belə nəqliyyat işi görürük. Dənizçilyin yeganə rəqibi dəmir yollarıdır. Ən pis zamanda belə, dənizçilik dayanmır. Neft nəqliyyatı da davam edir. Bunun olmaması düşünülə bilməz. Dəfələrlə təbii enerjinin işi bitəcək deyənlər var. Neft sektoru yalnız maşınımızı qoyduğumuz benzin deyil. İşin içində çox böyük kimyəvi materiallar var. Müxtəlif şirkətlərdən tekstilə, kosmetika istehsalına qədər çox fərqli sektorlarda bizim daşıdığımız xammallardan istifadə edilir. Tankerlər həmişə lazım olacaq. Tankerlərə yalnız neft daşımaq vasitəsi kimi baxmaq doğru deyil. Biz bəzən su da daşıyırıq.

-Haraya su daşıyırsınız?
-Fransadan ərəb dövlətlərinə… Qida da daşıyırıq. Yağlar daşıyırıq. Zeytun yağı, palma yağı, gül yağı; hamısını daşıyırıq. Dənizçilik sektoru hər 10 ildən bir çöküş yaşayır. Uzun zamandır böhrandadır bu sektor. Sizinlə daha əvvəl də danışmışdıq; dalğalanma həmişə var. Tələbatdan artıq gəmi istehsal olunub. Tələbat artığı yaranıb, böyüyüb şirkətlər. Baş verənlər də bununla əlaqədardır.

-10 il keçir, demək olar ki, həmin müsahibədən. İndi vəziyyət necədir?
-Bəli, 2018-ci yüksəliş ili olacaq. At ili…

-Bunu nəyə əsaslanaraq deyirsiniz?
-Yeni gəmi sifarişləri vermişik. Hərtərəfli analiz edirik prosesləri. Dünya limanlarındakı ehtiyatların həcmini görürük. Dünyada son 5 ildə inanılmaz səviyyədə, 70 faiz civarında gəmiqayırma işində azalma baş verib. Tankerlərdə də, quru yük gəmilərində də problem yaşandı. Quru yük gəmiləri daha tez böhrana girdi. Amma artıq yenilik rüzgarları əsir. Hava təmizlik sistemlərinin taxılması lazımdır gəmilərə. 2019-2020 kimi hava çirkləndirən gəmilər limanlara daxil olmayacaq. Eurodizel yandırması lazımdır gəmilərin. Bunlar yaxşı göstəricilərdir. Bazar ayağa qalxacaq. Əslində böhranın əsas səbəbi gəmiçilik şirkətlərində gəmilərin artmasıdır. İndi köhnə gəmilər bazardan çıxarılacaq. Yəni problem təkcə neft və neft məhsullarının qiymətinin ucuzlaşması deyildi.

-Nədir dəyişilənlər?
-Boru kəmərləri çıxdı. Keçmişdə biz Qara dənizdən Amerikaya xam neft daşıyırdıq. Amerika 10 milyon barreldən çox nefti xaricə satacaq vəziyyətə gəldi. Ehtiyatlarını açıqladılar. Amma daşınan, dediyim kimi, təkcə neft deyil. Bizim özümüzün mülkiyyətində heç bir zaman 100-dən az gəmi olmadı. Moskva, Malta və Türkiyədə bazalarımız var. Böyük bir donanmadan söhbət gedir.

– Hədəf seçdiyiniz yeni bazarlar varmı?
-Biz Baltik dənizində fəal deyildik, orada fəallaşırıq. Avropada böyük bir donanmamız var, Malta bayraqlı gəmilərdən ibarət olan. Biz Aİ ölkələrində kabotaj səfərləri həyata keçiririk. Dünyada 7-15 tonnajlı gəmilər arasında ən böyük donanma bizdədir. Bu tonnajlı gəmilər Avropada sürətli böyüyür.

"Demokratik.Az"

Xəbər 1655 dəfə oxunub






Oxşar xəbərlər

Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
ADP sədri müxalifətin uğursuzluqlarından yazdı
Milli Məclisdə gərgin büdcə müzakirələri
“İran Suriyada Türkiyə üçün təhlükədir” – ABŞ
Dollar bugünə məzənnəsi
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - Foto
Filmə 1,5 milyon ayıran nazirə möhtəşəm – Müraciət
Libermanın şok istefa QƏRARI
Prezident ilk dəfə KTMT-də baş verənlərdən danışdı
Terrrorçu PKK-YPG əlaqələrini ifşa etdi
İlham Əliyev Fələstin liderini təbrik edib
“Bu millət hər şeyə hazırdır, təki nəsə qopara bilsin” - Deputatdan aşağılayıcı çıxış
Bakı meri DYP rəisinin qanunsuz tikilisini dayandırdı
QUBADA AVTOXULİQAN GƏNCLƏR SAXLANILDI
Əli Məsimli: “Azərbaycanda milli gəlir ədalətlə bölünmür”
"Dağlıq Qarabağ Azərbaycan torpağıdır" - Ukraynalı araşdırmaçı ilə MÜSAHİBƏ
Bakıda çörək almağa gedən uşaq itkin düşüb - FOTO
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Bakılı İsraildə seçkilərdə qalib gəldi və mer oldu
Fərəc Quliyev təltif olundu - Zakir Həsənova TƏŞƏKKÜR yazdı
Sabahın hava proqnozu açıqlanıb
Daşkəsəndə yanğın zamanı ölən uşaqlar...- FOTOLAR
Arif Rəhimzadə hökumətdən pul istəmədi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15684] initstartout [0.00016] initstartin [0.00090] calstart [0.01106] calend [0.00062] topnewsend [0.00557] rsssend [0.00000] ehgend [0.00833] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12943]