Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:41 - 20.11.2019  
“İsrail Knesseti heç vaxt uydurma soyqırımı tanımaz” - yəhudu deoutat açıqladı
Tarix: 19-04-2017, 08:52 | Bölmə: Xəbərlər » Müsahibə

“İsrail Knesseti heç vaxt uydurma soyqırımı  tanımaz”Yevda Abramov: "İsrail Knesseti heç vaxt uydurma soyqırımı qəbul edə bilməz”

İsraili gah şantaj etməyə, gah da onunla "dostluq” əlaqələri qurmağa çalışan Ermənistan növbəti dəfə saxta "soyqırım” iddialarını İsrail parlamentinin - Knessetin müzakirəsinə çıxarmaq üçün əlindən gələni edir. 24 aprel ərəfəsində növbəti dəfə bənzər təşəbbüslər qaldırılıb. Düzdür, bu səylər təkcə İsraili əhatə etmir, erməni lobbisi hətta ABŞ Konqresinə də layihə təqdim edib və "soyqırımı” tanımağa çağırıb. İsrail-Azərbaycan arasındakı strateji münasibətləri özünə təhlükə görən İrəvan üçün İsraildə bu layihəni qəbul etdirmək çox mühümdür. Ancaq Türkiyə-İsrail münasibətlərindəki 7 illik gərginlik zamanında arzusuna çata bilməyən ermənilər indi çətin ki, istəklərini reallaşdırsınlar. Bunu ötən aydan İsrailin Ermənistanda fəaliyyətə başlayan yeni səfiri Eliyaxu Yeruşalmi də dilə gətirib və erməniləri məyus edib. İsrailin saxta "erməni soyqırımını” niyə hələ də tanımaması barədə verilən suala cavabla da erməniləri məyus edib: "Erməni faciəsi həmişə bizim fikirlərimizdədir. Ancaq İsrail dövləti bizim fikirləşdiyimizi ifadə edə bilməz. Çünki bu, sizinlə Türkiyə arasında tarixi problemdir. Siz Türkiyə ilə bu məsələdə hansı qərara gəlsəniz, biz onu qəbul edəcəyik. Yəni Qarabağ məsələsində olduğu kimi, bu məsələdə də biz sizin və qarşı tərəfin hansı qərarı verəcəyini qəbul eləməliyik”.

Ekspertlər də ermənilərin cəhdlərini mənasız sayır.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov "Yeni Müsavat” bildirdi ki, hər il 24 aprel ərəfəsində belə təşəbbüslər olur: "Knessetin deputatlarının içərisində ermənipərəst deputatlar var. Onların seçiciləri ermənilər və ərəbyönümlü şəxslərdir. Hər il 24 aprel ərəfəsində uydurma ”soyqırım"ı qaldırırlar və bu, mütəmadi təkrarlanır. Lakin o qədər də çəkisi olmayan komitə səviyyəsində müzakirə olunur, ondan yuxarı qalxmır. Mən bir neçə gündür oradakı uşaqlarla əlaqədəyəm. Orda bizim "Şahdağ” təşkilatımız var, Azərbaycandan gedən yəhudilər çox aktivdirlər, onlar mənə telefon açmışdılar. Mənə elə gəlir ki, bu, növbəti dəfə 24 aprel ərəfəsində atılan addımdır, ancaq görüntü ola bilər". Y.Abramovun sözlərinə görə, İsrail parlamenti heç vaxt bu uydurma soyqırımı qəbul edə bilməz: "Çünki İsraillə Azərbaycan arasında strateji portnyorluq var. Mən hətta XİN-in dəftərxanasına da çıxmışam. O vaxt parlamentin sədri də ermənilərə bir az yaxın idi. Amma o vaxt - ”Van minut"dan sonra Türkiyə ilə münasibətlər bir az soyuq idi. Bəlkə də Türkiyəni qıcıqlandırmaq baxımından İsrailin hansısa siyasi addımlar atması düzgün hesab olunardı. Amma yenə deyirəm, İsraildə çox sağlam fikirlər deputatlar, nazirlər var. Orda nazirlər deputat olur. İsrail XİN də heç vaxt istəməz ki, Azərbaycan-İsrail münasibətləri korlansın. Mən orda da XİN-də, deputatlarla görüşlərdə rəsmi şəkildə demişəm ki, hansısa məsələ parlamentdə qaldırıla bilər. Amma onu bilin ki, Türkiyənin barmağına toxunan hər bir tikan Azərbaycanın da barmağını ağrıdır, çünki bir millət, iki dövlətik. İkincisi də demişəm ki, Yəhudi Holokostundan sonra dünyada "erməni soyqırımı”nı ortaya atmaq erməni-fars şovinizminin birgə məhsuludur. Siz niyə bizim tarixi faciəmizi aşağılayırsınız, olmayan bir məsələni müzakirə edirsiniz? Onlar da deyirlər ki, bizdə demokratik cəmiyyətdir, fraksiya üzvü məsələ qaldırır, baxılır. Bu, elə bir komitədə müzakirə olunub ki... Adına baxın: Elm, idman, mədəniyyət komitəsi". Y.Abramov qeyd etdi ki, ermənilərin vaxtilə yəhudiləri qırdığını İsraildə yaxşı bilirlər: "Orada mənim çox yaxın bir dostum var, Arye Qut, dəfələrlə bəyan edib ki, əslində general Dronun heykəlinin İrəvanda qoyulması İkinci Dünya müharibəsində yəhudilərin qətliamının həyata keçirilməsinə haqq qazandırılmasıdır. Çünki Dro özü Krımda nasist gestapo fəalları ilə birgə yəhudilərin satılmasında, tanıdılmasında və məhvində çox böyük rol oynayıb.

Bunu İsraildə də çox gözəl bilirlər”.
Politoloq Elçin Mirzəbəyli də dedi ki, ermənilər hər il aprel ayında qondarma "erməni soyqırımı”nın tanıdılması ilə bağlı dünyanın bir çox ölkələrinin parlamentlərində hərəkətə keçirlər: "Ancaq İsrail Knessetində erməni lobbisi güclü deyil və həm bu baxımdan, həm də digər səbəblərdən qondarma soyqırımın tanınması ilə bağlı qərarın qəbul ediləcəyi, hətta məsələnin müzakirəyə çıxarıla biləcəyi inandırıcı deyil. İsrail hökumətinin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Azərbaycanın Knessetdəki dostları da kifayət qədər güclüdürlər”.
Ekspertin sözlərinə görə, qondarma soyqırımın tanınması İsrailin öz maraqlarına da uyğun gəlmir: "Çünki belə bir qərar İsrailin Təl-Əviv üçün strateji əhəmiyyətə malik olan bir ölkə ilə - Azərbaycanla münasibətlətlərinə xələl gətirə bilər. Digər tərəfdən, Türkiyə ilə münasibətlərin də tamamilə dalana dirənməsi mümkündür. Bu isə dini radikalizmin tüğyan etdiyi ərəb dövlətlərinin əhatəsində olan və İranın təhdidləri ilə qarşı-qarşıya qalan İsrail üçün heç də arzuolunan deyil”.


E.PAŞASOY

Xəbər 2678 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25347] initstartout [0.00024] initstartin [0.00133] calstart [0.01073] calend [0.00050] topnewsend [0.00439] rsssend [0.00000] ehgend [0.00548] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23015]