"Gülşən mənim canımdır" - Murad Boz

  • 28 noy 2015, 10:01

Murad Boz, ötən axşam dostlarıyla birlikdə Arnavutköydə yemək yeyib. Yeməkdən ayrılarkən jurnalistlərlə ayaqüstü söhbət edən məşhur müğənni, "Studiyaya gedəcəyəm, işlər davam edir" deyə açıqlama verib. 


 

Demokratik.Az-a görə,Türkiyə mətbuatı məlumat verir ki, 'İltimas' adlı mahnını birlikdə səsləndirdiyi və klipində birlikdə rol aldığı həmkarı Gülşənlə dava etdikləri xəbərinə aydınlıq gətirən Boz, "Bu xəbərlərin əsli yoxdur. Mən Gülşənə də mahnılarını da çox sevirəm. Gülşen mənim canımdır " bildirib.

 


"Pərəstişkarlarım qısqanmaz"

Son günlərdə sosial media hesabından tez-tez digər həmkarı Hadisə ilə birgə paylaşmalarda yer alan Boz, bu mövzuyla əlaqədarsa "Hadisə mənim yoldaşım. Paylaşımda olmağım çox normal" deyib. İfaçı pərəstişkarlarının Hadisəni qısqandığı istiqamətindəki xəbərlərlə əlaqədarsa bu şərhi etdi: "Mənim pərəstişkarlarım Hadisəni, Gülşəni və digərlərini sevər."