Əri Roza Zərgərlini döyürmüş

  • 02 sen 2016, 19:25

"Oğlumun ölümünə səbəb oldu"

Müğənni Roza Zərgərli bir müddət əvvəl işıq üzü görən "Sibir çiçəyi” adlı kitabında şəxsi həyatı ilə bağlı bir çox sirrləri açıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi əkiz uşaqlara hamilə olduğunu və ərinin onu tez-tez döydüyünü etiraf edib. 

R.Zərgərli həmin hadisəni belə qeyd edib:

"Mübahisəmizin sonu yenə də mənim döyülməyimlə nəticələndi. Onun üzümə vurduğu sillənin gücündən yerə yıxıldım. Cəld ayağa qalxdım və "Birdə məni vursan, səni polisə verəcəm” dedim. Bu sözlərimdən sonra o daha da vəhşiləşdi. Boğazımdan tutub, dayanmadan üzümə yumruqlar endirdi, sonda qarnıma təpik ilişdirdi. Bundan sonra ayağa dura bilmədim...

Sürünə-sürünə qapıya sarı getdim, hiss etdim ki, nəfəsim kəsilir. Qonşumuz Zina xala idi, məni həkimə apardı, 4 saatdan sonra özümə gəldim...

Yaqub (həyat yoldaşı – red.) xəstəxanaya yanıma gəlmək istəyəndə, qışqırıb, onu yaxına buraxmamalarını istədim... 

Yalvarıb, diz çöküb üzr istədi, onu bağışladım...

Mənimlə bir müddət mehriban davrandı. Bu xoş günlərimin ömrü bir ay çəkdi...

Körpələri dünyaya gətirmək üçün xəstəxanaya getməli idim...


Həkim dedi ki, uşaqlar 12 saat ərzində dünyaya gələcək. Xəstəxanada idim, ağrılar o qədər güclü idi ki, əllərim, ayaqlarım əsirdi...

Birdən körpənin səsi gəldi, əvvəlcə qızım Bənövşə doğulmuşdu. Sonra ikinci səs eşitdim, amma o səs tez də kəsildi. Oğlum doğulduqdan 15 dəqiqə sonra dünyasını dəyişmişdi. Həkimlər bunu mənə 2 gündən sonra dedilər.

Oğlumun ölümünə səbəb isə bir neçə həftə əvvəl Yaqubun qarnıma dəyən təpikləri idi. Balaca yavrum təpik zərbələrindən zədələnsə də, sona qədər birtəhər dözə bilmişdi. O, sanki anasının və bacısının sağ-salamat qaldığına inanandan sonra ölmək istəmişdi. Həkimlərin dediyinə görə, o zərbələrdən özüm də ölə bilərdim. Biz qızımla birlikdə tanrının möcüzəsi nəticəsində sağ qalmışdıq. Oğlumun boyu və çəkisi qızımdan çox idi. Amma təpik zərbələri ancaq ona dəymişdi”.

 

Demokratik.Az

Oxşar xəbərlər