"Hollandiyada Qarabağ ermənilərə məzar olacaq" deyən azərbaycanlı siyasi fəalı hansı cəza gözləyir?

  • 04 mart 2017, 18:36

İlhan Aşkın: "Ədalətli qərar gözləmirəm”

Hollandiyanın Almelo şəhərində Azərbaycan-Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkınla bağlı məhkəmə prosesi davam etdirilib. Xatırladaq ki, 2014-cü ildə Hollandiyanın Almelo şəhərindəki kilsənin qarşısında qondarma "erməni soyqırımı”na dair abidənin qoyulmasına qarşı keçirilən etiraz mitinqində "Qarabağ ermənilərə məzar olacaq” dediyinə görə diaspor nümayəndəsi ermənilərin iddiasına əsasən məhkəməyə çəkilib. Musavat.com xəbər verir ki, məhkəmə prosesi Ermənistan mətbuatının da diqqət mərkəzindədir. Erməni mediasının xəbərinə görə, iki saat çəkənsonuncu məhkəmə iclasında çoxsaylı türklər və ermənilər, həmçinin hər iki tərəfi təmsil edən jurnalistlər iştirak edib. Prosesdə İ.Aşkının "Qarabağ ermənilərə məzar olacaq” dediyi aksiyadan videokadrlar nümayiş olunub. Dispor nümayəndəmiz prosesdə vəkili Plasmanla birgə iştirak edib. İ.Aşkın hakim və dövlət ittijhamçısının suallarını cavablandırıb. O, bildirib ki, özünü günahkar saymır. Dərnək rəhbəri deyib ki, mövqeyi dəyişməyib və əvvəlki fikrində qalır.

Erməni mətbuatının məlumatında deyulir ki, daha sonra prokuror İ.Aşkına cəza istəyib. O, diaspor fəalına 80 saatlıq icbari iş və ya iki həftəlik şərti cəza verilməsini istəyib. Üstəlik, bildirib ki, iki il ərzində qaydaları pozarsa, o halda iki həftəlik həbs olunacaq. Hakim bundan sonra məhkəməni təxirə salıb. Hökm 17 martda elan olunacaq.

İlhan Aşkın Musavat.com-un əməkdaşına açıqlaması zamanı yayılan məlumatları təsdiqlədi: "Bəli, hər iki tərəf sözünü dedi. Sonda prokuror mənə 80 saatlıq çalışma cəzası və eyni sözləri təkrar danışaramsa, 14 günlük həbs cəzası istədi. Ancaq hələ qərar necə olaraq, bəlli deyil. Son qərar 17 martda veriləcək. Ədalətli qərar gözləmirəm. Bu, prokurorun çıxışından da aydın oldu. İnşallah Allah böuyükdür, gözləyək, görək nə olur”. Diaspor fəalı ona verilən dəstəkdən razı olmadığını da dedi: "Türkiyə və Azərbaycan diasporundan gözlədiyim dəstəyi görə bilmədim. Amma yenə də sağ olsunlar, heç olmasa yağmasalar da, guruldayırlar”.

Musavat.com

Oxşar xəbərlər