Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:51 - 22.02.2018  
Ağacan Əbiyevin "dini sayıqlamalar"ına iki cavab
Tarix: 7-10-2017, 09:02 | Bölmə: Xəbərlər » Müsahibə

Fazil Mustafa: "Ağacan müəllimin fikirlərinin bu qədər dözümsüz qarşılanmasını anlamıram”; Emil Rahiloğlu: "Bu, onun mədəni naqisliyindən doğan haldır”

Ağacan Əbiyevin "dini sayıqlamalar"ına iki cavabDeputat Ağacan Əbiyevin İslam dini ilə bağlı səsləndirdiyi fikirlər ciddi qalmaqala səbəb olub. Xəbər verdiyimiz kimi, o, xaricdə dini təhsil almağın qəti əleyhinə çıxıb və bir sıra başqa qalmaqallı açıqlamalar verib. "Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərəqqidə nəyə nail oldu, ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı” deyən deputatın bu kimi fikirlərinə münasibət öyrəndik.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya görə, onun fikirlərində həqiqət payı olan məsələlər də var, ziddiyyətli fikirlər də: "Məhəmməd Peyğəmbər dini gətirməyib, din Allah tərəfindən göndərilən inananlar üçün bir yoldur və onun da mesajları təkrarolunmazdır. Amma həqiqətən də islam dünyası dini Məhəmməd Peyğəmbərin təbliğ etdiyi kimi yaşamadığına görə, uzun müddət cəhalət və xurafat içində qalmalı olub. Lakin bununla yanaşı, İslam arealında kifayət qədər elm adamları yetişib. Amma müasir dövrün elmini, texnologiyasını təbliğ edən İbn Sina, Məhəmməd Fərabi kimi alimlərin qarşısına Qəzali kimi bir kəlam ustadını çıxardılar. O demək olar ki, fəlsəfəni qadağan etməklə, fəlsəfənin mənasızlığını ortaya qoymaqla İslam dünyasında fikir müzakirəsinin qarşısını aldı. Bu da düşüncənin İslam dünyasında önə keçməsinin qarşısını aldı. Bu baxımdan həqiqətən də XIV-XV əsrdən sonra dünyada mövcud olan kəşflərin heç birində İslam arealının rolu yoxdur. Hər halda bir Eynşetyn, Nyuton yetişdirə bilmədik. İstifadə etdiyimiz də Qərb texnologiyası oldu. Bu baxımdan xaricə elmi biliklərə yiyələnmək üçün adamların göndərilməsi vacibdir. Amma bu o demək deyil ki, İslam sahəsində bilgi öyrənmək üçün ilahiyyat elmini seçən insanlara xor baxmaq lazımdır. Doğru dinin təbliği üçün fayda verə bilərlər. Ağacan müəllimi narahat edən odur ki, oxuyandan sonra da əgər adam cahil olursa, yaxud zorakılığı qəzəbi, nifrəti təbliğ edirsə, yaxud onu dəyər olaraq özü üçün seçirsə, bunun bizə faydası olmur.

Ağacan müəllimin fikirlərinin bu qədər dözümsüz qarşılanmasını anlaya bilmirəm. Adam həqiqətləri söyləyib. Lakin söylədiyi məsələlərdə bəzi ziddiyyətlər və yanlışlıqlar da. Müəyyən məsələlər var ki, başqasının haqqına girmək olmaz. Kim istəyirsə, seçim edib haradasa oxuya bilər. Bunun faydası barədə dedikləri onun subyektiv fikridir. O da özünə görə haqlı ola bilər ki, daha çox hansı istiqaməti seçsək ölkəmizə xeyir gələ bilər. Şəxsən mən də sağlam ilahiyyat təhsilinin tərəfdarıyam".

Azərbaycan İslam Partiyasının sədr müavini, ilahiyyatçı Emil Rahiloğlu isə sərt danışdı: "Bütün elmi nailiyyətlər əldə etmək üçün səfər etmək, digər ölkələrə baş vurmağı Ağacan bəydən öncə əzəmətli islam dininin Peyğəmbəri (s) 1400 il öncə söyləyib. Peyğəmbərimiz elm ardınca hətta o zaman üçün gedilməsi ən çətin yol olan Çinə getməyi tövsiyə edib. İctimaiyyətimiz dini maarif baxımından şükürlər olsun ki, deputat kimi savadsız deyil. Yoxsa dinimizin elmə, alimə verdiyi dəyərləri saysaq, Ağacan bəyin bundan sonra yaşayacağı ömür bəlkə də buna yetməz. Onun din barəsində bildikləri dini mənbələrə deyil, şəxsi istəklərinə söykənir. Qalstuk vurmaq, Milli Məclisdə əyləşmək hələ bütün sahələri bilmək demək deyil. Axı ilk ayəsi ”Oxu!" əmri ilə başlayan din necə insanları cəhalətə sürükləyə bilər? Digər tərəfdən islam dininin bəşəriyyətə heç nə vermədiyindən danışır. Məlumdur ki, deputatın tarixi savadı da iddiaları qədər naqisdir. Mən ona İmam Sadiqin (ə) Cabir İbn Həyyan adlı şagirdini tanıması üçün Avropa universitetlərinə baş vurmasını məsləhət bilərdim. Cabir ibn Həyyan kimya elminin banisi olduğu üçün ona "kimyanın atası” ləqəbi verilib. İbn Sinanı, cəbr elminin banisi Əl-Cəbri və sairlərini nümunə göstərmək olar. Sadəcə, qərəzsiz şəkildə baxmaq və oxumaq lazımdır. O ki qaldı, 2 min manat ilahiyyat universitetinə illik ödəniş edənləri ağılsız saymasına, bu, onun mədəni naqisliyindən doğan haldır. Hər kəs öz seçimində azaddır və digərləri buna hörmətlə yanaşmalıdır. Xalqın səsi ilə seçilməyən, xalqın vəkili olmayan "millət vəkilindən” belə şeylərin gözlənilməsi təbiidir. Nardarandan danışır. Hadisəni tam əksinə ifadə edir. Nardaranda nardaranlılar qan tökmədi, əksinə, nardaranlıların qanını tökdülər. Məsələni qansız da həll etmək olardı. Ağacan bəy kimi danışanlar tarixin bütün qaranlıq səhifələrində olub və çox güman ki, bundan sonra da olacaqlar. Bütün bu son olaylar məhərrəmlik ayını, xüsusən də Kərbəla hadisəsini kölgəyə salmaq üçün planlaşdırılıb. Amma nahaq yerə özlərini yorurlar. Tarix belə yorğunların daha hegemonlarını rəzilliklə dəfn edib".

Dini qurumların məsələyə münasibətlərini öyrənmək cəhdimiz alınmadı.

Cavanşir ABBASLI

Xəbər 774 dəfə oxunub






Oxşar xəbərlər

Goranboy SSİ-nin rəisi iş icraçısını döydü
XİN Nalbandyana cavab verib
Stallone sağ olduğunu belə sübut etdi - VİDEO
Azərbaycanda neçə alkoqolik var? - SAY
Zakir Həsənov Belarusa səfərə gedib
Rusiya prezidentliyinə namizədlərin reytinqi açıqlanıb - Putin liderdir
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Fəttah Heydərovu təltif etdi- FOTOLAR
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi
Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)
ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu-Şok
Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Məcburi köçkünlərin aylıq müavinət məbləği artdı - SƏRƏNCAM
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
"Sumqayıt TP" Tacikistana kabel ixrac edəcək
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi
Gəncə QAİ-sinin cərimə meydançasında "ən ucuz maşınlar kolleksiyası"-RƏHİM ZALOV ÇUBUĞUNU KASIBLARA YELLƏYİR?
Qərbdən gələn diplomatlar müxalifətlə niyə görüşmürlər?
Mülayim keçən qışdan sonra kənd təsərrüfatında nə gözlənilir
Tramp ABŞ prezidentlərinin reytinqində son sırada
Bürcünüz sizə nə deyir? – 20 fevral
Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi
“Müharibə hər an başlaya bilər” - Zakir Həsənov açıqladı
Müharibə əlillərinə verilən prezident təqaüdü də artırılıb
Əli İnsanov məhkəməyə məktub göndərdi
Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb
Orduxanın yaxın qohumları dövlətə müraciət etdilər: “Ondan imtina etmişik” - VİDEO, FOTOLAR
Bloqer Tural Sadıqlının atası azadlığa buraxılıb
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Yol polisi DTX-nın əməliyyatına mane oldu – İşdən qovuldu
Baş nazirimiz hesabat verəcək
Livan prezidenti Ermənistana səfər edəcək
62 yaşlı əməkdar müəlliməyə cəza kəsildi - dələduzluq işi
Türkiyəli seks-manyak təcridxanada öldü - Bakıda
İraqda azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi
Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi
Frenk Elkaponidən Qarabağ qazilərinə növbəti JEST - daha 5 mənzil hədiyyə edəcək
İsmayıllıda yanan villa Ziya Məmmədovundur? - VİDEO
Aparıcı Mətanət Əsədovanı belə öpdü - Efirdə biabırçılıq (VİDEO)
Düşmən təxribatı - atəşkəs 136 dəfə pozulub
"Cəmil Həsənli haqqımda bir xoş söz deyən kimi..." - Anar
Millimiz Avropa çempionatının qalibi oldu
Bərzani yeni seçkilərin anonsunu verdi
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
Əfv sərəncamının verilmə vaxtı dəyişdirilə bilər - SƏBƏB

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11905] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00758] calend [0.00041] topnewsend [0.00506] rsssend [0.00000] ehgend [0.02390] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08070]