Di Kaprionun filmi yenə mükafat ala bilər

  • 10 apr 2016, 14:42
Amerikanın MTV kino mükafatı bir qədər sonra qaliblərə təqdim olunacaq.

Mükafat gözləyən filmlər arasında "Sağ qalmış”, "Bozun 50 çaları”, "Ulduz müharibərləri: Qüvvələr oyanır”, "Yura dövrü” və digər filmlər var.

Namizədlər ilin ən yaxşı filmi, ən yaxşı aktyor tamaşası, ən yaxşı aktrisa tamaşası, ən yaxşı anti-qəhrəman, ən yaxşı musiqi və digər kateqoriyalar üzrə mükafat gözləyirlər.

Bu il kateqoriyalar arasında daha ikisi əlavə olunub. Belə ki, filmlər ən yaxşı öpüşmə səhnəsi və ən yaxşı döyüş səhnəsi üzrə də rəqabət aparacaqlar.

Ən yaxşı döyüş səhnələri arasında "Sağ qalmış” filmində çəkilmiş baş rolun ifaçısı Leonardo Di Kaprionun ayı ilə mübarizəsi görüntüləri favoritlər arasındadır.

Ən yaxşı öpüşmə səhnəsi isə, "Bozun 50 çaları” filmdindən seçilə bilər. Mükafatın təqdimetmə mərasiminə komediya ustası Kevin Hart aparıcılıq edir.

Di Kaprio bundan əvvəl fevralın sonlarında "Oskar" mükafatına layiq görülüb. Hollivud ulduzu Los-Ancelesdə keçirilən 88-ci "Oskar" mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Yeri gəlmişkən, rejissor özü də bu il yenidən "Oskar" alıb.
Oxşar xəbərlər