Gəncə Dövlət Dram Teatrında “anarxiya”

  • 25 iyun 2016, 12:57

Teatrın direktoru oğru axtarır,xaricə"kef”ə gedir,bir də Elmar Vəliyevin əlehinə danışır...

 

Azərbaycanın mədəni həyatında həmişə özünəməxsus yeri olmuş Gəncə Dövlət Dram Teatrında köhnə ənənələr Əli Qasımov adlı "səhnə klonu”nun əlində oyuncaq olub.Artıq neçə ildir ki,bu mədəniyyət ocağında keyfiyyətli tamaşalara baxmaq istəyi gəncəlilərin bir çoxunun gözündə qalıb.İstedadlı aktyorların klassik şair və yazıçılarımızın möhtəşəm əsərlərindəki milli ruhlu poetik obrazları canlandırmaq marağı isə yeni direktorun şəxsi biznes maraqlarına uduzub.

Əli Qasımov direktor təyin olunandan bəri Gəncə Dram Teatrının kollektivi arasında xeyli narazılıqlara rəvac verib.Teatrın 140-a yaxın yaradıcı kollektivi olsa da yarıdan çoxunun işə gəlməməsi artıq dəb halını alıb.Gələn akyorlarla aralarında pul davası aparmağa vərdiş eləmiş "mütrüf Əli”isə yalnız pul qazanmaq eşqilə yaşayır.Aldığımız məlumata görə,təkcə teatrda hazırlanan son tamaşa Əli Qasımova 3000 manat qazanc gətirib.Gəncədə yaşayan tanınmış yazıçı Sahib Axundovun müəllifi olduğu”Sadığın Toyu” əsərinin tamaşaya qoyulması müqabilində müəllifdən 3000 manat pul alması kollektiv arasında böyük narazılığa yol açıb.Azərbaycan Yazıçılar Birliyinin Gəncə təşkilatının sədri Xəzəngül Hüseynovanın "Məhəbbətin qənimi”əsərinə görə də Teatr direktorunun xanım  müəllifdən pul tələb etdiyi bildirilir.Azərbaycan reallığı ilə ölçüdə teatr kollektivinin pulsuz hansısa əsəri oynamaq öhdəliyi təbii ki,yoxdur.Anoloji olaraq ölkənin digər mədəni ocaqlarında da bənzər tendensiyaya rast gəlmək olar.Fəqət,əgər əsər seçimində Əli Qasımov milli ruha,milli dəyərlərə və əsərdəki digər zəruri xüsusiyyətləri nəzərə almadan birbaşa müəllifin verə biləcəyi maddiyyatı düşünürsə vay oldu teatrın halına!!!Sadalanan faktlara paradoksal olaraq bircə faktı nəzərinizə çatdırım ki,şair Aydın Murovdağlının müəllifi olduğu”Türkün alın yazısı”əsəri xoşbəxtlikdən eyni taleyi yaşamayıb.Əksinə GəncəDövlət Dram Teatrına böyük uğurlar qazandırmış bu əsər dəfələrlə Türkiyə və başqa ölkələrdə azərbaycanlı və əcnəbi tamaşaçıların sevincinə səbəb olub,alqışlanıb.Məlumata görə bu əsər teatra 10 minlərlə manat qazanc gətirib.Lakin şair Aydın Murovdağlı qonarara həsrət qalıb.Şair indiyədək bir dəfə də olsun pul mükafatına layiq görülməyib.Əli Qasımovun sürdüyü son model cip avtomaşının alınmasında həmin əsərin uğurlarından danışanlar az deyil.

Ə.Qasımovun küt hərəkətləri bununla yekunlaşmır.Özündənrazı direktor aktyorsayağı siyasətlə də məşğuldur.Məlumata görə,cənab Qasımov Tükiyənin Giresun şəhərindən son qastrol səfərindən ala-yarımçıq qayıtdıqdan sonra şəhər rəhbəri Elmar Vəliyevin əlehinə ifadələr işlədir.Səbəb isə sonuncunun onu şəhərdə keçirilən mühüm tədbirdən dolayı geri çağırtdırmasıdır.Bundan əlavə Teatrın yalnız nazirliyə tabe olduğunu önə sürərək kollektivinin şəhərin mühüm tədbirlərində iştirak etməsinə ağız büzür...

Hələ ötən il mətbuatda yayılan məlumatlarda göstərilirdi ki,Əli Qasımovun evindən oğurluq olub və məhz bu hadisədən sonra aktyorlar yenidən maaşlarını mühasibatlıqdan almağa başlayıblar:

Yayılan məlumatlarda deyilirdi ki,həmin vaxt direktorun evindən 30 min pul, 30 min manat dəyərində zinət əşyaları və 40-a yaxın bankomant kartı oğurlanıb.Oğurlanmış kartların teatrda adı gedib özü olmayan "ölülər”in kartları olması iddia olunurdu.Əli Qasımov isə istintaqın gedişini gözləməklə kifayətlənib,səsini çıxara bilmirdi.Sitat:"Oğurluqdan sonra əməkhaqlarımız yenidən mühasibatlıqdan verilməyə başladı.

Yeniteatr mövsümündən aktyorlar maaşlarını yenə də bankomatdan ala biləcəklər. Amma bu dəfə başqa bir bankdan...Mühasib deyir ki, çox əziyyət çəkirdiniz, ona görə belə lazım bildik. Amma bu dəfə maaşlarımızı Beynəlxalq Bankdan alacağıq. Səbəb odur ki, oğurlanmış 40 kartı "Zaminbank”da bərpa etmək olmaz. Yəni direktor işin üstünün açılmaması üçün bu addımı atır. Çünki sual oluna bilər ki, eyni vaxtda 40 işçinin kartı necə itə bilər?

Məlumata görə,oğurluq hadisəsinin üstü hələ də açılmayıb.Bununla əlaqədar DİN zəruri istintaq hərəkətləri həyata keçirir.

Əli Qasımov isə mütamadi olaraq oğru axtarmaq məqsədilə Bakıya səfərlər edir.Ümidvarıq ki,Mədəniyyət Nazirliyi yazılanlara münasibət bildirər,Gəncə Dram Teatrında baş verənlərin araşdırılmasına vaxt ayırar.

 

Osman Nərimanoğlu

Adıçəkilənlərin də söz haqqını tanıyırıq

 Demokratik.Az



Oxşar xəbərlər