"Rəhim Qazıyev Elçibəyi öldürtmək istəyirdi"-İDDİA

  • 24 iyul 2017, 21:27
Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli sabiq müdafiə naziri Rəhim Qazıyev onun və qayınatası haqqında səsləndirdiyi ittihamlara cavab verib.

A.Səmədbəyli açıqlamasında bildirib ki, Rəhim Qazıyevin ittihamları tamamilə yalan və böhtandır:

"Həmin vaxtı mən mərhum Əbülfəz Elçibəy tərəfindən milli kadrlar hazırlamaq üçün Türkiyəyə göndərilmişdim. Biz 1991-ci ildə 50 nəfər Türkiyəyə getmişik. 1993-cü ildə isə Kəlbəcər işğal ediləndə tələbə yoldaşlarımla bərabər təhsilimizi buraxıb döyüşmək üçün Bakıya qayıtmışıq. Ancaq bu addımızı görən rəhmətlik Əbülfəz Elçibəy bizi Türkiyəyə geri qaytarıb. Həmin vaxtı mən mərhum Əbülfəz Elçibəyin kürəkəni deyildim. Mən 1999-cu ildə ailə həyatı qurmuşam. Bütün bunlardan da bir daha görünür ki, Rəhim Qazıyevin iddialarının heç bir əsası yoxdur”.

A.Səmədbəyli deyib ki, Rəhim Qazıyev Əbülfəz Elçibəyi öldürtmək istəyib:

"Bu barədə mən öz kitabımda da yazmışam ki, Rəhim Qazıyev mərhum Əbülfəz Elçibəyi öldürtmək istəyirdi”.

Xatırladaq ki, Rəhim Qazıyev müsahibəsində Ayaz Mütəllibov, AXC-Müsavat hökuməti ilə bağlı sensassion fikirlər səsləndirib. 

Eyni zamanda R.Qazıyev iddia edir ki, Qarabağda döyüşlər gedəndə Elçibəyin kürəkəni qaçıb Türkiyədə fərarilik edirdi. 
Oxşar xəbərlər