Rusiya TV-lərdə Azərbaycan haqda film

  • 29 mart 2016, 20:43
Rusiyanın "НТВ" telekanalının nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyi məlumat verir ki, Azərbaycanın turizm potensialının dünyada təbliği ilə əlaqədar, Rusiyanın "НТВ" telekanalında hər həftə yayımlanan "Поедем, поедим!" kulinar-etnoqrafik verilişində respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub. Bu məqsədlə 2016-cı ilin 28 mart - 1 aprel tarixlərində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq.
Oxşar xəbərlər