Ebru Gündeş Rza Zərrabı ələ verdi-qalmaqal

  • 26 noy 2016, 14:26
İş adamı Rza Zərrabdan boşanma ərəfəsində olan məşhur müğənni Ebru Gündeş məhkəmədə ifadə verib.

Ebru Gündeş və keçmiş həyat yoldaşı Rza Zərrab Beykoz Kanlıcadakı tarixi villada təmir işlərinə görə "Mədəniyyət və təbiət abidələrinin mühafizəsi" təşkilatı tərəfindən məhkəməyə verilib. Onlar villaya lift yerləşdirilməsinə və qanuna zidd təmir işlərinin aparılmasına görə günahlandırılıblar.

İddiayaya görə, Rza Zərrab, Ebru Gündeş və təmir işlərini aparan şəxs Haqqı Süha Gökdemirin 6 aydan 3 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilib. Bu gün keçirilən məhkəmədə Ebru Gündeşi vəkili təmsil edib. Müğənni ittihamlarla razılaşmayıb: "Kanlıca məhəlləsində yerləşən villaları Rza Zərrab təxminən 6 il əvvəl satın alıb. Villaları keçmiş həyat yoldaşım təmir etdirib. İttihamları qəbul etmirəm. Bəraətimi tələb edirəm".(teleqraf.com)
Oxşar xəbərlər