Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:22 - 21.05.2019  
“Ordumuza ən müasir silahlar verilib” - General açıqladı
Tarix: 14-12-2017, 13:06 | Bölmə: Xəbərlər » Müsahibə

"Son illərdə Bakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 1400-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 80 faizi müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə də cəbhəboyu zonada, 30-dək yeni hərbi şəhərcik istifadəyə verilib və bu iş növbəti ildə də davam etdiriləcəkdir”.

“Ordumuza ən müasir silahlar verilib” - General açıqladıAzərbaycan Respublikasının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevin ordu.az-a verdiyi müsahibəni təqdim edirik: 

- Cənab general, 2017-ci ilin nəticələrini Silahlı Qüvvələr üçün necə qiymətləndirirsiniz? 
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələdir. Silahlı Qüvvələrdə aparılan islahatlar dövlətimizin başçısının birbaşa rəhbərliyi və tapşırığına əsasən 2017-ci ildə də davam etdirilib. 
Cari ildə Ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, yüksək dəqiqliklə və geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah və hərbi texnika qəbul edilib. Bu proses davamlı surətdə, mərhələlərlə hazırda da həyata keçirilməkdədir. Müdafiə nazirinin tapşırığına əsasən biz bu barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırıq. 

Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. İl ərzində Silahlı Qüvələrin bütün növlərinin cəlb olunması ilə yüzlərlə döyüş atışlı genişmiqyaslı səhra, komanda-qərargah, taktiki, taktiki-xüsusi və müxtəlif səviyyəli təlim və məşqlər keçirilib. Bundan əlavə, NATO formatında və ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində Ordumuzun şəxsi heyətinin iştirakı ilə beynəlxalq səviyyəli təlimlər və müxtəlif tədbirlər keçirilib.

2017-ci ildə Silahlı Qüvvələrin inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, o cümlədən ordu ilə xalq birliyini nümayiş etdirən hərbi-vətənpərlik və digər sahələri əhatə edib. 

- Cənab general, Ordumuzun komplektləşdirilməsinin hansı prinsiplər əsasında həyata keçirilməsi də oxucularımız üçün olduqca maraqlıdır... 
- İlk növbədə deməliyəm ki, Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlar və ötən ilin aprel ayında cəbhədə əldə olunan nailiyyətlər onun nüfuzunun daha da artması ilə yanaşı Ordumuzun sıralarına qəbul olmaq istəyənlərin sayının da çoxalmasına səbəb olub. O ki, qaldı Ordumuzun komplektləşdirilməsinə, bu, döyüş hazırlığının səviyyəsi nəzərə alınmaqla düşünülmüş və planlı şəkildə həyata keçirilir.

Qeyd edim ki, artıq Silahlı Qüvvələrimizin şəxsi heyətinin 70 faizi peşəkar hərbi qulluqçularla komplektləşdirilib. Həmçinin Müdafiə nazirinin əmri ilə təkcə son üç ildə əsas döyüş təminatını müəyyən edən vəzifələrə 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəbul edilib. 

Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olmaq istəyən şəxslərin hərbi xidmətə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada və tam şəffaf şəkildə aparılır. Qəbul vaxtı əsas diqqət namizədlərin sağlamlığı, fiziki və peşə hazırlığı, ümumi bilik səviyyəsi, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinə yetirilir.

Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar qəbul imtahanlarına buraxılır və sınaqlardan keçmiş şəxslər müxtəlif ixtisaslar üzrə hazırlıq kurslarına qəbul olunurlar. Müxtəlif müddətdə keçirilən kursları müvəffəqiyyətlə başa vuran namizədlər hərbi xidmətə qəbul olunurlar.

Yeri gəlmişkən bildirim ki, dekabr ayının 11-dən 2018-ci il yanvar ayının 4-dək kurslara qəbul olunmaq istəyən vətəndaşlarımız ərizə ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.

Silahlı Qüvvələrin zabit heyəti ilə komplektləşdirilməsi isə Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və nazirliyin kadr orqanlarının birgə fəaliyyəti ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyi rəhbərliyinin məzunlara olan yüksək tələbləri nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Burada prioritet yüksək biliyə, intellektual səviyyəyə, o cümlədən xarici dilləri bilən və kompyuter bacarıqlarına malik abiturientlərə verilir ki, onların bu bacarıqları təhsil silsiləsi ərzində daha da təkmilləşdirilir. 

Onu da vurğulamaq zəruridir ki, Silahlı Qüvvələrin savadlı, mənəviyyatca dayanıqlı və fiziki cəhətdən inkişaf etmiş gənc zabitlərlə komplektləşdirilməsi məsələsi komandanlığın daim diqqət mərkəzindədir və bu baxımdan tələblərə cavab verməyənlər hərbi xidmətdən dərhal kənarlaşdırılır. Bəzən məhz belə şəxslər ordumuz barəsində əsassız iradlar və həqiqətə uyğun olmayan subyektiv mülahizələr irəli sürməyə çalışırlar. Xoşbəxtlikdən belələrinin sayı çox azdır. Onlar ictimai fikrə təsir etmək imkanından belə tam məhrumdurlar. Təəssüflər olsun ki, ordumuza düşmən olanlar və onların tərəfdarları məhz belələrini öz təbliğatlarında bizə qarşı istifadə etməyə çalışırlar. Amma həmişə olduğu kimi müdrik xalqımız belə iftiralara məhəl qoymur.

- Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması cəmiyyətimizi maraqlandıran məsələlərdəndir. Bu sahədə nə kimi yeniliklər var? 
- Təbii ki, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması Ali Baş Komandanın və Müdafiə Nazirliyi rəhbərliyinin prioritetlərindən biridir. Son illərdə Bakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 1400-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 80 faizi müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə də cəbhəboyu zonada, 30-dək yeni hərbi şəhərcik istifadəyə verilib və bu iş növbəti ildə də davam etdiriləcəkdir.

- Siz hərbi qulluqçuların sosial müdafiəsi məsələsini qeyd etdiniz. Bunula əlaqədar olaraq bilmək istərdik hərbi qulluqçuların pul təminatı ilə bağlı vəziyyət necədir?
- Bilirsiniz ki, hərbi qulluqçuların və onların ailə üzvələrinin maliyyələşdirilməsi və sosial-məişət vəziyyətlərinin yüksək səviyyədə təmin edilməsi dövlət rəhbərliyinin daim nəzarəti altında olan vacib məsələlərdəndir.

Pul təminatı hərbi vəzifə, hərbi rütbə maaşlarından və xidmət şərtlərində nəzərdə tutulan bir çox digər ödənişlər, eləcə də birdəfəlik pul mükafatından ibarətdir.

Birdəfəlik pul mükafatı hərbi qulluqçunun il ərzində döyüş hazırlığını yüksək səviyyədə saxlamasına, xidməti vəzifələrini vicdanla yerinə yetirməsinə, intizamına və əldə etdiyi nailiyyətlərə görə ödənilir. 

Lakin birdəfəlik pul mükafatı mütləq qaydada ödənilən vəsait deyil. Belə ki, il ərzində yol verdiyi nöqsanlara görə cəzalandırılmış hərbiçilər üçün mükafatın miqdarı azaldıla və ya ümumiyyətlə ödənilməyə bilər.

Əslində bu mükafat hərbi qulluqçular arasında sağlam rəqabəti təmin etmək, eyni zamanda onları daha yaxşı xidmət etməyə həvəsləndirmək üçün nəzərdə tutulub.

Bundan başqa, döyüş hazırlığı, tərbiyəvi işin aparılması, hərbi texnika, silah, hərbi-texniki avadanlığın düzgün istismarı, qorunması və döyüşə hazır vəziyyətdə saxlanılmasında yüksək nəticələr göstərən, həmçinin öz ixtisasları üzrə imtahanları müvəffəqiyyətlə verən hərbi qulluqçulara məharət dərəcəsi verilir. Bu, verilən məharət dərəcəsindən asılı olaraq pul təminatına xeyli dərəcədə artım verən əlavə ödənişdir.

- Bildiyimiz kimi 2018-ci ildə Silah Qüvvələrmizin yüzillik yubileyi qeyd olunacaq. Bununla əlaqədar ordumuz qarşısında hansı vəzifələrin durduğunu bilmək istərdik? 
- Ali Baş Komandanın tapşırığına əsasən, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin təsdiq etdiyi plan və direktivlərin həyata keçirilməsi məqsədilə 2018-ci ildə də ordu quruculuğu sahəsində işlər davam etdiriləcək. 

Bu gün biz əminliklə deyə bilərik ki, ən müasir silah növləri və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi istənilən əmri dərhal yerinə yetirməyə hazırdır.
Demokratik.Az
Xəbər 1441 dəfə oxunub






Oxşar xəbərlər

Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17651] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00848] calend [0.00048] topnewsend [0.00345] rsssend [0.00000] ehgend [0.00607] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15667]