İlhamənin köməkçisi barədə MƏHKƏMƏNİN QƏRARI

  • 14 fev 2016, 14:20

Bu gün Səbail Rayon Məhkəməsində İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın məhkəmə prosesi keçirilib.

M.Hüseynovanın vəkili Vasif Mirzəyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkili barədə bundan öncə seçilən həbs qətimkan tədbirinin vaxtının uzadılması üçün prokurorluq tərəfindən vəsatət verilib.

Bu gün M.Hüseynova barəsində Səbail Rayon Məhkəməsinin bundan öncə seçdiyi seçdiyi həbs qətimkan tədbirinin müddəti bitib.

Məhkəmə prosesi hakim Aytən Əliyevanın sədrliyi ilə qapalı iclasda keçirilib.

Vəkil Vasif Mirzəyev həbsə etiraz edib və M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə vəsatət verib.
Məhkəmənin qərarı ilə müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməyib. Mehriban Hüseynova barəsində olan həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, İlhamə Quliyevanın şikayəti əsasında saxlanılan Mehriban Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Oxşar xəbərlər