Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:20 - 16.07.2018  
Texnologiya Universitetində şərlənən şikayətçi "Demokratik.Az"a danışdı
Tarix: 28-11-2017, 13:41 | Bölmə: Xəbərlər » Müsahibə

Texnologiya Universitetində şərlənən şikayətçi "Demokratik.Az"a danışdı

 

Son illər Azərbaycan Texnologiya Universitetində qeyri-adi hadisələr, biabırçılıqlar və özbaşınalıqlar tuğyan edir. Özünə "toxunulmazlıq statusu” almış rektorun həngamələri, dəhşətli korrupsiya halları mövcud olsa da, cəzasızlıq hökm sürür. Qocaman rektorun sərgüzəştləri hər gün özünə yeni qalmaqallı səhifə açır. Nə təhsil naziri Mikayıl Cabbarov, nə də bir başqası maxinator rektoru durdurmaq haqqında düşünmür. Görəsən niyə? Bəlkə özəl bir səbəb var ki, rektor Akif Süleymanov özbaşına buraxılıb və o universiteti öz istəyinə uyğunlaşdıraraq idarə edir?

ATU rektorunun zülmündən əziyyət çəkən, bilavasitə Akif Süleymanovun ssenarisi əsasında şərlənərək saxta ittihamlarla işindən qovulduğunu iddia edən Azər Allahverdiyev "Demokratik.Az” - a danışıb. Təhsil ocağındakı özbaşınalıqlara dözməyərək baş verənləri ölkə mətbuatında ictimailəşdirən, yuxarı qurumlara şikayət məktubları ünvanlayan həmsöhbətimiz yenə ilginç faktlar səsləndirib. 

Texnologiya Universitetində şərlənən şikayətçi "Demokratik.Az"a danışdı

 

- Azər bəy, bir aya yaxındır ki, adınız ATU rektoru ilə qalmaqalda hallanır. Bildirmisiniz ki, Akif Süleymanov sizi qanunsuz yollarla işdən qovub? Nə baş verib?

 

Azər: - 30 oktyabr 2017 ci iltarixdə rektorun maraqları ilə 264 saylı əmrlə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. İnanın ki, əmr saxtadır və şantajdan, böhtandan başqa bir şey deyil. Rektorun həmən saxta əmri mənə qarşı qərəzindən irəli gəlib.

Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə "töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri "Qiyabi və distant təhsil mərkəzinin” mütəxəssisi, digəri isə universitetin tanımadığım II kurs tələbəsidir. (Müsahibimiz qızların da adını açıqladı. Milli mentalitetimizdən irəli gələn dəyərləri nəzərə alıb adları gizlin tutmağı məsləhət bildik-red)

Verilən əmrlərin məzmunu da düzgün deyil. Sözügedən hər üç əmr günaşırı olaraq 6 günə imzalanıb. Bu isə onu göstərir ki, Akif Süleymanov məni işdən uzaqlaşdırmaq üçün heç bir rektorda müşahidə etmədiyim çirkin addım atıb.

- Sizcə işdən çıxarılmağınıza əsas səbəb qərəzdir? Sizə qarşı belə kin nədən qaynaqlanır?

Azər: - Bilirsiniz, Akif Süleymanov adlı bir şəxs Texnologiya Universitetinə illərdir qənim kəsilib. Universitetdə sanki rektorun "oğru qanunları” işləyir. Nə qanunvericiliyi sayan var, nə də universitetdə Akif Süleymanovun hökmündən kənara çıxan. Universitet korrupsiyalaşıb, kollektiv arasında qeyri-sağlam mühit formalaşdırılıb. Təsəvvür edin ki, ATU-da bir ailə klanı hökmranlıq edir. Mən 5 ildən artıq universitetdə kompüter mütəxəssisi kimi fəaliyyət göstərirdim. İşlədiyim müddətdə bir dəfə də olsun iş yoldaşlarımla xoşagəlməz olay yaşamamışam. İşimin öhdəsindən də lazımınca gəlmişəm.

Sabiq rektordan sonra, Akif Süleymanov özünə komanda yığmağa başlamışdı. 2013-cü ildə məndən də qeyri-rəsmi yolla, təzyiqlərlə ərizə yazıb işdən çıxarılmağımı tələb edirdi. Mən isə buna razı olmadım. Haqqımı yuxarılardan istədim və dövlətin ləyaqətli məmurlarının məsələyə müdaxiləsi nəticəsində rektor məndən əl çəkdi. Amma davranışlarında həmişə mənə qarşı qərəzliliyini hiss edirdim. Akif Süleymanovun təyinatından sonrakı özbaşınalıqları barədə müxtəlif vaxtlarda şikayətimi, iradımı bildirmişəm. Nəticədə mənə olan kin-küdurəti son aylarda pik həddə çatdı. 30 oktyabr 2017 ci il tarixdə məni 264 saylı əmrlə əmək müqaviləmə xitam verdirdi. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. Bir daha deyirəm, əmri özümə qarşı şantaj, böhtan və qərəz hesab edirəm.

 - Dediniz ki, rektor özbaşınalıqlarını gizlətmək üçün sizin şərlənməyinizə də qol qoyub. Bildiyimizə görə axı bu hal Texnologiya Universitetində ilk deyil?

Azər: - Bəli, təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi Bakı Musiqi Konservatoriyasında kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir ATA kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə məktəb direktorudur.

Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanov kimi bir ləyaqətsizin alətinə çevrilməsini mən anlaya bilmirəm. Deyirlər ikisi də  dostdur, amma bu hərəkətin özü dostluqla bir araya sığmır axı!.. 

KİV-lərə mütamadi müraciətiniz diqqət çəkir. Problemi belə qabartmağınız, ictimailəşdirməyiniz bizə də maraqlıdır. Şikayətlərinizə rəsmi reaksiyalar sizi qane etmirmi?

Azər: - Məsələ belədir ki, rəsmi qurumlara şikayətlərimi dərindən araşdırmırlar. Bu məni qane etmir. Hesab edirəm ki, bunun səbəbi Təhsil naziri Mikayıl Cabbarovla rektorun işbaz oğlu Şamil Süleymanovun yaxın dost olmasıdır. Dostluq o dərəcədə yaxındır ki, cənab Cabbarov hələ İçərişəhər dövlət qoruğu idarəsinin rəisi olanda bala Süleymanov birinciyə bahalı avtomobil də bağışlayıb. Akif Süleymanovun indiyədək toxunulmaz qalmasına səbəb də məhz nazirlə rektor övladının dostluğudur.

- Şikayətiniz hansı mərhələdədir, bundan sonra nə etməyi düşünürsünüz? Məhkəməyə müraciət etmisinizmi?

Azər: - Şikayətlərimlə bərabər təbii ki, rektorun saxta əmrlərinin ləğvi barədə tələb irəli sürmüşəm. İş aidiyyatı üzrə məhkəmənin icraatındadır. Ümidliyəm ki, məhkəmə işə ədalətli baxacaq.

- Sonda, əsas istəyiniz nədir?

Azər: - İstəyim nə ola bilər ki? Ölkə prezidentinin daim təhsilə olan diqqət-qayğısına kölgə salan bir rektoru dərhal işindən azad etmək lazımdır. Akif Süleymanovun yarıtmaz idarəçiliyi sayəsində Texnologiya Universiteti dövlət universitetlərinin içində ən axırıncı sıralarda yer alıb. Dövlət qurumlarından xahişim və istəyim budur ki, təcili şəkildə Akif Süleymanov haqqında ciddi tədbir görülsün.

 

Söhbətləşdi: Osman Nərimanoğlu

Demokratik.Az əmrlərin surətini təqdim edir.


Xəbər 3022 dəfə oxunub






Oxşar xəbərlər

İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Lotu Qulinin yeni - Fotosu
Baş prokuror və güc nazirləri Gəncəyə gəldi - OLAYLAR NƏZARƏTDƏ
Gəncədə yaralanan polis danışdı: "Hər şey.." - VİDEO
Adnan Oktarın müridi: "O qızlarla cinsi əlaqədə ola bilmirdi”
Kəlbəcərli girovlardan yeni xəbər
“Bu təxribat dövlətə qarşı terrordur” – DİNİ bəyanat
Prezident bu icra başçılarını və şirkətləri HƏDƏLƏDİ
“Total” şirkəti İranda fəaliyyətini dayandırıb
Aytən Səfərova: "Başqasının ərinə "podxod" etməməlidir"
Oktarın evindən xeyli silah çıxarıldı - FOTO
Gəncəyə 8 il rəhbərlik etmiş icra başçısı danışdı: - Müsahibə
Yeddi ildir hər gün sahildə ağlayır - Səbəbi
ÇL: "Qarabağ" mübarizəyə qələbə ilə başladı
QMİ Gəncə hadisələri ilə bağlı bəyanat yaydı
"Cinayətkarlığa aman verilməyəcək" - Oruc Zalov
40 fermerə 1,5 milyon manat ayrılacaq
Bir ay əvvəl Vaşinqtondan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi"ndə..."
Gəncədəki atəş səslərinin Brüsseldəki əks-sədası...
Konstitusiya Məhkəməsinin işçiləri təltif olunub - Sərəncam

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12566] initstartout [0.00014] initstartin [0.00062] calstart [0.00785] calend [0.00045] topnewsend [0.00361] rsssend [0.00000] ehgend [0.00614] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10626]