Mahsun Kırmızıgüldən radikal qərar - Foto, Video

  • 11 yan 2017, 08:01
Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızıgül yenidən müğənnilik sənətinə qayıdacağını açıqlayıb. 

Musavat.com-un məlumatına görə, yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq "Vezir parmağı” filminin aktyorları ilə "Tavuklarım var” mahnısını səsləndirən məşhur sənətçi mikrofon qarşısına keçdiyi an çox həyəcanlandığını, keçmiş günlərini yad etdiyidi deyib. "Vəzir parmağı” filmində səsləndirilən "Tavuklarım var” mahnısı Mahsun Kırmızıgülün bəstəkarlığı ilə ərəsəyə gəlib və sosial şəbəkələrdə böyük maraq yaradıb. 


 

Mahnı əyləncəli sözləri ilə diqqət cəlb edib. Mahnının klip çəkilişlərində açıqlama verən Mahsun Kırmızıgül 11 il sonra mikrofon qarşısına keçdiyini, çox həyəcanlandığını deyib. "Müğənniliyə qayıdacağım gün yaxındadır”, - deyə məşhur sənətçi əlavə edib.


Gülnar Süleymanova
Musavat.com
Oxşar xəbərlər