Rza Zərrabdan Əbruya "sürpriz"

  • 30 may 2016, 21:03

ABŞ-da həbsdə olan iş adamı, müğənni Əbru Gündəşin həyat yoldaşı Rza Zərrabla bağlı xəbər var.

 

Axşam.az-ın məlumatına görə, Mayamidə həyat yoldaşı və qızının gözü qarşısında həbs olunan Rza Əbruyla birgə sorğuya çəkilibmiş.

 

Belə ki, dərhal istintaq idarəsinə aparılan ikili orada saxlanılıb, qızları isə baxıcısı ilə birgə onları çöldə gözləyib. Birinci çölə çıxan Əbru Zərrab qandallı olduğu üçün qızının onu görməsinə mane olub. O, həyat yoldaşıyla vidalaşmaq istəsə də, icazə verməyiblər. Ə.Gundəş Rza Zərrab aparıldıqdan sonra uzun müddət ağlayıb.

 

Bu gün isə R.Zərrabın dəniz kənarında Əbruya və özünə aldığı əkiz villaların ikisini də öz adına keçirdiyi məlum olub. Əvvəl villalardan biri müğənninin adına olsa da, Rza ilin əvvəlində onu da öz adına keçiribmiş.

Oxşar xəbərlər