Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:17 - 14.08.2018  
SEPAH generalı rejimin iç üzünü açdı... - Mirəlioğlu
Tarix: 11-01-2018, 18:33 | Bölmə: Xəbərlər » Müsahibə

"Demokratik.Az" saytı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir.

SEPAH generalı rejimin iç üzünü açdı... - Mirəlioğlu- İranda baş verən son aksiyalara münasibətiniz necədir. Sizcə, nədən müxtəlif şəhərlərdə qəfildən mitinqlər başladı?

- Kimin nə deməsindən asılı olmayaraq, bu aksiyalar imperiyanın gec və ya tez sonunun çatacağının göstəricilərindən biridir. İnsan haqları pozulan, insanlara zülm edilən, millətlərə öz dilində məktəb açılmasına imkan verilmədiyi bir yerdə belə aksiyalar baş verməlidir. Bu halda cümhuriyyətin adını istərsən islam qoy, istərsən başqa ad qoy, bunun məsələyə dəxli yoxdur. Allahın əleyhinə olan bir ölkədə bu hadisələr olmaldır. Ancaq aydındır ki, bizim bu məsələlərə başqa bir baxışımız var. Bu da Azərbaycanın bütövlüyü, orada azərbaycanlıların haqqının qorunması məsələsidir. Dünyanın isə başqa bir baxış bucağı, yanaşma tərzi var.

- Dünyanın İrana baxışı nədən ibarətdir?

- Dünya nəzərə alır ki, orada iqtisadi vəziyyət pisdir, sosial durum ağırdır. Hətta Amerika İran məsələsini BMT-də, Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa çalışır. Ancaq nəzərə almırlar ki, BMT yaranan ilk gündə onun gündəmində Azərbaycan məsələsi var idi və bu günə qədər həmin məsələyə baxılmayıb. Demək istərdim ki, bizim və dünyanın İran proseslərinə baxış bucaqları fərqlidir. Dünyanın baxışında siyasi məsələ, öz iddiaları, müsəlman coğrafiyasında yeni münaqişə ocaqlarının yaradılması, Suriya, İraq və ya Əfqanıstan ssenarisini təkrarlanması kimi məsələləri var. Bu tamam başqa mövqedir. Aydındır ki, biə belə məsələlərin əleyhinəyik və bunu arzu etmirik. Bir sözlə, dünyanın baxışı ilə bizim baxış arasında üst-üstə düşən və düşməyən məsələlər var.

- Bu aksiyalarda azərbaycanlıların iştirakçılığını necə şərh edirsiniz?

- Çox dürüst. Özünün təşkil etmədiyi, özünün olmadığı bir məsələdə Azərbaycan insanının iştirak etməməsi tamamilə doğrudur. Və sükutu ilə də dünyaya sübut etdi ki, mən varam. Azərbaycan türkləri bu aksiyalarda iştirak etmədilər. Çünki bu prosesi onlar başlatmamışdı.

- Təbrizin bu prosesdə iştirak etməməsi qəribə deyilmi?

- Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı. Son 100 ildə Təbriz üç dəfə inqilab edib. Bu zaman Təbrizə özündən başqa kim dəstək verdi ki? Heç dünya da dəstək vermədi. Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları oldu, bu hərəkatlar özünə hökumət belə qurdu. Və həmin anlarda da dünya Azərbaycanı dəstəksiz qoydu. Pişəvəri hərəkatından sonra Azərbaycan məsələsi dünyanın gündəminə gəldi. II Cahan Savaşından sonra BMT yaradıldı və Azərbaycan məsələsi də gündəlikdə olan ilk məsələlərdən biri idi. İndiyə qədər də müzakirə edilməmiş qalıb.

Mənim fikrimcə, kiminsə Təbrizə yol göstərməsi doğru deyil. Təbriz dünyanın gedişatından xəbərdardır. Odur ki, ona yol göstərmək yaramır, müdaxilə etmək isə ümumiyyətlə, mümkün deyil. Bu şəhər öz işini yaxşı bilir.

- İrandakı son dalğalanma ölkənin daxilindən qaynaqlanırdı, yoxsa xarici təsirlərin nəticəsi olaraq meydana çıxmışdı?

- Məncə, bu prosesdə hər iki amil var idi. Amma bu məsələdə başqa cəhət də ola bilər və biz bunu indi dəqiq bilmirik. Yəni rejim özünü müdafiə etməyə hesablanan addımlar atır və onun da bu prosesdə hansısa formada iştirakı var. İstər mühafizəkar, istərsə də islahatçıların bu prosesdə iştirakı məsələsi var.

- Siz iddia edirsiniz ki, Qərb İrandan yeni Suriya və ya İraq düzəltmək niyyətindədir?

- Mən birmənalı deməzdim. Amma şübhəzis ki, Qərbin öz siyasəti var. Üstəlik Qərbin türk-müsəlman dünyasına, bütövlükdə islan coğrafiyasına özəl yanaşması var. Yəni Qərb ayır-buyur siyasətində hamımıza eyni gözlə baxır.

- Aksiyalar baş verdi və səngidi. Bundan sonra nə gözlənilir?

- SEPAH-ın generalı maraqlı bir açıqlama verdi. Dedi ki, bu proses bitdi. Bu o deməkdir ki, proses idarə edildi və tamamlandı. "Sonra nə olacaq” sualını yaşayıb görərik. Hər halda proses səngiyib, araşdırmalar aparılır, həbs edilənlər var və s. Bu mərhələ bitdi. Növbəti mərhələnin necə olacağını zaman göstərəcək. Əgər bu proses daxildəndirsə, deməli bitməmiş məsələdir. Sadəcə fasilə mərhələsi yaşanır. Yox, əgər kənardandırsa, bu halda da proseslər davam edə bilər. Sabahla bağlı heç kim konkret söz deyə bilməz.

Xəbər 944 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16973] initstartout [0.00018] initstartin [0.00092] calstart [0.01222] calend [0.00064] topnewsend [0.00421] rsssend [0.00000] ehgend [0.02085] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12998]