Ələkbər Kazımovski restoranda dünyasını dəyişdi

  • 19 sen 2016, 21:15
Məşhur rejissor Kazımovski  restoranda qəflətən dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, hadisə Ağdaş restoranında baş verib. 

Ələkbər Kazımovski iştirak etdiyi  məclisdə qəflətən krizisə girib və onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, rejissorun qəfil ölümnə ürəktutması səbəb olub.

İddialara görə, hadisə aktrisa Nahidə Hüseynovanın doğum günün qeyd etdiyi məclisdə baş verib.

Xatırladaq ki, rejissor uzun müddət AzTV və ANS telekanallarında çalışıb.

Qeyd edək ki, Ə.Kazımovski məşhur rejissor Rauf Kazımovskinin oğludur.
Oxşar xəbərlər