“Kurtlar Vadisi Pusu” nun çəkilişi dayandırıldı

  • 18 noy 2016, 19:40
Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu” teleseriyalının xərclərin çox olması səbəbilə kanal tapa bilmədiyi və çəkilişlərinə son verildiyi bildirilir.

Demokratik.Az bildirir ki, bundan öncə  "360 TV”də izləyicilərinin qarşısına çıxacağı deyilən xəbəri ilə gündəmə gələn serialın xərcinin çox olması səbəbilə müqavilənin ləğv edildiyi xəbəri yayılıb.

Türkiyənin digər televiziya kanallarının da yaxına buraxmadığı serialın televiziya həyatının bitdiyi haqda xəbərlər yayılır.

Xatırladaq ki, 15 iyul çevriliş cəhdindən iki ay əvvəl "Kurtlar Vadisi Darbe” internet domenini aldığı səbəbilə serialla bağlı istintaq başladılmışdı.
 
Demokratik.Az 
Oxşar xəbərlər