"Səməd Vurğunun - 110" tədbiri olacaq

  • 28 sen 2016, 15:06

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə unudulmaz şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan poeziya tarixindəki xidmətlərindən söz açılacaq, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılacaq.

Həmçinin, tədbir çərçivəsində şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri və bir çox şeirlərinə bəstələnmiş musiqilər təqdim olunacaq.

Oxşar xəbərlər