“Buna görə utanmışam”-şair etirafı

  • 17 mart 2016, 19:41
Xalq şairi Nəriman Həsənzadə oxucuları ilə bağlı fikirlərini bölüşüb.
 
Şair oxucularından heç vaxt narazı qalmadığını deyib: "Heç vaxt oxucularımdan narazı qalmamışam. Onların xətrinə dəyməkdən ehtiyat eləmişəm. Dəfələrlə olub ki, məndən kitab istəyiblər, pul verib mağazadan alıb onlara bağışlamışam. Buna görə utanmışam, özlərinə deməmişəm ki, gedin pul verin, mağazadan alın. Fikirləşmişəm ki, bəlkə birinin pulu yoxdur. 85 yaşım tamam olub, amma bu illər ərzində bir dəfə də olsun, oxucularımı incitməmişəm”.(Publika.az)
Oxşar xəbərlər