“O səs Türkiyə”nin iştirakçısı anasına mahnı həsr etdi

  • 15 noy 2016, 21:36
"O səs Türkiyə” müsabiqəsindəki çıxışı ilə tamaşaçıların rəğbətini qazanan müğənni Mərdan Kazımov repertuarına yeni mahnı daxil edib. 

Musavat.com xəbər verir ki, sözləri Orxan Zeynallıya (AİD), musiqisi Mərdanın özünə məxsus olan bəstə "Ana” adlanır. 

İfaçı bildirib ki, mahnını anasına həsr edib: "15 noyabr mənim üçün çox əlamətdar gündür. Canım qədər əziz olan anam ad gününü qeyd edir. İstədim ki, onu yazdığım musiqi ilə təbrik edim. Allah-təala bütün anaları qorusun”.

Qeyd edək ki, müsabiqədə "La la la” mahnısını ifa edən Mərdan Ebru Gündəşlə Hadisənin diqqətini çəkə bilmişdi. İştirakçı sonda Ebru Gündəşi seçmişdi. 

Oxşar xəbərlər