Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:16 - 22.05.2019  
"Xankəndidə “məhkəmə” quranlar məsuliyyətə cəlb olunmalıdır
Tarix: 8-11-2014, 10:31 | Bölmə: Xəbərlər » Müsahibə

Son günlər ölkə ictimaiyyətini narahat edən və təbii olaraq müzakirə edilən əsas mövzulardan biri Xankəndidə qondarma "məhkəmə” qarşısına çıxarılan həmyerlilərimiz ilə bağlı məsələdir. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətində müxtəlif fikirlər səsləndirilir, təkliflər verilir və təşəbbüslər irəli sürülür. Xüsusilə, bu həssas məsələyə hüquqi aspektdən yanaşma, problemin həllinin hüquqi mexanizmləri hamıda böyük maraq doğurur.

"Xankəndidə “məhkəmə” quranlar məsuliyyətə cəlb olunmalıdır "Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov bu məsələyə dair fikirlərini AzərTAc ilə bölüşüb.

"Bu yaxınlarda Xankəndidə həmyerlilərimizin üzərində qurulmuş "məhkəmə teatrı” bir azərbaycanlı kimi məni də çox narahat edir. Lakin bir hüquqşünas kimi, məni narahat edən digər nüans bu problemin həllinin, soydaşlarımızın müdafiəsinin düzgün hüquqi mexanizmlərinin tapılmamasıdır. Son günlər mətbuatda bəzi hüquqşünaslarımızın qondarma "məhkəmə” qarşısına çıxarılan girovlarımızın hüquqlarının qorunması üçün Xankəndiyə getmək təşəbbüsü ilə çıxış etmələrinə rast gəldim. Onların bu təşəbbüslərində olan xeyirxah niyyətlərini təqdir edirəm. Lakin hesab edirəm ki, bu, yanlış hüquqi mexanizmdir. Qoy, bəzi həmkarlarım inciməsinlər, onlara sualım var: bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?! Bu, dolayı yolla qondarma "Dağlıq Qarabağ rejimi”ni qəbul etmək, düşmən dəyirmanına su tökməkdir”.

Bizə aydındır ki, vətəndaşlarımız ölkəmizin ərazisində sərbəst hərəkət etmək hüquqlarından xoş məramla istifadə ediblər. Lakin ermənilər bu hadisəyə saxta don geyindirib, həmvətənlərimizi diversant kimi qələmə veriblər. Bu hadisə bir daha sübut edir ki, azərbaycanlılardan heç biri, o cümlədən hüquqşünaslarımız oraya gedəcəkləri təqdirdə bənzər hallardan siğortalanmayıb. Dağlıq Qarabağda olan "bespredel” rejimdən hər şey gözləmək mümkündür.

Hüquqşünas daha bir önəmli məqama diqqət yetirib. Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrində göstərilib ki, hər bir şəxs yalnız səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra qanuni həbs edilə bilər. Eyni zamanda, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Burada isə qanun əsasında yaradılmış və səlahiyyətli məhkəmədən söhbət gedə bilməz. Hətta qorxaq qondarma "Dağlıq Qarabağ rejimi” tərəfindən bu "məhkəmədə” "hakimlik” edən şəxsin kimliyi gizlədilir. Bununla aşkarlıq prinsipi də pozulub.

A.Bağırov bildirir ki, həmin qondarma məhkəmə qanunsuz olduğu üçün təbii olaraq onun qəbul edəcəyi istənilən qərar heç bir hüquqi qüvvəyə malik ola bilməz. Ona görə soydaşlarımız nəinki azad olunmalı, əksinə bu biabırçı "məhkəmə”ni quranlar, orada iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar.

Fikrimcə, həmyerlilərimizin müdafiəsi üçün ən optimal yol Ermənistan barəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi təqdim etməkdir. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əhmədovun qanunsuz olaraq tutulması ilə bağlı məsələyə Avropa İnsan Hüquqları Konvensiyasının norma və prinsiplərinin pozulması nöqteyi-nəzərindən baxılması zəruridir. Məhz bu baxımdan Ermənistanın adı çəkilən şəxslərin qanunsuz tutulması və Avropa Konvensiyası ilə tanınmış hüquq və azadlıqlarının pozulması ilə nəticələnmiş hərəkətlərə görə məsuliyyəti meydana çıxa bilər. Çünki "Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq hüququn subyekti sayılmaması mübahisəsizdir. Eyni zamanda, nəzərə almalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar üzərində nəzarət etmək kimi bir hüquqa malik olmasa belə, Ermənistan öz işğalçı siyasəti nəticəsində həmin ərazi üzərində hərbi və iqtisadi baxımdan effektiv nəzarəti həyata keçirir. Qısası, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Beləliklə də, münaqişə Azərbaycan Respublikasının daxili məsələsidir. Bu baxımdan hər hansı kənar dövlət tərəfindən bu məsələyə müdaxilə edilməsi beynəlxalq hüquq baxımından tamamilə yolverilməzdir.

"Bunları nəzərə alaraq, belə qənaətə gəlmək mümkündür ki, soydaşlarımızın Avropa Konvensiyasının 3-cü ("İşgəncələrin qadağan olunması”), 5-ci ("Azadlıq və toxunulmazlıq hüququ”), 6-cı ("Ədalətli məhkəmə araşdırması hüququ”) və 8-ci ("Şəxsi həyata və ailə həyatına hörmət hüququ”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulub və Ermənistan dövləti buna görə məsuliyyət daşımalıdır. Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə qarşı kifayət qədər qərarları da vardır ("İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, "Katan və digərləri Moldova və Rusiyaya qarşı”, "Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”. "Sonda bildirmək istəyirəm ki, hazırda "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin vəkil üzvləri tərəfindən Xankəndidə girov saxlanılan həmyerlilərimizin hüquqlarının səmərəli müdafiəsi üçün populizmdən uzaq olan lazımi hüquqi tədbirlər görülməkdədir və yaxın zamanlarda ictimaiyyətə bu barədə dolğun məlumat veriləcək”, – deyə hüquqşünas qeyd edib.
Xəbər 2335 dəfə oxunub






Oxşar xəbərlər

‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16746] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00809] calend [0.00043] topnewsend [0.00389] rsssend [0.00000] ehgend [0.00491] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14880]