Rəqqasə Aytən canlı efirdə belə oynadı - fotolar

  • 14 fev 2017, 08:45

Azərbaycanlı oriental rəqqasə Aytən illər öncə müğənnilik sevdasına düşməsindən danışıb. Lent.az-ın məlumatına görə, APA TV-nin "Show time” verilişinə qonaq olan rəqqasə bildirib ki, bu, onun səhv seçimi olub: "Müğənni olmağım üçün külli miqdarda pullar xərclədim, amma alınmadı. Elə onda gördüm ki, müğənnilər reklamları üçün nə qədər pul xərcləyirlər. Brilliant Dadaşova bir mahnını 1 həftəyə hazır eləyirdi, mən isə bir mahnını yarım saata oxuyurdum. Gördüm ki, bu iş mənlik deyil”.

 

Rəqqasə daha sonra bildirib ki, onun bu sənətdə rəqibi yoxdur: "İllərdir, bu sənətdəyəm, amma rəqibim yoxdur. İndi gündəmdə olan rəqqasələr mənim tələbələrim olub. Onların adlarını çəkməyə ehtiyac yoxdur. Müəllimlərinin mən olduğumu danmırlar, amma mənə zərbələri çox olub. Yəni çörəkləri dizlərinin üstündədi. İndi hazırlaşdırdığım tələbələri çalışıram ki, efirə çıxartmayım. Yəni efirə çıxmaq istəyirlərsə, pulların verib çıxsınlar".


 

 

 

Oxşar xəbərlər