“O müğənni zövqlü geyinsə də...”

  • 18 dek 2016, 18:28
2016-ci ilin sonlarına sayılı günlər qalıb. Bununla bağlı  dəblə bağlı saytlarda "Dünyanın ən dəbli xanımı” sorğusu keçirilib. Sorğuda  amerikan aktrisa Blake Lively birinci olub. Belə ki, aktrisa  "MET” mükafatlandırma mərasimində geyindiyi pudra-çəhrayı tonlarındakı paltarı və arxa hissəsindəki qırmızı çiçək işləməli  geyiminə görə ilin ən zövqlü qadını seçilib. İkinci Charlize Theron, üçüncü Selena Gomez olub. 

 

Bəs azərbaycanlı məşhur xanımlar arasında ən zövqlü və zövqsüz kimdir? 

Musavat.com saytına açıqlama verən modelyer Elnarə Bəkirova ilin ən zövqlü və zövqsüz xanım məşhurunun adını çəkib: " Bu il ən zövqlü geyinən müğənni Röyadır. Nura Suri efirlərdə gec-gec görünsə də, dəblə geyinən müğənnilərimizdəndir. Bu ilin zövqlüləri arasında Günay İbrahimlinin adını çəkməsəm, olmaz. 2016-cı ildə saç və makyajına görə Gülay seçilib. Aparıcılar arasında ən gözəl geyinən Nərgiz Cəlilovadır. Vüsalə Əlizadənin də tərzini bəyənirəm. 

Zövqsüz geyinənlər şou-biznesimizdə həddən artıq çoxdur. Geyindiyi libas gözəl olur, amma saç düzümü və ayaqqabısı geyimini korlayır.  Bu il bir çox tanınmışın makyajı məni qane etmədi.  Sənət adamı efirə çıxır, göz önündə olursa, o daim baxımlı və zövqlü olmalıdır. Şəbnəm Tovuzlu zövqsüz geyinənlər arasındadır. Onu çox izləməsəm də, gördüyüm qədəri ilə gözəl geyinmir. Müğənni Xatun zövqlə geyinsə də, saç düzümləri ona yaraşmır. Xatun xanıma hörmətim böyükdür, amma bunu deməliyəm”.

Könül İbrahim,
Oxşar xəbərlər