Lalə Məmmədova coşdu:"Bir az diqqətli və anlayışlı olun"

  • 03 yan 2016, 12:02
Retro üslubunda paylaşdığı şəkillərə irad bildirilməsi müğənni Lalə Məmmədovanı özündən çıxardıb. Əməkdar artist sosial şəbəkədə ona irad tutanlara sərt ismarıc göndərib:

"Dünəndən sosial şəbəkədə paylaşdığım şəkillərin altından yazılan şərhləri oxudum. Bəziləriniz ürəkdən təəssüf hissi ilə, bəziləriniz sanki çoxdandı ürəyində qalan antipatiyasını izah etmək üçün 1 məqam axtarırmış kimi, bəziləriniz isə etik normaları aşaraq fikirlər yazmısınız. Hamınızın fikrinə hörmətlə yanaşıram. Amma bir məqama diqqət yetirməlisiniz: mən həm müğənni, həm də aktrisayam. Bu şəkillər retro stilindədir, yəni 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərini əks etdirir. Şəkillər iş prosesi zamanı çəkilib. Bu alışdığınız Lalə deyil, obrazdır. Bir az diqqətli və anlayışlı olun. Hamınız mənim üçün dəyərlisiniz".

 

Demokratik.Az