Camala haqqında maraqlı faktlar

  • 16 may 2016, 08:45
Ukraynalı müğənni Camalanın "Eurovision-2016”da qalib gəlməsi mübahisələrə yol açdı. Bəziləri hesab edirlər ki, Camala müsabiqə təşkilatçılarının əlində siyasi alətdir, digər qism isə iddia edir ki, Ukrayna qələbəyə layiq idi. 

Musavat.com Camala haqqında bir neçə maraqlı faktı təqdim edir:

- Camala 27 avqust 1983-cü ildə Qırğızıstanda doğulub. Onun əsl adı Susanna Alimovna Cəmaləddinovadır. Camala onun soyadından götürdüyü ləqəbdir. 

- Camalanın ailədəki ləqəbi Zünyadır.

- Camlanın anası yarıermənidir, Dağlıq Qarabağdandır. Atası isə Krım tatarıdır. Camalanın böyük bacısı var – Evelina. O, Türkiyədə yaşayır və yerli vətəndaşla evlidir. 

- Müğəninin uşaqlığı Krımda, Aluşta yaxınlığındalı Maloreçensk kəndində keçib. Onun ailəsi bu kəndə 1989-cu ildə Krım tatarlarının deportasiyasından sonra köçüb. 

- Camalanın ata və anası Krıma köçərkən boşanmalı olub. Bunda məqsəd anasının Krımda daşınmaz əmlak alması olub. O vaxt Krım türklərinə yarımada ərazisində ev almaq qadağan imiş.

- Camalanı musiqi vunderkindi adlandırmaq olar. O, 3 yaşından oxumağa başlayıb və 9 yaşında ilk albomu çıxıb. 

- Camalaya uşaqlıqda erməni ətrafı ciddi təsir göstərib. Müğənni müsahibəsində demişdi ki, onu erməni, böyük bacısını isə tatar hesab edirlərmiş. Bundan başqa, Camalanın musiqi müəllimləri ermənilər olub. 

- Camala valideynlərinin yanından 14 yaşında ayrılıb. Əvvəlcə təhsil üçün Simferopola, daha sonra Kiyevə gedib. 

- Camala müsəlmandır. O, müsahibələrindən birində bildirib ki, uşaqlıqda anasının dininə daha yaxın olub, bacısı ilə xristian bayramlarını qeyd edib. 

- Camala Avro-2016-da Ukrayna millisinin elçisidir. 
Oxşar xəbərlər