Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:51 - 20.10.2018  
Bəli, mənim bağ evim də var...– Əflatun Amaşov/MÜSAHİBƏ
Tarix: 23-01-2018, 13:31 | Bölmə: Xəbərlər » Müsahibə

"RuH”-un sədri başqa adamdır, Mətbuat Şurasının sədri başqa

Bəli, mənim bağ evim də var...– Əflatun Amaşov/MÜSAHİBƏAzərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı... Əflatun Amaşov təmsil olunduğu hər iki institutla bağlı baş vesən proseslərdə fəallığı ilə seçilir. Haqqında narazılıqlar da olmamış deyil. Bu müsahibəmizdə gördüyü işləri necə çatdırmasından, görmədiyi işləri niyə görməməsindən danışdıq. Beləliklə, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun AFN-ə müsahibəsini təqdim edirik:

– Deputat və MŞ sədri – hər iki postunuza uyğun balanslı fəaliyyətinizi seyr edirik. İkisini bir arada çatdırmaq çətin olmur ki?

– Çətinlik deyəndə, mən axşamdan bilirəm ki, sabah üç seçici ilə görüşəcəm. Adətən seçicilərlə təmaslar rayonda olur, ancaq Bakıda da görüşürəm. Media ilə bağlı əsas işimiz isə Mətbuat Şurasındakı fəaliyyətdir. 

İnsanın həyatında müəyyən dövr olur ki, hadisələrə alışır. Hadisələrin gedişatına da, müraciət edənlərə də. Hər kəsin problemini həll etmək mümkün deyil. Məsələn, bu yaxınlarda yanıma bir nəfər gəlmişdi, 2 yaşlı qız nəvəsində leykoz aşkarlanıb. Ona yardım etmək əlimizdə deyildi. Belə hallar ağırdır. Amma kiminsə problemini həll edəndə xoş olursan. Bu gün sizdən qabaq (müsahibə 19 yanvarda götürülüb-red.) bir nəfər gəlmişdi, onu işdən çıxarmışdılar, bərpası üçün xahiş etdim. İşimiz həm də bu kimi məsələlərdən ibarətdir. 

Bundan başqa, parlamentdə müzakirələrə qatılmaq vacibdir. Daha çox jurnalistika və ictimai əhəmiyyətli məsələlərlə bağlı fikir bildirirəm. Onlayn medianın dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi gündəmdədir. Seçildiyim bölgənin ümumi əhəmiyyət daşıyan problemləri də. 

Mətbuat Şurasına isə demək olar, hər gün şikayətlər daxil olur. Şura başqa jurnalist təşkilatlarından fərqlənir. Qurumun missiyası media ilə ictimaiyyət, media ilə dövlət qurumları arasında olan münasibətlərin tənzimlənməsindən ibarətdir. Buna görə məsələlərə daha geniş səpkidən yanaşmaq vacibdir. Bəzən şikayətləri qəbul etmirik. Baxırıq ki, şikayətçi jurnalistikanın missiyasını düzgün anlamır, media nümayəndələrinin sorğularına cavab vermir. Müraciətinin səbəbi isə barəsində tənqidi yazının getməsidir. Halbuki jurnalistlərin suallarını vaxtında cavablandırsaydı, problem yaranmazdı. Təəssüf ki, şikayətçilərin haqlı olduqları məqamlar da az deyil. Bəzi jurnalistlər peşəyə aid olmayan məqsədlərə köklənirlər. Hamımıza məlumdur, belələrinin sayı kifayət qədərdir. 

– Heç olubmu ki, jurnalistlər də sizə müraciət etsin ki, filan qurum mənim sorğuma, suallarıma cavab vermir, mənimlə münasibətləri düzgün qurmur?

– Bəli, olub belə hallar. Müdaxilə etmişik. Təxminən ay yarım öncə Sumqayıtda bir hadisə baş vermişdi. Məsələyə aydınlıq gətirmək üçün müvafiq qurumlara zəng etdim. Ümumən belə hallar indiyədək çox olub. Danışmışıq, söhbət aparmışıq, nəyəsə aydınlıq gətirilməsinə nail olmuşuq.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu barədə parlamentdə də müzakirə aparıldı. Söhbət jurnalist hüquqlarını pozan tərəflə əlaqədar cəzadan gedir. Çıxış etdim və jurnalistlərin hüquqlarını pozan, jurnalistlərin informasiya almalarına mane olan tərəflərin də daha sərt şəkildə cəzalandırılmasını təklif etdim. Yəqin diqqətinizdə olar, jurnalistlərin qanuni fəaliyyətinə maneçilik törədilməsinə görə nəzərdə tutulmuş cərimələrin həcmi artdı. Ümumən qanunvericilikdə bu məsələlər birmənalı qaydada göstərilir. Lakin təəssüf ki, jurnalistlərimiz bir çox hallarda informasiya ala bilmədiyi tərəflə hüquqi müstəvidə mübarizə aparmaqda maraqlı deyillər. Bəzən mübarizə tədbiri kimi haradansa köhnə informasiyanı götürüb bir az da şişirdilmiş formada cəmiyyətə təqdim edirlər. Bu, yaranmış uçurumu bir qədər də dərinləşdirir.

– Seçiciləriniz hansı məsələlərlə bağlı müraciət edirlər? Adətən seçicilər deputatları ilə görüşə hər hansı probleminin həlli üçün təşəbbüs göstərir. Heç olurmu ki, hansısa bir təkliflə sizə yaxınlaşan olsun?

– Seçicilərin problemə birbaşa yanaşmaları var. Məsələn, şəhid ailələrinə verilən məbləğin azlığı ilə bağlı problem qaldırıldı. Parlamentdə bunu gündəmə gətirdim və qanunvericiliyə dəyişiklik edilməsini təklif etdim. Seçicilər sosial çətinliklərini, banklarla, kreditlərlə bağlı məsələləri də gündəmə gətirirlər. Mövcud istiqamətlərdə parlamentdə məsələlər qaldırılır və edilən çıxışlar son nəticədə qanunvericiliyə müəyyən dəyişikliklərə gətirib çıxarır. Əlbəttə, istənilən təklifi gündəmə gətirmək mümkündür. 

Ümumi xarakterli bir sıra problemlər var ki, onların həlli onsuz da nəzərdə tutulur. Bu kimi məqamlarda deputatın işi yalnız prosesi sürətləndirmək üzərində qurulur. İstər deputatı seçildiyim Saatlı rayonunun ayrı-ayrı yaşayış məntəqələrinə yeni yol çəkilişi, istərsə də elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması ilə əlaqədar bu kimi təşəbbüslərimiz var. 

Səhiyyə ilə, təhsillə, orta məktəblərin təmiri, yeni məktəb binalarının inşası ilə bağlı məsələlər də diqqətimizdədir. Bunları gündəmə gətirib, arxasınca düşüb həll etməyə çalışmaq lazımdır. Təcrübə göstərir ki, çalışanda nəyəsə nail olmaq mümkündür. Həm Bakıda, həm rayonda kimlərləsə görüşmək, müzakirələr aparmaq lazım gəlir, öhdəsindən gəlməyə çalışırıq. Bəzən bir məsələ ilə bağlı bir deyil, bir neçə qurumun rəhbər şəxsləri ilə danışıqlar aparmaq zərurəti yaranır. Nəticəsi olur. Beləcə bir də görürsən ki, problemlərin müəyyən qismi aradan qalxıb. Təbii, alınmayan məsələlər də var. Bu zaman gərək səbəbini aydınlaşdırasan, izah edəsən.

– Şəhid ailələrinə verilən məbləğin artırılmasından danışdınız, yeri gəlmişkən, son günlər şəhidlərimizin ailələri, valideynləri ünvanına arzuolunmaz ifadələr səsləndirilir. Cəmiyyətdə müəyyən nüfuzu olan insanlar şəhid adının, şəhid ailəsi adının formalaşmış toxunulmazlığına toxunan fikirlər söylədilər və təbii bir etirazla qarşılaşdılar. Sizin bir deputat və bir jurnalist kimi bu məsələ ilə bağlı fikirləriniz maraqlı olar.

– Ötən iki ildə Saatlının iki övladı Vətən uğruda şəhid olub. Onların dəfnində iştirak etmişəm, indinin özündə də rayona gedəndə çalışıram şəhidlərin ailə üzvləri görüşüm. Ən azı bir xoş söz belə onlar üçün təsəllidir. 

Şəhidlik ali zirvədir. Bundan o tərəfə nəsə yoxdur. Təəssüf ki, bəzən müəyyən insanlar bilərəkdən, yaxud bilməyərəkdən əks fikirlər səsləndirirlər. Məsələləri qarışdırmaq lazım deyil. Tutaq ki Xəlil Rza ilə bağlı kiminsə fikri tənqidi ola bilər. Kimsə Səməd Vurğun poeziyasını daha yüksək qiymətləndirə bilər, Xəlil Rzanı yox, bu, onun bədii ədəbiyyata baxışından, şəxsi düşüncəsindən asılıdır. Kiminsə siyasi gedişlərinə qiymət vermək də insanın özünün münasibətindən asılıdır. Amma şəhidlik məsələsini o kontekstə gətirmək yanlışlıqdır. Cəmiyyət heç vaxt imkan verməz ki, müqəddəs hesab etdiyi məsələ ilə bağlı hədyan fikir bildirilsin. Bütün xalqlarda belədir. Xalqımız və dövlətimiz şəhidlərimizin adını, xatirəsini həmişə əziz tutub. 

– Əflatun müəllim, media və jurnalistlərlə bağlı baş verən istənilən məsələyə reaksiya verirsiz, çox zaman da jurnalistlərin mövqeyindən çıxış edirsiz. Buna baxmayaraq, sizi tənqid edənlər var, müəyyən narazılıqlar meydana gəlir. Nədən qaynaqlanır bu narazılıq?

- Başlanğıcda bu suala müəyyən qədər cavab verdim. Bir az da geniş yanaşaraq deyim ki, biri var "Ruh” Jurnalistləri Müdafiə Komitəsinin sədri, biri də var Mətbuat Şurasının sədri Əflatun Amaşov. Birincidə missiyam birbaşa jurnalistlərin hüquqlarının müdafiəsinə yönəlirdi. Jurnalist də vətəndaşdır, insandır, səhv edə bilər, əsəbləşib kiminsə haqqında nəsə yaza bilər, bu təbiidir.

Dediyiniz narazılıqlar isə ümumən Şuranın fəaliyyət istiqamətindən, iş xüsusiyyətindəki spesifiklikdən qaynaqlanır. Ölkə vətəndaşları KİV-lərdən şikayət edirlər. Araşdırma aparılanda aydınlaşır ki, şikayətçilərin kifayət qədər böyük hissəsi haqlıdır. Bir sıra saytlar var ki, mütəmadi olaraq məktəblərə yollanırlar, guya yoxlama aparırlar, müəyyən bəhanələr gətirib təhdid edirlər, hətta aylıq pul verməyə də məcbur edirlər. Nəinki Bakıda, bölgələrdə də bu sayaq faktlar var. 

Mətbuat Şurası, bir daha təkrar edirəm, özünün missiyasını yerinə yetirərək belə məsələləri müzakirə edəndə şikayətçi tərəfin haqlı olduğunu aşkarlayır və cavabdeh informasiya vasitəsinə qarşı tövsiyəedici qərarlar çıxarır. Narazı münasibət bundan qaynaqlana bilər. Mətbuat Şurasının sədri kimi medianın içərisindəyəm. Bu gün bir xəbər portalında informasiya dərc edilir. Bilinir ki, onun arxasında kimlər, nələr dayanır, o informasiya hansı məqsədlə yayılıb. Az sonra hansısa saytda buna cavab olan yazının gedəcəyini də müəyyənləşdirmək çətinlik yaratmır. Yəni medianın mənzərəsi bizə bu qədər aydındır. Bir qrup insan jurnalistikadan sui-istifadə edir. Şuranı narahat edən məsələ budur.

Jurnalistika kifayət qədər aktiv demokratik institutdur. Yəqin buna görə də Azərbaycanı tərk edən bir qrup insanda jurnalist vəsiqəsi də olub. Vaxtilə Mətbuat Şurasına bununla bağlı müraciətlər edilirdi - beynəlxalq təşkilatlar, ayrı-ayrı səfirliklər həmin insanların nə dərəcədə jurnalist olduqlarını, jurnalist fəaliyyəti zamanı nə dərəcədə hücuma məruz qaldıqlarını öyrənirdilər. Yadımdadır ki, mitinqlər zamanı polislərlə müəyyən insident görüntüsü yaradanlar, şəkil çəkdirib bundan siyasi məqsədlər üçün yararlananlar var idi. Bunlar hamımızın gözünün qarşısında olub. 

İndi də bir sıra insanlar var ki, jurnalistikadan şəxsi mənafeləri üçün istifadə edirlər. Onlar ya tək-tək, ya da ayrı-ayrı qruplar halında kiminləsə bağlı xəbərlər yerləşdirirlər. Xəbəri ilk yerləşdirən təxminən bir saatdan sonra silir, ona qədər başqa saytlar götürüb yayır. Bu, kifayət qədər incəliklə hazırlanmış tələdir. Əlbəttə, bu tip insanlar da Mətbuat Şurasından şikayət edə bilərlər. 

– Yəni sizin son illərdə dəyişdiyinizi, məsələlərə əvvəlki kimi obyektiv yanaşmadığınızı iddia edənlərə cavabınız budur ki, "RuH”un sədri başqa adamdır, Mətbuat Şurasının sədri başqa...

– Azərbaycanda əlliyə yaxın jurnalist təşkilatı var. Tam əksəriyyətinin vəzifəsi jurnalisti müdafiə etməkdir. Siz jurnalistikada kifayət qədər təcrübəyə malik insansınız, bu sahəni yaxşı bilirsiniz. 

Ümumiyyətlə nəyin baş verdiyini, proseslərin hansı istiqamətə gedəcəyini əksəriyyət bilir. Jurnalist təşkilatının missiyası ilə Mətbuat Şurasının missiyası fərqlidir. Birinci jurnalistin hüquqlarını müdafiə edirdisə, ikinci mətbuatla ictimaiyyət arasında münasibətləri tənzimləyir. Tutaq ki, jurnalist ictimaiyyətin hansısa nümayəndəsi ilə bağlı yanlış fikir yazıb. Əgər Şura onu dəstəkləsə, cəmiyyətdə bu quruma inam olacaqmı? Əlbəttə, yox. Mətbuat Şurası çalışmalıdır ki, düzgün, obyektiv qərar çıxartsın. Belə olarsa, cəmiyyətdə də Mətbuat Şurasına inam artar və bu, ümumi işin xeyrinə olar.

– Qurumlar var, məmurlar var ki, jurnalistlərə aylarla, illərlə vəsait verir gəlir axırda Mətbuat Şurasına, hüquq-mühafizə orqanlarına müraciət edir. Sizə müraciət edəndə soruşursuzmu ki, niyə pul vermisən, özün düzgünsənmi?

– Ümumiyyətlə pul verən də məsuliyyəti daşıyır, alan da. Təəssüf ki, belə hallara təsadüf olunur. Məsələn, ikilikdə söhbət edirik, deyir ki, yardım etdim, bir dəfə belə oldu verdim, bir dəfə elə oldu. Soruşursan ki, niyə verirsən? Deyir onun da ailəsi var... 

Təbii, bu kimi hallar yolverilməzdir və hüquqi məsuliyyət yaradır. Jurnalist prosesdə iştirak edirsə, tərəfdirsə, günahkardır. Biz daha çox jurnalistdən onu soruşuruq ki, sən niyə tərəfsən? Niyə bu oyundasan? Ailə, yaşamaq üçünmü? Məncə, bu, səbəb deyil. İndiyədək çox zəhmətlər çəkmiş, qayğılar görmüş qələm sahibləri var ki, heç kəsdən bir manatlıq belə hədiyyə görməyiblər. Bunu özlərinə rəva bilməyiblər. 

– Bəziləri iddia edirlər ki, saytlar kütləvi informasiya vasitəsi sayıla bilməz...

– Xeyr, bu, yanlış yanaşmadır. Dünyanın hər bir yerində saytlar KİV hesab edilir və son zamanlar parlamentdə bu istiqamətdə bir sıra qanunvericilik aktlarına dəyişiklik edildi. Onlardan biri "KİV haqqında” qanunun 3-cü və19-cu maddələrinə edilən dəyişiklikdir. 3-cü maddədə KİV-in qəzet, jurnal, informasiya agentliyindən ibarət siyahısına internet üzərindən yayılan xəbər portalı da əlavə edilib. 

Dünyanın bəzi yerlərində hətta bloqlar da KİV sayılır, çünki kifayət qədər oxucuları var. Artıq dünyada müzakirə gedir ki, sosial şəbəkələr informasiya mənbəyi rolunu oynayırlarsa, kütləvi oxucusu varsa, nəyə görə KİV sayılmasın?! Hətta beynəlxalq arenada kifayət qədər tanınmış siyasətçilər, dövlət adamları twitter və facebook ünvanlarından özlərinin rəsmi mövqelərini açıqlayırlar. Həmin açıqlamalara kifayət qədər ciddi beynəlxalq KİV-lərdə rəsmi mənbə kimi istinad edilir. Bütün bunlar KİV dairəsinin sosial şəbəkələrə qədər genişlənməsi tendensiyasını göstərir. 

Bir daha bildirim, Azərbaycanda bir sıra qanunlarda internet üzərindən yayımlanan informasiya vasitələrinin KİV hesab olunması öz təsdiqini tapır. Deməli, klassik mediaya şamil olunan tələblər onlara da şamil edilir. Əlbəttə, internet medianın müəyyən spesifik xüsusiyyətləri var. 

– Son vaxtlar belə bir tendensiya yaranıb, hansı jurnalist, sayt tənqidi yanaşırsa, tənqidi material dərc edirsə adını qoyurlar ki, reketdir. Bizim özümüz də üzləşmişik belə halla. Məsələn, vətəndaş şikayət edib, məsələni araşdırıb dərc etmişik, deyiblər ki, AFN reketlik edir. Tənqid etmək reketlik etmək deməkdirmi?

–Tənqid yazmaq reketlik deyil. Belə bir mexanizm var: saytlar birləşərək özləri üçün texniki əməkdaş, yəni admin tuturlar. Xəbərlər gəlir, həmin admin heç kimlə razılaşmadan onları müəyyən fasilələrlə ayrı-ayır saytlara yerləşdirir. Redaktordan soruşursan ki, bu yazı nədir, deyir xəbərim yoxdur, admin yerləşdirib. Halbuki sayt rəhbərinin gedən məlumatdan xəbəri olmalıdır. Məsələn, mən inanmıram ki, kimsə Bəxtiyar Sadıqovun xəbəri olmadan "Azərbaycan” qəzetində hansısa yazını yerləşdirsin, yaxud kimsə Rauf Arifoğludan xəbərsiz "Yeni Müsavat” qəzetində nəsə yayımlasın.

Məsələ aydın və şəffaf olmalıdır. Kiminsə barəsində yazı yazılırsa, bilinməlidir ki, nə üçün yazılıb. Məsələn, kimdənsə pul alınıb yazı yazılırsa, həmin gecə o yazı AFN-də də olursa istər-istəməz şübhə yaranır. Necə ola bilər ki, xəbəriniz yoxdur, amma yazı saytınızdadır? Hər bir halda şübhələr yaranır. Ona görə saytda gedən bütün məlumatlara şəxsən nəzarət etməlisiniz. Bu, həm də peşə məsuliyyətidir.

– Əflatun müəllim, bu yaxınlarda sizin olduğu deyilən bir villa şəkli yayıldı...

– Hesab edirəm ki, hər insan ömrü boyu övlad böyütməlidi, ağac əkməlidi və özü üçün ev tikməlidir. Bundan əvvəlki mənzilim ulu öndər vaxtında verilmişdi. İndi yaşadığım mənzili mənə cənab Prezident bağışlayıb. 

Bəli, mənim bağ evim də var. Burada qeyri-adi nəsə yoxdur. Hər bir insan özünə ev tikməyi bacarmalıdır. Bunu tez bir zamanda bacaranları görmüşəm. Bilmirəm bu işi mənim kimi 15 ilə görən var, ya yox, amma inşallah işlər tam yekunlaşdıqdan sonra orada yaşamağı düşünürəm. 

– Ev demişkən, dövlət başçısı gözəl bir təşəbbüs irəli sürdü və jurnalistlər üçün dövlət hesabına mənzil tikilib paylanır, artıq iki bina təhvil verilib. Narazılıqlar da var mənzil bölgüsündən, sizcə ədalət nə qədər təmin edilib?

– Hər seçimdə subyektivlik ola bilər, bu təbiidir. Əvvəla, unutmaq olmaz ki, bu binalar Prezidentin jurnalistlərə hədiyyəsidir. Seçim redaksiyalarda aparılır. Müraciətlər 2013-cü ildə Mətbuat Şurasına, ötən il isə Mətbuat Şurası, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiyaya toplandı. Əvvəlcə sənədlərin düzgünlüyü yoxlanıldı, sonra siyahı Prezident Administrasiyasına təqdim edildi. 

Müraciət edənlərin sayı həddindən artıq çox idi. Sona yaxın təxminən 500-600 nəfər qalmışdı. Palitraya baxanda doğrudan da ədalətin təmin edildiyini deyə bilərik. Əlbəttə, narazılar oldu. Üçüncü ev veriləndə də olacaq, bundan sonra on ev tikilsə, yenə olacaq. Mənzil bölgüsündə ümumən obyektivliyin qorunduğu qənaətindəyəm.

– Seçim kriteriyaları maraqlıdır. Olmazmı ki, tikilən evlərin müəyyən hissəsi layiq olanlara mükafat kimi, bir hissəsi isə ehtiyacı olanlara kömək kimi verilsin? Çoxlu sayda ehtiyacı olan jurnalistlər oldu ki, siyahıdan kənarda qaldı və çoxlu sayda da layiq olsa da, ehtiyacı olmayan insanlar oldu ki, mənzil verildi.

– Bilirsiniz, hər iki amil bir-birini tamamlayır. Əgər kiminsə ehtiyacı varsa və paralel olaraq xidməti də varsa bunu müəyyənləşdirmək lazımdır. Təkrar edim, seçim redaksiyalarda olur. Redaksiya kimləri münasib bilirsə, namizədliyini irəli sürür. 

İnanın ki, o müddətdə çox gərgin iş getdi, müzakirələr aparıldı. Hər bir insan haqqında çoxlu məlumatlar əldə edildi, sonra seçim edildi. Yenə deyirəm, narazılıq təbiidir. Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi.

– Əflatun müəllim, bayaq söhbətimiz bu istiqamətə yönəldi səthi də olsa, xeyriyyəçilik məsələlərinə baxış cəmiyyətimizdə bir qədər arzuolunan səviyyədə deyil. Ayrı-ayrı təşəbbüslər var, amma kütləvi surətdə maraq azdır xeyriyyəçiliyə. Bəlkə bu istiqamətdə bir qanuna ehtiyac var? Səhv etmirəmsə Azay Quliyev bir zamanlar belə bir layihə hazırlamışdı...

– Elə məqamlar var ki, onu zor gücü ilə, hansısa qanunla həll etmək mümkün deyil. Gəlirin filan qədəri xeyriyyəçiliyə xərclənsə, vergi tutulmayacaq kimi məsələni deyirsizsə, bu praktika bir sıra xarici ölkələrdə var. Mənə elə gəlir ki, xeyriyyəçilik insanın daxilindən, ətrafa həssaslığından, humanizmindən irəli gəlməlidir. Bu, insani keyfiyyətdir. 

Biz Şərqdə ilk dəfə xeyriyyəçiliyi gündəmə gətirən, tətbiq edən xalqıq. 1872-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə xeyriyyə cəmiyyəti yaranmışdı. Cəmiyyətin məqsədi o idi ki, varlı adamlardan pul toplayaraq kasıb uşaqlarının təhsilinə xərclənsin. Bu, çox humanist addım idi və Zərdabinin, ona dəstək verən adamların içindən gəlirdi. Hərəkatın kifayət qədər müsbət nəticəsi oldu. 

Xalq Cümhuriyyəti dövründə də oxşar qurum var idi. Təəssüf ki, Sovetlər Birliyinin zamanında vəziyyət dəyişdi. Hadisələrə münasibət, ümumən insanların insanlara münasibəti dəyişdi. Ənənələr unuduldu. 

Ancaq son zamanlar mədəniyyət abidələrinin qorunmasında, yeni kitabların çapında və digər məsələlərdə, eyni zamanda çətin vəziyyətdə olan insanlara yardım edilməsində müəyyən işlər görülür. Hesab edirəm ki, bizim cəmiyyət üçün bunlar çox azdır. Məsələn, nəyə görə biz müəyyən fondlar yaratmayaq? İnsanlar öz əməkhaqqının çox cüzi hissəsini həmin fonda köçürsünlər. O zaman Azərbaycanda evsizlərin sayı da az olar, xaricdə, daxildə əməliyyat olmaq üçün əl açan adamlar da olmaz, həmin fondun hesabına müəyyən problemləri həll etmək, ümumi işlərə töhfə vermək olar. Ancaq gərəkdir ki, şəffaflıq təmin edilsin. Hər bir vətəndaşda ayırdığı bir manatın səmərəliliyi barədə inam yaransın. Biz hər şeyi dövlətin üzərinə yükləməli deyilik.

– 2018-ci il "Cümhuriyyət ili” elan edilib. Mətbuat Şurasının hər hansı xüsusi tədbirləri olacaqmı bu ildə?

– Bu ilin "Azərbaycan Xalq Cümhuriyyət ili” elan olunmasına öz fikrimi bildirmişdim. Çox müsbət addımdır. Biz hər zaman fəxr etmişik ki, Şərqdə ilk demokratik dövləti qurmuşuq, ilk parlamentə sahibik. Bu, xalqın tarixi ənənələrinə sadiqliyini, müasir düşüncəyə malik olduğunu göstərir. Biz bu xalqın nümayəndəsiyik. Azərbaycan Mətbuat Şurası artıq çoxdan Azərbaycanın ictimai fikrində mühüm missiya yerinə yetirmiş şəxslər barədə sənədli filmlər ərsəyə gətirib. 
Əlbəttə, Şura özünün 2018-ci ildəki fəaliyyətini də məhz bu istiqamətdə quracaq. Sənədli filmlərin çəkilişi, tədbirlərin təşkili, o dövrdə dərc edilən nəşrlərlə, yaşayıb yaradan jurnalistika xadimləri ilə bağlı müəyyən bilgilərin cəmiyyətə verilməsi qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir.

Həbibə ABDULLA
Xəbər 1356 dəfə oxunub






Oxşar xəbərlər

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17203] initstartout [0.00019] initstartin [0.00095] calstart [0.01114] calend [0.00068] topnewsend [0.00366] rsssend [0.00000] ehgend [0.01474] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13984]