Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:01 - 18.06.2018  
"...beş min avroya görə... - Mixaylonun oğlu danışır
Tarix: 27-12-2017, 16:52 | Bölmə: Xəbərlər » Müsahibə

"Demokratik.Az" məşhur aktyorumuz Nodar Şaşıqoğlunun övladı Nodar Şaşığın Publika.az-a müsahibəsini təqdim edir:

"...beş min avroya görə... - Mixaylonun oğlu danışır- Nodar, bugünlərdə böyük sənətkarımızın 90 illik yubileyi keçirildi. Sizi də həmin xatirə gecəsində gördüm. Təbii ki, fikirlər müxtəlifdir. Şəxsən mən sizi atanız Nodar Şaşıqoğluna çox bənzətdim.

- Təşəkkür edirəm. Təbii ki, bənzərlik var.

- Siz doğulanda atanız neçə yaşında idi?

- Atamın 55 yaşı olanda dünyaya gəlmişəm. Elə mənə də öz adını verib.

- Bildiyim qədərilə Sankt-Peterburqda doğulmusunuz.

- Bəli, amma mən doğulanda şəhərin adı Leninqrad idi. Məktəbi də, universiteti də orada bitirdim. Həmin illərdə valideynlərim artıq boşanmışdılar və atam Bakıya köçmüşdü. Burada Rus Dram Teatrında fəaliyyət göstərirdi. Bir dəfə zəngləşəndə mənə dedi ki, gəl mənimlə yaşa, buradakı ali məktəblərin birində də təhsilini davam edərsən. Mən də əşyalarımı toplayıb, atamın yanına köçdüm. Xəzər Universitetində ali təhsilimi tamamladım. İlk aylar o qədər çətin idi ki, hətta depresiyaya düşmüşdüm. Təsəvvür edin, mentalitet, adət-ənənə fərqi var və Rusiyadan gəlmiş gənc bütün bunlara alışmalıdır.

- Bəs bu gəncin hazırki aqibəti necədir?

- İndi Bakıya da, bu şəhərin məftunedici koloritinə də elə alışmışam ki, Piterə gedəndə 1 həftədən artıq qala bilmirəm. Sanki çox güclü bir qüvvə məni geriyə çəkir.

- Maraqlıdır niyə aktyorluq peşəsini seçmədiniz?

- Əvvəllər belə bir fikrim vardı. Sonra vaz keçdim. Əslində mənim peşəm də incəsənətin bir növüdür. İnteryer dizayneriyəm. Öz şirkətim var.

- Ailəlisiniz?

- Bəli. Həyat yoldaşım da dizaynerdir. Bir qızımız da var.

- Dediniz valideynləriniz ayrılandan sonra atanız Bakıya köçdü. Bəs qəlbinizdə bir inciklik yaranmadı ona qarşı?

- Əsla. Çünki valideynlərim ayrılandan sonra da çox isti münasibətləri vardı. Atam dünyasını dəyişdiyi günədək anamla telefonla danışırdı. Anam indi də Bakıya gələndə birinci atamın məzarını ziyarət edir. Çünki onların arasında qadın-kişi münasibətindən əlavə möhkəm dostluq əlaqəsi vardı.

- Ananız milliyətcə rusdur?

- Bəli.

- Bəs atanız?

- Atam bildiyiniz kimi Gürcüstanın Batumi şəhərində doğulmuş acar türkü idi. Buna baxmayaraq, azərbaycanlı, rus qanı da vardı.

- Bəlkə də bu fakt onun xarici görünüşünə birbaşa təsir edib. Çünki, Azərbaycan kino sənətinin ən yaddaqalan, xarizmatik simalarından biri idi və əminəm ki, çox xanımların ağlını başından alırdı.

- Həqiqətən yaraşıqlı kişi idi. Bilmirəm, bəlkə də buna görə ona yalnız tarixi qəhrəmanları canlandırmağı təklif edirdilər. Özü də deyirdi ki, mənə heç vaxt dələduzları, zəif insanları oynamaq təklif etməyiblər. Axı bu tipajları ekrana, səhnəyə gətirməyə hacət yoxdur. Dünyamız onsuz da günah içindədir.

- Yəqin ki, həyatında çox qadın olmuşdu. Bəs sizdən başqa övladı var?

- Atam 20 yaşı olanda Moskvaya köçür. Burada ali təhsil aldığı dövrdə bir qızla tanış olur. Bir müddət birgə yaşayandan sonra Sergey adlı oğulları doğulur. Atam da gənc aktyor idi. Hər gün teatrda çəkilişlər, incəsənət ehtirası, digər qadınlar… Ailə isə yaradıcı insanın sanki ruhunu zəncirləyir. Odur ki, həmin xanımla ayrılıb, Bakıya gəlir. "Uzaq sahillərdə", "Telefonçu qız" və digər ona şöhrət gətirən filmlərdə rol alır.

- Bəs qardaşınızın indi neçə yaşı var?

- Yəqin ki, 70-ə yaxın…

- Atanızla münasibəti vardı?

- Təbii ki. Xüsusən də son illər atam Sergeylə tez-tez telefonla danışırdı.

- Nodar Şaşıqoğlu omrünün son illərinədək səhnədə oldu.

- Bəli. Demək olar ki, bütün gününü Rus Dram Teatrında keçirdirdi. Məşqlər, yeni tamaşalar… Bu insanın enerjisi tükənmirdi. 80 yaşında saatlarla səhnədə olmaq, "Kral Lir" kimi mürəkkəb obrazın öhdəsindən gəlmək, monoloqlar səsləndirmək hər kəsin bacaracağı iş deyil. Hətta "Ginessin rekordları kitabı"nın bir addımlığından geri döndü. Çünki 5000 avro ödəniş etmək lazım idi. Teatrın büdcəsində isə bu məbləğ olmadığından atamı siyahıya almadılar. Bu faktı nəzərə almasaq, deyə bilərik ki, Nodar Şaşıqoğlu "Ginnesin rekordları kitabı"na düşən yeganə azərbaycanlı aktyordur.

- Təbii ki, bu bir biznesdir. Önəmlisi odur ki, atanız kinosevərlərin qəlbində layiqli yerini tutub. Bəs kinodakı obrazları arasında hansını daha çox sevirdi?

- "Uzaq sahillərdə” filmindəki obraz atamın səhnə pasportu idi. Amma özü daha çox "Leyli və Məcnun”dakı Məcnun obrazını sevirdi. Hər zaman deyirdi ki, bu əsərin bədii ağırlığı, dəyəri onun üçün daha önəmlidir.

- Amma etiraf edək ki, hər kəs onu "Mixaylo" deyə çağırırdı. Bu rol onun həyatının sanki bir hissəsi idi.

- Hardasa 14-15 yaşım vardı. Bakıda atamın 70 illik yubileyi keçirilməli idi. Biz də anamla bura gəlmişdik. Hansı mağazaya gedirdiksə, televizorda "Uzaq sahillərdə” filmi nümayiş olunurdu. Bu film sanki bütün şəhərdə himn kimi səslənirdi. Onda anladım ki, Mixaylo da, Nodar Şaşıqoğlu da həqiqətən xalqın sevimlisidir.

- Film bədii süjet xəttinə görə olduqca mürəkkəbdir. Xüsusən də son səhnələrdə insan göz yaşlarını saxlaya bilmir. Bəs çəkiliş zamanı gülməli hadisələr baş vermişdimi? Atanızın söylədiklərindən xatırladığınız nələrsə varsa, danışın, bizə də təskinlik olsun.

- Atamın bu filmlə bağlı parlaq xatirəsi çox idi. Danışırdı ki, "Uzaq sahillərdə”nin əsas çəkilişləri Bakıda baş tutmuşdu. Ancaq Riqada da bir neçə səhnə çəkilmişdi. Təsəvvür edin, şəhər əhalisi gecə sovet hakimiyyətinin hökm sürdüyü Riqada yatır. Səhər oyanıb, küçələrə çıxırlar ki, hər yerdə alman əsgərləri gəzir, addımbaşı faşist bayraqları asılıb. Təşvişə düşən əhaliyə izah olunur ki, bu sadəcə müharibədən bəhs edən filmin çəkilişi üçün qurulan meydançadır. Bir də Yaltada çəkilişlər olmuşdu. Atam deyirdi ki, uzun müddət yeraltı tunel qazılıb. Mixaylo ilə Veselin də o dəhlizdə suyun içərisi ilə getməli idilər. Özü də filmdə "çimmək” səhnəsi varsa, bu səhnələr tərslikdən qış aylarında çəkilir. Hər dubldan sonra bizə 100 qram "cəsarət içkisi” verirdilər. Sonra yenidən başımıza qar yağa-yağa, buz kimi gölməçəyə girirdik.

İtaliyada baş verən hadisələri isə Bakıda çəkmişdilər. Atam möhtəşəm memarlıq nümunələri, gözəl insanlarla bəzənmiş Bakı gecələrinə elə ilk çəkiliş günündə aşiq olmuşdu.

- Atanız çox şöhrətli aktyor idi. Həm Azərbaycanın, həm də Rusiyanın Xalq artisti adına layiq görülmüşdü. Bəs özünün sevdiyi aktyorlar vardımı?

- Xarici aktyorlardan Robert de Niro, Al Paçinonu çox sevirdi. Azərbaycan səhnəsində isə Rasim Balayevin yaradıcılığını yaxından izləyirdi. Çox yaxşı münasibətləri vardı.

- Nodar Şaşıqoğlu 86 il ömür sürüb. Yəqin ki, sağlam həyat tərzinə üstünlük verirdi.

- Bulvarda gəzişməyi çox sevirdi. Hər səhər idman edirdi, amma siqaret çəkmək vərdişindən heç cür əl çəkə bilmirdi. Bayramlarda az miqdarda spirtli içki də içirdi. Ümumiyyətlə, atam bayramları, xüsusən də Yeni ili çox sevirdi. Adətən yaş artdıqca insan üçün doğum günləri adiləşir. Məsələn, mənim artıq 35 yaşım var, ad günlərimi əvvəlki həvəslə qeyd etmirəm. Atamsa hər il doğum gününü böyük sevinclə gözləyər, uşaq kimi həvəslə qeyd edərdi. Ümumiyyətlə yaşamağı, insanları sevirdi. Hətta küçədə ona yaxınlaşan pərəstişkarlarını, jurnalistləri çox mehriban qarşılayırdı. Heç vaxt müsahibə təkliflərini geri çevirməzdi.

- Bəs ömrünün son illərində ilham pərisi vardımı yanında?

- (Gülürük) Yox, hətta deyirdi, mən indi anlayıram ki, kişinin ən böyük problemi həyatındakı qadındır. Qadınsız yaşamaq daha rahatdır.

- Sizcə, atanız aktyor olmasaydı, hansı ixtisası seçərdi?

- Məncə, mühasib olardı. Yəqin deməyimə ehtiyac yoxdur ki, sırf teatr aktyoru kimi çalışıb, ailənin maddi ehtiyaclarını ödəmək mümkün deyil. Atam da peşəsindən əlavə xırda bizneslə məşğul olurdu. Bu işdən böyük gəlir əldə etməsə də, müəyyən məbləğdə qazancı olurdu. Özü də bir şəriki vardı. Bu adam da həmişə ona qarşı dələduzluq edirdi və hər dəfəsində atam onu bağışlayırdı. Çox mülayim insan idi.

- İndi sizin də şəxsi biznesiniz var. Atanız qədər yumşaq qəlbli ola bilirsinizmi?

Təbii ki, mən bağışlamağı bacarıram amma ehtiyatı heç vaxt əldən vermirəm.

- Siz doğulanda atanız yaşının müdrik çağında idi. Lakin buna baxmayaraq "atalar və oğullar” problemi hər zaman olub… Heç sözünüz çəp gəlirdi?

- Biz birgə zaman keçirməyi çox sevirdik, amma bəzən mübahisəmiz də düşürdü. Atam tez alışıb, tez sönən, emosional insan idi. Bir də görürdün üstümə qışqırdı. Həmin vaxt mən susmağa üstünlük verirdim, çünki 5 dəqiqədən sonra qucaqlaşıb, barışırdıq.

- Nodar, müsahibə təklifimi geri çevirmədiyiniz üçün minnətdaram.

- Əksinə, məni axtarıb, tapdığınız üçün, atama dəyər verdiyiniz üçün siz sağ olun. Fürsətdən istifadə edib, Nodar Şaşıqoğlunun 90 illik yubileyini yüksək səviyyədə təşkil etdikləri üçün cənab prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Rus DramTteatrının kollektivinə təşəkkür edirəm.

- Yenə vurğulayıram, atanıza bir almanın iki yarısı kimi bənzəyirsiniz. Nə bilmək olar, bəlkə bir gün hansısa peşəkar komanda "Uzaq sahillərdə” kimi gözəl layihələr gerçəkləşdirməyə qərar verəcək və biz yenidən Nodar Şaşıqoğlunu efirdə görəcəyik.

- Bəlkə də… Bunu gələcək göstərər.

Xəbər 827 dəfə oxunub






Oxşar xəbərlər

Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens
Ərdoğan Putinə "S-500"-lərin birgə istehsalı təklif edib
Azərbaycanda 5 günlük Ramazan tətili başlayır
Əhalimiz pulunu bunlara xərcləyir – Siyahı
Prezidentdən yeni - Təyinatlar
Ramazanın sonuncu günüdür: dua, imsak və..
Gürcüstanda hökumət böhranı - Baş nazir istefa verdi
“Bu da cəhənnəmə - 15 iyun nə deməkdir?” – Aqil Abbas
BMT Baş Assambleyası Fələstini müdafiə edib - QƏTNAMƏ
DÇ-2018 başladı - Təqvimi
Bu gün “Son zəng”dir
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapılıb
FED uçot dərəcəsini artırıb
Xoşqədəm Hidayətqızının şairəyə atdığı "BUMERANQ" özünə qayıtdı - ŞOK VİDEOMÜRACİƏT
Uşaq zorakılığına görə tutulan tərbiyəçi: “Çox peşmanam”
Qafqazın Şeyxi Ramazan təbriki yaydı - MƏTN
Sabiq müdafiə naziri istintaqa çağırılıb - Ermənistanda
Tramp prezident İlham Əliyevə məktubu göndərib
Dövlət borcumuz 17 MİLYARDI keçdi
İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ
6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir
Həddini bil Xoşqədəm - Nazilə Səfərli XƏBƏRDARLIQ edir -Video
Həmsədrlər Paşinyanla görüşüb
İlham Əliyev "rus canavar"la futbol oynadı - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13120] initstartout [0.00017] initstartin [0.00084] calstart [0.00874] calend [0.00042] topnewsend [0.00312] rsssend [0.00000] ehgend [0.00603] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11132]