“Rumın ədəbiyyatı gecəsi” keçiriləcək

  • 30 dek 2015, 21:31

 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Milli Kitabxanada olub.

Kitabxanadan APA-ya verilən məlumata görə, direktor Kərim Tahirov bildirib ki, rəhbərlik etdiyi qurum dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi aparır, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanıb. Daniel Kristian Çiobanu Milli Kitabxana ilə birgə əməkdaşlıq layihəsi təklif edib. Görüşdə Rumıniya Mədəniyyət günləri çərçivəsində Milli Kitabxanada "Rumın ədəbiyyatı gecəsi” keçirilməsi təklifi irəli sürülüb.

 Layihəyə əsasən ədəbiyyat gecəsinin yanvarın 15-də keçirilməsi qərara alınıb.