Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:18 - 17.12.2017  
Kürd referendumunun arxasındakı gizlinlər
Tarix: 26-09-2017, 20:33 | Bölmə: Xəbərlər » Müsahibə

Kürd referendumunun arxasındakı gizlinlərÖtən gün İraqın şimalındakı kürd muxtar bölgəsində müstəqillik referendumu keçirilib. Artıq referendumun ilkin nəticələri bəllidir. Belə ki, 78 faiz seçici fəallığı olan referendumda kürd seçicilərin 93.7 faizi referenduma "Hə” deyib, cəmi 6.3 faiz seçici müstəqilliyə qarşı çıxıb.

Millət vəkili, siyasi analitik Sahib Alıyev kürd referendumunun arxasındakı gizli maraqlar, bunun regiona və Qarabağ münaqişəsinə təsiri ilə bağlı mövcud vəziyyəti AzVision.az-a geniş şərh edib.

- Sahib müəllim, kürdlərin referendum keçirməsində məqsəd nədir? Bunun arxasında hansı gizli maraqlar dayanır?

- Bu referendumu kürdlər keçirmirlər, kürdlərə keçirtdirirlər. Və onu keçirtdirənlərin də əksəriyyəti hazırda onun əleyhinə olduqlarını deyənlərdir. Paradoks da budur. Bir sözlə, bu referendum deyil, böyük bir oyundur.

- Bölgə dövlətləri referenduma etirazlarını bildirdilər. Buna baxmayaraq, kürdlər müstəqil olmaq üçün ciddi addım atdılar. Referendumun nəticələrini necə qiymətləndirirsiniz? 

- Bu referendum hazırda müstəqilliyin elan edilməsi məqsədilə keçirilmir. Məqsəd 2005-ci il İraq konstitusiyasına düzəliş etdirmək üçündür. İraq Kürdüstanının rəhbərliyi hazırda de-fakto statusları nədirsə, onu əldə etməyə çalışırlar. Yəni İraqla federal deyil, konfederal əlaqələrə can atılır. Təbii ki, indiki mərhələdə. Gələcəyi isə gələcək göstərməlidir.

Nəticəyə gəldikdə, məncə, kimsə Kürdüstanın üzərinə yeriməyəcək. Yerimək istəyənlərin qarşısı alınacaq. Özü də sözdə referendum əleyhinə olduqlarını bildirənlər alacaqlar. Orasını da deyək ki, o dövlətlər ki, müstəqil Kürdüstanın əleyhinə çıxırlar, onlara eyni dərəcədə İraqın öz sərhədlərinə tam nəzarət etməsi əl vermir. Onlara müstəqil olmayan, ancaq rəsmi Bağdada tabeçiliyi formallıqdan o yana getməyən bir Kürdüstan lazımdır. Qonşu dövlətlərin yanaşmasından söz gedirsə, təbii ki, qlobal güclərin başqa maraqları var. Onlar Böyük Kürdüstan yaratmaq niyyətindədirlər. Ancaq bu, birdən-birə deyil, addım-addım olmalıdır. Öncə Kürdüstan muxtarlıq əldə etməli idi. Etdi də. İndi status bir az da artırılır. Sonra da müstəqillik və böyümə. Plan budur. Kürdüstanın Bağdadla artıq federal deyil, konfederal əlaqələrə keçməsi də onların ideyasıdır. Bunu bölgə dövlətlərinə həzm etdirmək mümkündür və etdiriləcək də. Gələcəyi də bayaq da dediyimiz kimi, gələcək göstərəcək.

- Referendum bölgədə yeni müharibə riskini artırırmı? 

- Orada müharibə gedir. Kürdüstan aparılan hibrid savaşının içindədir. Kürdüstan hazırda bir neçə ölkənin xüsusi təyinatlılarının olduğu və üstəlik də yerlilərdən silahlı dəstələr formalaşdırdıqları bir bölgədir. Sadəcə hələlik heç kim heç kimi vurub çıxarmaq qüdrətində olmadığından və yaxud da bunun vaxtı gəlib çatmadığından hazırda ora həm qarşıdurma, həm də əməkdaşlıq meydanıdır. 

Məsələn, Kürdüstanın neft və qazının xeyli hissəsini hazırda Rusiya çıxarır, Türkiyə üzərindən isə bazara çatdırılır. Gələcəkdə isə bu ziddiyyətli əməkdaşlığın miqyası daha da genişlənməlidir. Əmin ola bilərsiniz ki, cənab Putinin Türkiyəyə iki gün sonra edəcəyi səfərdə diqqət mərkəzindəki əsas məsələlərdən biri də məhz bu olacaq: Kürdüstanın karbohidrogen ehtiyyatlarının istismarı və daşınmasında birgə əməkdaşlıq. 

Burada bir şeyi də qeyd etmək istəyirəm. Regionda baş verənlərin türk-kürd qarşıdurması kimi qiymətləndirilməsinin Türkiyənin və həm də təkcə Türkiyənin yox, kürdlərin də maraqlarına cavab vermədiyi düşüncəsindəyəm. Bu məsələdən danışarkən "kürdlər dövlət qura bilməz" deməkdənsə, hansısa bir dövlətin parçalanamasının düzgün olmaması prizmasından çıxış edilməlidir. "Kürdlər elə gəldi, türklər belə getdi" deyilməməlidir. Məncə, o bölgədə türklərlə kürdlər qədər bir-birinə yaxın iki başqa xalq yoxdur. Dil və etnik fərqlilik ola bilər, ancaq mənim fikrimcə, bu iki xalq əslində ruh əkizləridirlər, iç-içə, əl-ələ verib birgə yaşamalıdırlar. Bu yöndə səsləndirilən kəskin, maksimalist və hədə dolu sözlər rassionallıqdan uzaq olmaqla yanaşı, həm də Yaxın Şərqədə xaos olmasını istəyən qüvvələrin xeyrinədir. Bir də bu gün gurultulu bəyanatar verənlərin bir neçə gün sonra hansı addımları atdıqlarını da az görməmişik. Sadəcə bir faktı deyim ki, Türkiyə ilə İraq Kürdüstanı arasında ticarət dövriyyəsi, Azərbaycanla Türkiyə arasında olandan 3 dəfədən də çoxdur. Və Türkiyə gələcək addımlarında həm bu faktı, həm də güclü və unitar İraq, yoxsa müstəqil olmayan, ancaq sərbəst Kürdüstanın varlığının ona daha çox əl verdiyini düşünərək, o cür də hərəkət edəcək. Mənim qorxudan və narahat edən türkmən adlandırılanların taleyidir. Tarixdə hamıdan çox zərbələr yeyən, dəfələrlə taleyin ümidinə buraxılan soydaşlarımızın gələcəyidir. Yəni arxalarında durulmayacaqsa, bunun üçün gərəkən potensial yoxdursa, onlar növbəti dəfə yanlış siyasət girovuna çevirilməməlidirlər.

- Kürdlərin referendumuna Ermənistan tərəfi ciddi dəstək verir. Sizcə, məqsədləri nədir?

-Birinci, bir zamanlar "bütün dünyanın proletarları birləşin" deyə bir şüar vardı. İndi hayların da şüarı bütün dünyanın separatçılarının birləşməsidir. Onlar harada separatizim meylləri görürlərsə, bunun özlərinin də xeyrinə olduğunu düşünürlər. 

İkincisi, Türkiyəyə qarşı yönələn istənilən addımdan onlar vəcdə gəlirlər və Kürdüstandakı refenduma da elə addımlardan biri kimi yanaşırlar. 

Üçüncüsü, heç kimə sirr deyil ki, beynəlxalq siyasətdə Ermənistan çox zaman Rusiyanın əlavəsi kimi çıxış edir. Lavrovun Kürdüstandakı referendumla bağlı təqribən Dağlıq Qarabağ probleminə yanaşmadan fərqlənməyən açıqlamasına fikir versəniz, nə demək istədiyim anlaşılar. İraqın digər bölgələrində də böyük neft və qaz kontraktları bağlayan Moskva bir tərəfdən Bağdadı, eyni zamanda müvəqqəti tərəfdaş gözündə gördüyü İranla Türkiyəni özündən narazı salmamaq üçün İraqın bütünlüyünü dəstəklədiyini deyir, digər tərəfdən isə qarşılıqlı anlaşma və digər amillərdən danışır. Ancaq qərbdəkilər kimi Rusiyaya da müstəqil Kürdüstan dövləti daha çox əl verir. Forpostu da bunu bilir və ona da uyğun çıxış edir.

- Kürdlərin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə necə təsir göstərə bilər? Nəzərə alsaq ki, erməni tərəfi münaqişənin həllində referendum variantını ön plana çəkir.

- Birincisi, xatırladaq ki, kürdlərdən fərqli olaraq ermənilər öz talelərini artıq çoxdan həll ediblər və dövlət deməyə adamın dili gəlməsə də, belə bir şeyləri də var. İkincisi, məncə, biz ümumiyyətlə, haradasa baş verən separatçılıq meyllərinə dayanıb, bunun Dağlı Qarabağ məsələsinə necə təsir edib-etməyəcəyini düşünməkdənsə, bu problemin tezliklə həlli üçün nələr etməli olduğumuzun üzərində baş sındərmalı və o yöndə addımlar atmalıyıq. Hazırda yeridilən siyasət də məhz budur.
Xəbər 687 dəfə oxunub






Oxşar xəbərlər

FHN əməkdaşlarına fəxri adlar verilib - SİYAHI
Ermənistanın baş naziri Qarabağa gəlib
“Whatsapp”da yayılan dini mesajlar – XƏBƏRDARLIQ
Bakıda "Polkovnik" tutuldu
Nardaran hadisələrinə görə prokuror onlara cəza istədi - Siyahı
Prezident İlham Əliyev: "Biz ili uğurla başa vururuq"
Fazil Məmmədovun "yeznəsi ölkədən 10 milyonla qaçıb"?
"Broker Əbülfəz"in bacısı oğlu da avtoşluq edirmiş - VİDEO
Bu gün şəhid olan Süleymanın FOTOLARI
Azad Rəhimovun qardaşı oğluna vəzifə verildi
İngiltərə nümayəndə heyəti Bakıda
Arif Hacılının müavini istefa verdi
“Ordumuza ən müasir silahlar verilib” - General açıqladı
2017-də kimləri itirdik? - FOTO
Bu il onlara düşmədi... -Ən yaxşı və pis hadisələr
Meymunların planeti - Zamin Hacı yazır
Etibar Hüseynov-Tahir Kərimli "davası" pik həddə
Amerikanın fantastik hərbi büdcəsi - 700 milyard
“İlqar Məmmədovun azadlığa çıxması uzana bilər” - ŞƏRH
Kanadada sərnişin təyyarəsi qəzaya uğradı
"MTN İŞİ"ndə zərərçəkən “od püskürdü”
Ekvadorun sabiq prezidenti 6 il iş aldı
İlham Əliyev: “Fələstin xalqının yanındayıq”
DTX-nın həbs etdiyi baş redaktor hakim qarşısında
”AAAF İnşaat”ın sahibi məşhur saytları məhkəməyə verdi
Sabah yağış yağacaq
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
Nesrindən etiraf: “Məni təmin etmək çətindir“
Fazil Məmmədov əmlaklarını itirməyə başladı - təfərrüat
Broker Əbülfəz çarəsizlik içində: niyəsini oxuyun!
Şeyx fətva verdi, islamçılar hərəkətə gəldilər
Fazil Məmmədov günün əsas mövzusu olaraq qalır - önəmli İDDİALAR
Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib
Leyla Əliyeva Gürcüstanda - Ulu Öndərin abidəsini ziyarət etdi
Kərə yağının qiyməti yenidən bahalaşdı
İlham Əliyev Türkiyədə səfərdədir- FOTOLAR
Xərçəng xəstəliyinin qarşısını aın(75 QƏPİYƏ)
Rasim Balayev səhhətindən danışdı - televerilişləri pislədi"
“FETÖ hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək”
Bürclər – 13 DEKABR
Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
Dağlıq Qarabağda erməni əsgərləri atışıb
Fədayənin məhkəməsi başlayır
Putinin qərarına qərb reaksiyası: "Suriyada savaş bitməyib"
Türkiyəli futbolçu transseksualla evlənir
Azərbaycanlı aktyor bank soydu: 27 milyon oğurladı
Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Afrikanın ən yaxşı futbolçusu odur - FOTO
FHN Akademiyasında Heydər Əliyevi anım mərasimi keçirilib
Amerikalılar yenidən Aya uçacaq - Trampdan sərəncam
Qayınata gəlinini namus üstündə güllələdi - Bakıda
Bugün Heydər Əliyevin anım günüdür! - ÖLMƏZ LİDER
Yatağı yatmaq və cinsi əlaqə məqsədi ilə istifadə edin!
Düşmən atəşkəsi 121 dəfə pozdu
Qüdsə görə bütün müsəlman dövlətləri İstanbul zirvəsinə toplaşır
Xaləddin İsgəndərov "avtopilot rejim"ə keçib
Fazil Məmmədovun qohumlarının siyahısı tutulur
“Hakimiyyətdə qızıl orta tapılıb”-deputat
Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə
"2017-ci ilin rektoruna xüsusi diplom təqdim olundu
Prezident 5,83 milyon manat ayırdı - sərəncam
Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI
Narkotik də tapıldı, oğurlanan qızıllar da
Türkiyədə dəhşətli qətl - Məşhur rejissorun başını əzərək öldürdülər
Səudiyyə Ərəbistanı daha bir qadağanı ləğv etdi
Ərdoğan Putin görüşünün detallarını açıqlandı
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
“Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi!
Pxenyan 10 ildir bu silahı hazırlayır

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12285] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00821] calend [0.00052] topnewsend [0.00313] rsssend [0.00000] ehgend [0.02997] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07968]