Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:20 - 21.02.2019  
Sabiq MTN-çı QHT-lərin terrorçularla əlaqələrindən danışdı
Tarix: 21-04-2017, 08:37 | Bölmə: Xəbərlər » Müsahibə

İlham İsmayıl: "Azay Quliyevin dediklərində başqa həqiqətlər var”


"Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir”. APA xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Bakıda "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfransda çıxışı zamanı deyib.


Azərbaycanın geosiyasi baxımdan çox həssas bölgədə yerləşdiyini deyən deputat qeyd edib ki, ölkəmizin heç də asan olmayan qonşuları var: "Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”.


Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, radikal dindarların maliyyələşdirilməsi halları mövcuddur: "Radikal dindarların maliyyələşdirilməsini sivil olaraq hansısa bank hesablarına pul köçürülməsi, QHT-lər vasitəsilə həyata keçirilməsi kimi hallar az inandırıcıdır. Amma onların maliyyələşdirilmələri var. Sadəcə, bunlar QHT-lər vasitəsilə deyil, başqa gizli yollarla həyata keçirilir. Azay müəllim yəqin ki, QHT-lərin xaricdən maliyyələşdirilməsinin tamamilə dayandırıldığını bilir. Əgər məlumdur ki, hansısa dini qrup QHT adı ilə xaricdən maliyyələşir, demək, hansısa bir informasiya var və bunun qarşısını almaq lazımdır. Amma bütövlükdə biz bilirik ki, QHT-lərin kənardan maliyyələşməsi dayandırılıb. Azay müəllimin dediklərində başqa həqiqətlər var. Bəli, çox təhlükəli bölgədəyik, bizim təhlükəli qonşularımız var, müstəqilliyimizi sinirə bilməyən şimal və cənub qonşularımız var. Bu istiqamətdə radikal dini qrupların, eyni zamanda dindar deyil, başqa qüvvələrin də maliyyələşmələri mümkündür, separatçıların da maliyyələşmələrini istisna etmək olmaz. Bu istiqamətdə həqiqətən də çox təhlükəli geopolitik zonadayıq. Bu mənada Azay müəllim həqiqətləri deyir. Amma radikal dini qruplar açıq şəkildə heç vaxt qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməz. Onun üçün mövhumat, başqa bir ideologiya lazımdır. Buna maliyyə lazım olsa da, heç vaxt açıq şəkildə almayacaq. Maliyyəni gizli yollarla əldə edəcəklər. Fakt budur ki, sivil yollarla Qərbdən, Avropadan maliyyələşən QHT-lərimiz var idi. Rusiyanın özündə də bu tipli təşkilatlar az deyil, bəzilərinin indi qarşısı müəyyən dərəcədə alınsa da, amma var. Bu qadağalar daha çox onlara şamil olundu. Bizdə radikal dindarların kimlər olduğu məlumdur. Hansı qanadlarının olduğunu da bilirik. Amma onların hansılarının sivil şəkildə QHT kimi tanınmış təşkilatı var? Rusiya və İran maliyyələşdirdiklərini başqa xətlərlə maliyyələşdirirlər, hansısa layihələrlə, QHT-lərlə yox. Amma bunları bütün QHT-lərin gözünə qatıb, onların bütövlükdə maliyyələşdirilmələrinin qarşısını almaq başqa söhbətdir”.


Cavanşir ABBASLI

 

Xəbər 2136 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37817] initstartout [0.00018] initstartin [0.00105] calstart [0.02349] calend [0.00074] topnewsend [0.02915] rsssend [0.00000] ehgend [0.02201] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30076]