Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:50 - 17.08.2018  
Rasim Balayev səhhətindən danışdı - televerilişləri pislədi"
Tarix: 13-12-2017, 07:58 | Bölmə: Xəbərlər » Müsahibə

Rasim Balayev səhhətindən danışdı"Türkiyədən, İsraildən gələn həkimlərin müalicəsinin nəticəsini hiss etmirəm...”

"İnanın, son illər boşluqdan, bekarçılıqdan boğuluram”

"Bizim nəsildən olan sənətçilərdən kim qalıb ki? Bir gün başlarını qaldırıb görəcəklər ki, bizdən heç kim yoxdu”.
Xalq artisti Rasim Balayevin müalicəsi üçün Türkiyədən həkim dəvət olunmuşdu. Türkiyədən gələn həkimin müayinəsindən sonra Rasim Balayevin səhhəti necədir? Nə xəbərlər var? Bu barədə elə xalq artistinin özündən soruşduq. "Şərq”ə danışan Rasim Balayev başqa suallarımızı da cavablandırdı.

- Özünüzü necə hiss edirsiz? Türkiyədən gələn həkim hansı rəyi bildirdi?
- Özümü bir az narahat hiss edirəm. Qrip olmuşam. Türkiyədən həkim gəldi. Müayinə etdi. Müalicə yazdı. Müalicələrimi edirəm. Eyni zamanda İsraildən gələn həkimin də qəbulunda oldum. Belimin ağrılarına görə İsrail həkimi də məni müayinə etdi. Müalicə yazdı. Amma müalicənin nəticəsini hələ ki görə bilmirəm. Bilmirəm qrip olduğumdan, ya başqa səbəbdən hələ ki müalicənin effektini hiss etmirəm. Bir az immunitetim də zəifləyib. Həkimin müayinəsindən sonra dəhşətli ağrılarım başlayıb. Hələki xarici həkimlərin müalicəsinin nəticəsini hiss edə bilmirəm. Qrip imkan vermədi.
- Evdə oturmaqdan darıxmırsız?
- Belə darıxmıram. Amma biz sənət adamlarıyıq. Oturmağı o qədər sevmirik.
- Çəkiliş meydançaları üçün də darıxmırsız?
- Sözün düzü, çəkiliş meydançaları üçün çox darıxıram. Nə yalan deyim? Yaxşı çəkilişlər olsa, maraqlı filmlər çəkilsə, dəvətlər gəlsə, həvəslə çəkilərdim.
- Deyirlər sənət adamlarını yaradıcılıq ruhlandırır. Aktyor ömrünü səhnə, çəkiliş meydançası uzadır...
- Dediyim bir az böyük səslənməsin. Biz ciddi sənətlə məşğul olurduq. Bizim həyatımız çəkiliş meydançalarında, ciddi sənət aləmində keçib. Əlbəttə ki, səviyyəli film dəvətləri, peşəkar heyətlə işbirliyi olsa, dəvət edilsəm, çəkilərdim. Çünki ömrümün elə yaşını yaşayıram ki, hələ sənətimi yaşada bilərəm. Ömrümüzə nə qalıb ki? Bu ötən illərə heyfim gəlir. Axı bu illər boşa gedir. Bizim nəsildən olan sənətçilərdən kim qalıb ki? Bir gün başlarını qaldırıb görəcəklər ki, bizdən heç kim yoxdu. Təbii ki, sənət adamı sənəti ilə məşğul olanda ruhən rahatlaşır, yaşamış olur. Sənətlə məşğul olmayanda insan özünə qapanır. Özünə qapananda özü ilə baş-başa qalır, fikirdən yüklənir. Bu da sənətkarın səhhətinə təsirsiz ötüşmür. Biz balıq kimiyik. Balıq susuz yaşaya bilmədiyi kimi sənətkar da sənətdən kənarda nəfəs ala bilmir, boğulur. İnanın, son illər boşluqdan, bekarçılıqdan boğuluram.
- Evdə oturanda nə ilə məşğul olursuz adətən?
- Kitab, qəzet oxuyuram, mütaliə edirəm. Saytlara baxıram, izləyirəm.
- İnternetlə maraqlanırsızmı, sosial şəbəkələrdə görünmürsüz...
- Elə güclü internetdən başım çıxmır. Sosial şəbəkədən istifadə etmirəm. Amma bir balaca saytlara daxil olmağı öyrədiblər. Məlumatları oxumaq üçün izlədiyim saytlar olur.
- Yerli televiziyalarımızda əsasən hansı verilişləri izləyirsiz?
- Televiziyalarımızda baxılası veriliş var ki? Əsasən xəbərlərə baxıram. Gündəlik xəbərləri izləyirəm. Arada muğama qulaq asıram.
- Sənət dostlarınızla görüşürsüz?
- Sənət dostlarım qalıb ki? Hamısı dünyasını dəyişib. Bir-iki nəfər qalmışıq, o qalanlar da mənim kimi xəstədirlər, hərə öz canının hayında olur. O da arada görüşə bilirik. Amma telefonla hal-əhval tuturuq biri-birimizdən.
- Küçədə olanda, yol gedəndə insanların reaksiyası necə olur, yaxınlaşıb fikir bildirən olurmu?
- Təbii ki, yol gedəndə, evdən harasa gedərkən görürlər, xoş münasibətlərini bildirirlər. Əsasən də deyirlər ki, o dövrün sənətkarlarından yoxdu. İndiki sənətçilərə elə hörmət hiss olunmur.
- Sizcə, bu, nə ilə bağlıdı? Niyə köhnə sənətkarlara daha böyük hörmət olur?
- Bizə yaxınlaşan insanlardan çox eşidirəm ki, deyirlər köhnə kinolara baxırıq, orda sənət var. Təzə filmlərə baxa bilmirik. Bunu sadə insanlar deyir. Deyirlər ki, köhnə filmlərin ən zəifində belə sənət var idi, məna, ibrət görmək olurdu. İndiki filmlərdə bunlar yoxdu. İndi filmlər mənasız, səviyyəsiz, ideya xətti olmayan boş kadrlardı. Bu gün çəkilən filmlərdə rejissor özü də bilmir ki, tamaşaçıya nə vermək istəyir, nə çatdırmağa çalışır. Süjet xətti, ideya yoxdu. Sıradan kadrlardı. Camaatın zövqünü korlayır. Film elə-belə yaranmır. Filmin ərsəyə gəlməsi üçün yazıçı, ssenarist, rejissura lazımdı. Bunlar yoxdu. Toy çəkənlər operatorluq edir. Kino uşaq oyunu deyil ki, kim istəsə, kino çəksin. Azərbaycan kinosunu ucuz kommersiyanın qurbanı etməyə heç kimin haqqı yoxdu. Hər dəfə deyirəm ki, danışmayacam, susacam. Ancaq bəzən susmağı bacarmıram. Çünki kino mənim həyatımın bir parçasıdı. Onu iflic edənlər mənim ruhumu məhv etmiş olur.
Xəbər 1316 dəfə oxunub






Oxşar xəbərlər

Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10266] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00742] calend [0.00041] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.00501] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08545]