Əziz Nesinin gəlini istintaq qarşısında

  • 22 mart 2016, 12:06
Məşhur türkiyəli yazar Əziz Nesinin gəlini Hilal Nesin istintaqa cəlb edilib.

Məşhur satirikin oğlu Əhməd Nesinin həyat yoldaşı olan, hazırda Antalyada yaşayan Nihal Nesinin istintaqa cəlb edilməsinin səbəbi prezident Ərdoğanın ünvanına təqrimaiz ifadə işlətməsidir. Hər halda istintaq bu fikirdədir.

Bildirilir ki, N.Nesin prezident barədə təhqimaiz fikirlərini sosial şəbəkədə yayıb. Onun həmin mesajından sonra N.Nesini respublika prokurorluğuna çağırıb, ifadəsini alıblar. Nesin haqqında cinayət işinin açılıb-açılmayacağı prokurorluğun araşdırmasından sonra məlum olacaq.
Oxşar xəbərlər