Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:49 - 15.11.2019  
“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” - İsgəndər Həmidov
Tarix: 8-02-2018, 09:29 | Bölmə: Xəbərlər » Müsahibə

Rəsul Quliyevin AXC iqtidarına ittihamlarına sərt reaksiya

“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” - İsgəndər HəmidovAmerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin jurnalist Emin Hüseynova verdiyi müsahibədən sonra onunla Xalq Cəbhəsi hakimiyyətinin təmsilçiləri arasında yaranan qarşıdurma səngimək bilmir. Hər iki tərəf bir-birilərinin ünvanına nəinki ən sərt ittihamlar yağdırır, hətta ən ağır formada təhqirlər səsləndirirlər.

Son olaraq, sabiq spiker ovqat.com-a müsahibəsində narazılıqları daha da alovlandırıb. O, AXC hakimiyyətinin ünvanına növbəti sərt ittihamlarını dilə gətirib. Geniş müsahibənin əsas diqqətçəkən yerləri bunlardır: "Elçibəyin komandasında ən az olmuş (20 günə yaxın) adam mənəm. Mən Elçibəylə bir insan kimi dostluq etmişəm, ona demokratik dövlət qurmaq istiqamətində səmimi şəkildə kömək etmək istəmişəm, ancaq ”onun silahdaşı olmuşam" - desəm, yalançı pafos olar. Mən qəti sürətdə onun xarici, kadr və s. siyasətlərini, iqtisadi reformalar istiqamətində süst mövqeyini heç vaxt dəstəkləməmişəm və bunu hər zaman onun nəzərinə çatdırmağa cəhd etmişəm. Müstəqillik sütunu üzərində əsə-əsə dayanmış bir ölkənin prezidentinin RF-nın əleyhinə danışması, Türkiyənin bir vilayəti olmasını arzu etməsi, Təbrizə Şimali Azərbaycanın bayrağını taxacağından danışması ümumiyyətlə heç bir xarici siyasətinin olmamasından xəbər verir.

“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” - İsgəndər Həmidov

Və ya heç 25 ildən sonra belə, bir rayonun JEK-də işləyə bilməyəcək birini gətirib baş nazir qoymaqla nəyə ümid bəsləyirdi Elçibəy? Nəticədə Sürət Hüseynov 3 tankı və 70 nəfər nəşəli adamları ilə dövlət çevrilişi etdi. 1992-ci ilin mayında hakimiyyəti ələ keçirmiş Xalq Cəbhəsi liderlərinin bir aya yaxın gördükləri işlər millətin böyük əksəriyyətinin onlardan üz döndərməsi ilə nəticələnmişdi. Əgər parlamentin sədri Yaqub Məmmədov namizədliyini geri götürməyə məcbur edilməsəydi, birinci turda Elçibəy maksimum 35 faiz səs toplayardı. Digər namizəd Nizami müəllimlə rəqabətdə keçən seçki əslində 2-ci tura qalmalıydı; çünki Elçibəy ən çoxu 47 faiz səs toplamışdı. Bu açıqlamaları mən o JEK müdiri-baş nazirlərin yekə-yekə danışmaqlarına görə verirəm".

R.Quliyevin AXC hakimiyyətinin baş naziri kimi hədəf aldığı şəxs AXP sədri Pənah Hüseyndir. Keçmiş nazir qısa olaraq bunları dedi: "Rəsul Quliyevin dediklərinə cavab verməyə ehtiyac duymuram. Məndə bu barədə xüsusi bir maraq da yoxdur”.

“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” - İsgəndər Həmidov

Xalq Cəbhəsi iqtidarı dövründə daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidov R.Quliyevin dediklərinin cəfəng olduğunu bildirdi: "Yəqin ki, Pənah bəy barəsində deyilənlərə cavab verəcək. O bizim hakimiyyətin ən savadlı, dünyagörmüş şəxslərindən biridir. Əvvəl Pənah bəy dövlət katibi, sonra isə baş nazir oldu. Rəsul Quliyev onun müavini idi. Yəni o, həmin hakimiyyətdə təmsil olunurdu. Ondan qabaq Neft Şirkətində müavin idi, ondan öncə də Neftayırma Zavodunun müdiri idi. Özünü indi niyə kənara çəkir? O fikirlərində tarixləri təhrif də edib. Çünki Yaqub Məmmədov o zaman namizədliyini geri götürmədi. Seçki zamanı bir nəfər iddiasını geri götürdü, o da Tamerlan Qarayev idi, Əbülfəz bəyin xeyrinə namizədliyini geri götürmüşdü. Əbülfəz bəy demokratik yolla qalib gəlib ölkə rəhbəri oldu. Tarixi təhrif etmək kimə və nəyə lazımdır? Rəsul Quliyevin dedikləri boş və cəfəng fikirlərdir. Yaqub bəy daxil olmaqla beş nəfər namizəd var idi və onlardan yalnız biri iddiasını geri götürdü. Rəsul Quliyev unutmamalıdır ki, bizim hakimiyyətdə təmsil olunub. Əbülfəz bəyin böyüklüyü onda idi ki, hakimiyyət naminə qarşıdurmaya getmədi. Rəsul Quliyev niyə belə yalanlar danışır? Açığı çox təəccüb edirəm. O seçkilərdə heç kəs məcbur edilməyib ki, iddiasından geri çəkilsin. Tamerlan Qarayev öz istəyi ilə geri çəkildi. O, Xalq Cəbhəsinin üzvü idi və Xalq Cəbhəsinin rəhbərinin namizədliyi veriləndən sonra geri çəkildi. Bu dünənki tarixdir, sənədlər də itməyib. 20 gün AXC hakimiyyətində təmsil olunduğunu deyir, açığı bu fikirlərinə də məəttəl qalmışam. Neft Şirkətində müavin olmaq, Neftayırma Zavodunda müdir, baş nazirin müavini olmaq hakimiyyətdə təmsil olunmaq deyilmi? Kadr islahatlarını dəstəkləmədiyini deyir, gərək onun kimilərinə vəzifə verilməyəydi. Yəqin indiki iqtidara yarınmaqdan ötrü belə açıqlamalar verir, iyirmi neçə ildən sonra yenidən bizi hədəfə gətirir. Xarici siyasətimizdən də danışıb. Bunun barədə deyə bilərəm ki, Əbülfəz bəy Təbrizə bayraq asmaq söhbətini prezident seçilənə qədər edib. Digər tərəfdən Türkiyə bizə qardaş ölkədir, bizi iki dəfə xilas edib, yenə də qardaş ölkə olaraq qalır, amma heç vaxt Əbülfəz bəy deməyib ki, Azərbaycan Türkiyənin bir əyaləti olsun.

“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” - İsgəndər Həmidov

Boris Yeltsinlə Elçibəy görüşüb, rus qoşunlarını da bəli ölkədən biz çıxarmışıq. Müstəqil bir ölkənin ərazisində nə üçün kənar bir dövlətin qoşunları olmalıdır? Rəsul Quliyev burada da tam mənasız və təhrifedici fikirlər səsləndirib. Hakimiyyətimizin ilk ayında gördüyümüz işlərə görə xalqın bizdən üz döndərdiyini deməsi də çox gülməlidir.

AXC-nin hakimiyyəti ələ keçirdiyini də deyir. Bu da tam yalandır. 1990-ci ilin 15 mayında Azərbaycan Konstitusiyası pozulmuşdu, xalq qalxıb konstitusiyanı bərpa etdi. Biz də xalqın önündə getmişik. Xalqın konstitusiyanı bərpa etməsi və hakimiyyəti devirmək tam ayrı-ayrı anlayışlardır. Burada da Rəsul Quliyev nəyisə qarışdırır. Mənə təəccüb gələn odur ki, AXC hakimiyyəti dövründə Rəsul Quliyevin incik düşdüyü hallar olmayıb. Hətta rəhmətlik Əbülfəz bəy onu çox himayə edirdi. Sadəcə düşünürəm ki, o indiki hakimiyyətə xoş gəlməkdən ötrü belə açıqlamalar verir. Bu şəxsin təzadına baxın. Axşam ona sual verirlər ki, çağırsalar bugünkü hakimiyyətlə bir yerdə işləyərsən, deyir xeyr. Səhəri gün isə deyir ki, baxır kimin çağırmağı. Səni yalnız bir şəxs çağıra bilər ki, o da ölkənin rəhbəridir. Deməli burada əl yeri qoyur ki, çağırsa gedib işləyə bilərəm”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 3771 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35640] initstartout [0.00025] initstartin [0.00142] calstart [0.01431] calend [0.00087] topnewsend [0.00724] rsssend [0.00000] ehgend [0.00641] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32517]