Tarkan şəxsi telekanalını yaradır

  • 27 fev 2016, 20:46
Dünya şöhrətli türkiyəli müğənni Tarkan yeni telekanal yaradır. 

İfaçının şəxsi telekanalı internet üzərindən yayımlanacaq. Kanalda Tarkanın klipləri, xüsusi reportajları və həyatının maraqlı anları nümayiş olunacaq. Həmçinin Tarkanın evindən canlı  yayım olacaq.

Türkiyədə bir çox tanınmış şəxslərin özəl  telekanalları var. Populyar ifaçı İbrahim Tatlısəs və məşhur şou aparıcısı Bəyaz həmin şəxslər sırasındadır. İfaçının  "Tatlıses Tv” , aparıcının isə "Beyaz Tv”  adlı kanalı fəaliyyət göstərir. 

Türkiyənin məşhur ulduzu, meqastar Tarkan tezliklə ailə quracağı sevgilisinə bir neçə gün öncə böyük hədiyyə edib. Müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat) ev hədiyyə edib. Daha doğrusu, Tarkan o evi evləndikdən sonra Dilek Pınarla birlikdə yaşamaq üçün  alıb. Müğənni evi sevgilisinin adına qeydiyyata salıb. 

Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib. Cütlüyün toyu yayda - daha dəqiq iyun ayında baş tutacaq. Onlar həm Almaniya, həm də Türkiyədəki dostları üçün toy mərasimi keçirəcəklər.

anspress