Stokholmda Nobel həftəsi başlayır

  • 06 dek 2015, 09:58
İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır. "Report” TASS agentliyinə istinadən xəbər verir ki, dünyanın ən məşhur elm festivalında laureatların təltif olunması dekabrın 10-da baş tutacaq.

Bu il cəmi 11 mükafat veriləcək ki, onlardan Dünya sülh mükafatı ənənəvi olaraq Oslo şəhərində təqdim olunacaq. Bu il həmin mükafatı Tunis hakimiyyəti və müxalifəti arasında dialoqu sövq edən qrup alacaq.

Qeyd edək ki, "Nobel” mükafatı 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.

Fondun maliyyə təminatı "Nobel Qardaşları" şirkətinin səhmindən əldə edilən gəlirlərin də payına düşür. Mükafat 1901-ci ildən Alfred Nobelin sərvətinin illik gəlirinin bərabər hissələrə bölünməsi ilə mütəmadi olaraq verilir.

Laureatlar hər il oktyabr ayında www.nobelprizes.org saytında elan olunur, daha sonra Alfred Nobelin anma günündə təntənəli mərasimlə təqdim edilir. Verilən mükafatlar bunlardır: kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları.

İlk vaxtlar mükafat yalnız sadalanan sahələr üzrə verilsə də, 1968-ci ildən başlayaraq iqtisadiyyat üzrə Svoriges Riksbank bankı tərəfindən Nobel mükafatının qurucusu Alfred Nobelin şərəfinə Svoriges Riksbank mükafatı verilməyə başlanıb, bununla da Nobel iqtisadiyyat mükafatı təsis edilib.
Demokratik.Az