Aygün Kazımova erməni təxribatının qarşısını aldı - VİDEO

  • 28 avq 2016, 19:00
Almaniyada keçirilən "DAF bama mUsic Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb. Modern.az-ın məlumatına görə, xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşo səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək, onu ifa edəcək.
Bu xəbər həm Aygün Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb. 
Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan  bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Aygün Kazımova bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni  müğənni Siruşonun  ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını ifa etməli olub.
Səhnəyə çıxan Aygün Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.
Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.


Oxşar xəbərlər