Tarkandan xanımına internet qadağası

  • 17 okt 2016, 08:58

Bu il 29 apreldə evlənən türk müğənni Tarkanın həyat yoldaşı Pınar Dilekin sosial mediadan istifadə etməsinə qadağa qoyduğu üzə çıxıb.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media istifadə etməyən ifaçı, Pınara İnstaqram hesabı açmağa icazə verməyib.

 

Tarkanın həyat yoldaşının "Facebook”dakı hesabını da bağlatdırdığı bildirilir.

 

Fanatlarının israrına baxmayaraq o, fikrindən dönməyib.

 

Demokratik.Az

Oxşar xəbərlər